Məhkəmə qərarları › İş №3(071)-326/2021

Hacıqabul Rayon Məhkəməsi Qərar — İş №3(071)-326/2021

27.10.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Hacıqabul rayonu İş № 3(071)-326/2021 27.10.2021 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hacıqabul rayon Məhkəməsinin hakimi və sədri vəzifəsini müvəqqəti icra edən Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, Barəsində inzibati icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1975-ci ildə Salyan rayonu Nəvahi kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, Hacıqabul rayonu Nəvahi kənd bələdiyyəsinin sədri vəzifəsində işləyən, Hacıqabul rayonu Nəvahi kəndində qeydiyyatda olan və yaşayan - Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 549.2-ci maddəsi ilə Şirvan Regional Ədliyyə İdarəsindən daxil olmuş inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Hacıqabul rayonu Nəvahi kənd bələdiyyəsinin sədri Əsgərova X1 rayonu Nəvahi kənd bələdiyyəsinin 15.07.2020-ci il tarixli 11 nömrəli; 28.08.2020-ci il tarixli 13 nömrəli; 28.09.2020-ci il tarixli 15 nömrəli; 01.10.2020-ci il tarixli 16 nömrəli; 20.11.2020-ci il tarixli 18 nömrəli və 30.12.2020-ci il tarixli 20 nömrəli iclas protokolları üzrə qəbul edilmiş aktları qanunvericilikdə nəzərdə tutulmuş 5 iş günü müddətində inzibati nəzarəti həyata keçirən orqana təqdim etməmişdir. Bu səbəbdən Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 549.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Şirvan Regional Ədliyyə İdarəsinin böyük məsləhətçisi X2 23.09.2021-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib etmiş və 23.09.2021ci il tarixli məktubla protokol baxılması üçün məhkəməyə göndərilmişdir. Material 12.10.2021-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Barəsində inzibati xətalar haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında özünü Azərbaycan Respublikası İXM-in 549.2-ci-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməkdə təqsirli bilmədi və izahatında bildirdi ki, COVİD-19 pandemiyası ilə əlaqədar bələdiyyənin fəaliyyətində müəyyən çətinliklər yaranmışdır. Bu səbəbdən də, bəldiyyənin 2020-ci il üçün 11, 13, 15, 16, 18 və 19 saylı iclas protokolları Şirvan Regional Ədliyyə İdarəsinə vaxtında təqdim edə bilməmişdir. O, bir daha bələdiyyə rəhbərliyi tərəfindən belə nöqsanlara yol verilməyəcəyi və eyni zamanda bələdiyyənin mütləq təqdim olunmalı aktları qanunla müəyyən edilmiş müddət ərzində inzibati nəzarəti həyata keçirən orqana təqdim olunacağını göstərərək, barəsində olan inzibati xəta materialı üzrə icraata xitam verilməsini xahiş etdi. Protokol tərtib etmiş Şirvan Regional Ədliyyə İdarəsinə məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişi göndərilsə də, Şirvan Regional Ədliyyə İdarəsinin nümayəndəsi məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə İnzibati Xətalar Məcəlləsinin 112.1.4-cü maddəsinin tələbinə uyğun olaraq protokol tərtib etmiş Şirvan Regional Ədliyyə İdarəsinin səlahiyyətli nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə barəsində inzibati icraat aparılan şəxsin izahatını dinləyib, iş materiallarına olan sənədləri araşdırıb, sübutlara obyektiv qiymət verərək hesab edir ki, Şəxs inzibati xətanı törədiyi vaxtdan üç aydan artıq müddət keçdiyindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. İnzibati Xətalar Məcəlləsinin 38.2-ci maddəsinə əsasən bu Məcəllənin 38.1-ci maddəsində nəzərdə tutulan müddətlər uzanan inzibati xətalara münasibətdə xətanın aşkara çıxarıldığı gündən hesablanır. İnzibati Xətalar Məcəlləsinin 53.1.6-cı maddəsinə əsasən bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İnzibati Xətalar Məcəlləsinin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İnzibati Xətalar Məcəlləsinin 114.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. İnzibati Xətalar Məcəlləsinin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48- 51, 53, 105, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 549.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair olan inzibati xəta haqqında iş üzrə icraata, cəlb etmə müddəti başa çatdığına görə xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Hacıqabul rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Vahid Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar