Azərbaycan Respublikası adından QƏRAR Hacıqabul rayonu İş № 3(071)-324/2023 10.10.2023 HACIQABUL RAYON MƏHKƏMƏSİ X10 Nazim oğlunun sədrliyi, Səlimova Günel Rauf qızının katibliyi ilə, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X3, Zərərçəkmiş şəxs2, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1977-ci il tarixdə Hacıqabul şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, Hacıqabul rayon Gigiyena və Epidemiologiya mərkəzində sürücü işləyən, Hacıqabul şəhəri, A.Abdullayev küçəsi, ev 23-də yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə Hacıqabul rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyənetdi: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi ilə bağlı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün Hacıqabul Rayon Məhkəməsinə göndərilmişdir. Materiala əlavə edilmiş xx.xx.2023-cü il tarixli İXP ******* nömrəli protokol və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, xx.xx.2023-cü il tarixdə Şəxs sürücülük hüququ olmaqla etibarnamə ilə idarə etdiyi “VAZ 21099” minik markalı, **-LZ-*** dövlət qeydiyyat nişanlı avtomobillə Hacıqabul şəhəri, İ.Qayıbov küçəsi ilə hərəkətdə olarkən “araməsafəsi” qaydasını pozmaqla hərəkətini davam etdirərək onunla eyni istiqamətdə hərəkətdə olan Zərərçəkmiş şəxs1 idarə etdiyi “Volvo FH460 42T ” yük (yəhərli datrıcı) markalı **-HZ-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, nəticədə VAZ 21099” minik markalı avtomobildə olan sərnişin X1 bədən səthində sağ aşıq-baldır nahiyyəsində hərəkət məhdudluğu ilə müşayiət olunan şişkinlik –hematoma və sıyrıqlar ilə nəticələnən yüngül dərəcəli bədən xəsarətləri almasına səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Hacıqabul RPŞ-nin DYPB-nin YPX inspektoru polis baş leytenantı X8 izahatında bildirdi ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 14:00 radələrində etibarnamə ilə idarə etdiyi “VAZ 21099” minik markalı, **-LZ- *** dövlət qeydiyyat nişanlı avtomobillə Hacıqabul şəhəri, İ.Qayıbov küçəsi ilə hərəkətdə olarkən onunla eyni istiqamətdə hərəkətdə olan Zərərçəkmiş şəxs1 idarə etdiyi “Volvo FH460 42T” yük markalı **-HZ-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq yolnəqliyyat hadisəsi törətmiş və nəticədə Şəxs avtomobilində olan sərnişin sərnişin X2 dərəcəsi təyin edilməyən yüngül bədən xəsarətləri almışdır. Şəxs əməlində cinayət tərkibi olmadığından material üzrə cinayət işinin başlanması rədd edilmiş, lakin törədilmiş əməl Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində 327.8-cı maddəsi ilə inzibati məsuliyyət yaratdığından, onun barəsində müvafiq protokol tərtib edilərək məhkəməyə təqdim edilmişdir. Odur ki, qeyd edilənləri nəzərə alaraq Şəxs barəsində qanuna müvafiq tədbir görülməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs İXM-in 327.8-ci maddəsi ilə özünü təqsirli bilərək izahatında göstərdi ki, xx.xx.2023-cü il tarixdə Şəxs sürücülük hüququ olmaqla etibarnamə ilə idarə etdiyi “VAZ 21099” minik markalı, **- LZ-*** dövlət qeydiyyat nişanlı avtomobillə Hacıqabul şəhəri, İ.Qayıbov küçəsi ilə hərəkətdə olarkən qarşısında dövlət qeydiyyat nişanını xatırlamadığı “VAZ 2107” markalı avtomaşın qəfildən tormozlama əməliyyatı etdiyi üçün ara məsafəsi az olduğuna görə toqquşmadan yayınmaq üçün idarə etdiyi avtomaşını qəflətən sola çəkmiş, nəticədə onunla eyni istiqamətdə hərəkətdə olan Zərərçəkmiş şəxs1 idarə etdiyi “Volvo FH460 42T” yük avtomobil ilə toqquşmuşdur. Hadisə zamanı avtomobilində olan sərnişin X2 xəsarət almışdır. Törətdiyi əməlindən peşmandır. Ailə vəziyyəti ilə əlaqədar onun avtomobil idarə etməyə ehtiyacı vardır. Odur ki, bunları nəzərə alaraq, barəsində cərimə növündə tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs2 izahatında bildirdi ki, xx.xx.2023-cü il tarixdə saat 14:00 radələrində sərnişini olduğu iş yoldaşı Şəxs idarə etdiyi “VAZ 21099” minik markalı, **-LZ-*** dövlət qeydiyyat nişanlı avtomobil Hacıqabul şəhəri, İ.Qayıbov küçəsində yük avtomobili ilə toqquşmuşdur. Hadisə nəticəsində o, ayaqlarından müxtəlif xəsarətlər almışdır. Hadisə nəticəsində aldığı xəsarətlərə görə uzun müddət müalicə alıb. Şəxs onun iş yoldaşıdır. Bu səbəbdən ondan şikayətçi deyil. Onun barəsində cərimə növündə tənbeh tətbiq edilməsini xahiş edir. İş materiallarında olan Hacıqabul rayon X7 Bölməsinin müstəntiqi, polis kapitanı X4 tərəfindən qəbul edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2023– cü il tarixli qərardan görünür ki, baş vermiş yol-nəqliyyat hadisəsi ilə əlaqədar Şəxs əməlində cinayət tərkibi olmadığından, onun barəsində cinayət işinin başlanması rədd edilmiş və qərarın surətinin onun barəsində Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə inzibati tədbir görülməsindən ötrü Hacıqabul RPŞ-nin DYPB-nə göndərilməsi qərara alınmışdır. Material üzrə keçirilmiş məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli 424 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 məhkəmə-tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər- bədən səthində sağ aşıq-baldır nahiyyəsində hərəkət məhdudluğu ilə müşayiət olunan şişkinlik –hematoma və sıyrıqlar- küt əşya təsirindən törənmiş. Qərarın təsviri hissəsində göstərilən xx.xx.2023-cü il tarixdə yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilər. Yuxarıda qeyd olunan xəsarətlər sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilir. Hacıqabul Rayon Mərkəzi X6 Şəxsinin həkim-narkoloqu tərəfindən tərtib edilmiş 82 saylı, xx.xx.2023-cü il tarixli sərxoşluq vəziyyətini təyin edən tibbi müayinə aktından görünür ki, 1977-ci il təvəllüdlü Şəxs spirtli içki qəbul etməmişdir. “Baxış aparılması haqqında” 31 iyul 2023-cü il tarixli protokoldan görünür ki, Hacıqabul rayonu, İ.Qayıbov küçəsində yerləşən “Hacıqabul Market” marketin çöl hissəsinə quraşdırılmış video nəzarət kamerasında qeydə alınmış çəkilişdən edilmiş çıxarışdan ibarət 1 ədəd CD diskə baxış keçirilmişdir. Həmin diskdə olan video görüntü 33 saniyədən ibarətdir. Video görüntünün aşağı hissəsində xx.xx.2023-cü il tarixi və 14:41:32 saniyə göstərir. Video faylın 11-ci saniyəsində Zərərçəkmiş şəxs1 idarə etdiyi sarı rəngli, “Volvo” markalı yük maşınının və onun sağ tərəfində hərəkətdə olan VAZ-21099 markalı avtomobilin Hacıqabul rayonunda “Hacıqabul Market”in qarşısında Şirvan şəhəri istiqamətində öz hərəkət zolaqlarında hərəkət etdiyi görünür. Video görüntünün Ləci saniyəsində Vaz-21099 markalı avtomobilin qarşısında hərəkətdə olan Vaz-2107 markalı avtomobilin öz hərəkət zolağında dayandığı görünür. Video görüntünün 17 saniyəsində VAZ-21099 markalı avtomobilin sürücüsü VAZ-2107 markalı avtomobilin dayandığını gördükdən sonra hərəkətinə eyni sürətlə davam edərək sola doğru manevr etdiyi və sol zolaqda hərəkət edən Zərərçəkmiş şəxs1 hərəkət etdiyi “Volvo” markalı yük maşınının qarşısına çıxdığı, nəticədə Zərərçəkmiş şəxs1 idarə etdiyi “Volvo” markalı avtomobilin VAZ- 21099 markalı avtomobili arxa sol tərəfdən vuraraq qarşısı ilə sürəyərək apardığı görünür. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.2-327.6, 328.2, 328.3, 328.4, 331, 333.1, 342.7, 343.1 və 346.3-cü maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərərçəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin etirafedici izahatı, zərərçəkmiş şəxsin izahatı, ekspertiza rəyi, habelə inzibati materialda olan digər sənədlərlə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsində təqsirli olması tam sübuta yetirilir, onun əməli İnzibati Xətalar Məcəlləsinin həmin maddəsi ilə düzgün tövsif edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinin tələbinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs əməlindən səmimi peşman olmasını, ilk dəfə inzibati məsuliyyətə cəlb edilməsini onun məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alır. Onun məsuliyyətini ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, Şəxs təqsirinin dərəcəsini, məsuliyyətini yüngülləşdirən halların olmasını və məsuliyyətini ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alaraq hesab edir ki, ona İXM-in 327.8-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə növündə tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və 130.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 300 (üç yüz) manat məbləğində cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Hacıqabul Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. X12
Məhkəmə qərarları › İş №3(071)-324/2023
Hacıqabul Rayon Məhkəməsi Qərar — İş №3(071)-324/2023
10.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver