Azərbaycan Respublikası adından QƏRARDAD Hacıqabul rayonu İş № 3(071)-324/2021 01.11.2021 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hacıqabul rayon Məhkəməsinin hakimi və sədri vəzifəsini müvəqqəti icra edən X1, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsi ilə Azərbaycan Respublikasının Dövlət X2 Regional Reklam İdarəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİM: Şəxs 25.07.2021-ci il tarixdən bu günədək Hacıqabul şəhəri H.Əliyev Pr-də yerləşən “Hacıqabul market” obyekti üzərində müvafiq icazə sənədi olmadan açıq məkanda qanunsuz reklam yayımlamışdır. Bununla əlaqədar Şəxs barəsində Azərbaycan Respublikasının Dövlət X2 Regional Reklam idarəsi tərəfindən 30.09.2021-ci il tarixli MN ******* nömrəli inzibati protokol tərtib edilmiş, iş materialla birlikdə baxılması üçün məhkəməyə göndərilmişdir. Azərbaycan Respublikasının Dövlət X2 Regional Reklam İdarəsinin rəisi E.Həsənov 29.10.2021-ci il tarixli Rİ-8/01-05/541 nömrəli məktubla məhkəməyə müraciət edərək, reklamın açıq məkanda qanunsuz yayımlanması halının aradan qaldırıldığını nəzərə alaraq Şəxs barəsində olan MN ******* nömrəli inzibati xəta haqqında protokol üzrə X3 idarəsinin tələbinin olmadığını bildirmiş, bu səbəbdən iş üzrə sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə inzibati işi nəzərdən keçirərək, reklamın açıq məkanda qanunsuz yayımlanması halının aradan qaldırıldığını nəzərə alaraq hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsi ilə Azərbaycan Respublikasının Dövlət X2 Regional Reklam idarəsindən daxil olmuş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Qeyd olunanları və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 101, 109, 118ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsi ilə Azərbaycan Respublikasının Dövlət X2 Regional Reklam İdarəsi tərəfindən tərtib edilmiş 30.09.2021-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər X3 İdarəsinə qaytarılsın. Sədrlik edən: Vahid Hacıyev
Məhkəmə qərarları › İş №3(071)-324/2021
Hacıqabul Rayon Məhkəməsi Qərardad — İş №3(071)-324/2021
01.11.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver