Azərbaycan Respublikası adından QƏRAR Hacıqabul rayonu İş № 3(071)-327/2025 20.11.2025 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Orxan Telman oğlunun sədrliyi, Fərəcov İsmayıl Vəzir oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Hacıqabul rayon İcra və Probasiya şöbəsinin rəisi X2, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1976-cı ildə Salyan rayonu, Qubalı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, işsiz, Hacıqabul rayonu, Qubalıbalaoğlan kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Hacıqabul rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə m ü ə y y ə n e t d i̇ : Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Hacıqabul rayon İcra və Probasiya Şöbəsində tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün xx.xx.2025-ci il tarixdə Hacıqabul rayon Məhkəməsinə göndərilmişdir. Materiala əlavə edilmiş Hacıqabul rayon İcra və Probasiya şöbəsinin rəisi X3 tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, Əmənov X1 Rayon Məhkəməsinin 2(071)-134/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı üzrə 783,22 manat Zərərçəkmiş şəxs1 MMC-yə və Hacıqabul Rayon Məhkəməsinin 2(071)-85/2025 saylı, xx.xx.2025-ci il tarixli icra vərəqi üzrə 4708 manat Zərərçəkmiş şəxs2 olan borcunu icra etməmişdir. Məhkəmə iclasında Hacıqabul rayon İcra və Probasiya Şöbəsinin rəisi X3 inzibati xəta haqqında protokolu müdafiə edərək bildirdi ki, Əmənov X1 Rayon Məhkəməsinin 2(071)-134/2025 saylı, xx.xx.2025-ci il tarixli icra vərəqəsi üzrə 783,22 manat Zərərçəkmiş şəxs1 MMC-yə və Hacıqabul Rayon Məhkəməsinin 2(071)-85/2025 saylı, xx.xx.2025-ci il tarixli icra vərəqəsi üzrə 4708 manat Zərərçəkmiş şəxs2 olan borcunu icra etməmişdir. İndiyədək Şəxs borcunu ödəməsi üçün kifayət qədər vaxt verilmiş, lakin o, borcunu ödəməkdən qəsdən yayınmışdır. Belə ki, o və anası dəfələrlə İcra Şöbəsinə çağırılmış, lakin onlar bu çağırışlara məhəl qoymamışdır və nəticədə Şəxs polis əməkdaşları tərəfindən saxlanılaraq İcra Şöbəsinə gətirilmişdir. Şəxs barəsində inzibati həbs barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs izahatında bildirdi ki, Hacıqabul rayonu, Qubalıbalaoğlan kəndində yaşayır. Heç bir yerdə işləmir. 4 övladı var və ürək əməliyyatı olunmuşdur. Onun ehtiyaclarını övladları qarşılayır. Borcunu inkar etmədiyini bildirmişdir. Belə ki, Zərərçəkmiş şəxs1 MMC-yə 783 manat, Zərərçəkmiş şəxs2 isə 4708 manat borcu vardır. Zərərçəkmiş şəxs1 MMC-dən “daş ustası” işlədiyi dövrdə övladları üçün 3 ədəd telefon almışdır. 6 aydır ki, həyat yoldaşı vəfat etmişdir. Bu səbəblə uşaqları Bakı şəhərində olan işlərini tərk edərək atalarının yanına gəlmişlər. İmkanı olmadığı üçün borcu ödəyə bilməmişdir. Övladları yenidən işləmək üçün Bakı şəhərinə gedəcəkdir. Odur ki, borcunun tam şəkildə ödəniləcəyini qeyd etmiş və bununla əlaqədar barəsində aparılan inzibati icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş Hacıqabul Rayon Məhkəməsinin 2(071)-85/2025 saylı, xx.xx.2025-ci il tarixli icra vərəqəsinə əsasən borclu Şəxs 4643 manat əsas və 65 manat dövlət rüsumu tutularaq tələbkar Zərərçəkmiş şəxs2 xeyrinə ödənilməlidir. İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, Hacıqabul Rayon Məhkəməsinin 2(071)-85/2025 saylı, xx.xx.2025-ci il tarixli icra sənədini könüllü icra etməsi üçün borclu Şəxs 10 gün müddətində vaxt verilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli icraata başlamaq haqqında qərardan görünür ki, icra sənədi üzrə icraata başlanılmış və borclu Şəxs dərhal icranı könüllü olaraq təmin etməsi qərara alınmışdır. İş materiallarında olan xx.xx.2025-ci il tarixli borclunun axtarışı haqqında qərardan müəyyən edilir ki, barəsində inzibati icraat aparılan şəxs barəsində axtarış elan edilmişdir. İş materiallarına əlavə edilmiş Hacıqabul Rayon Məhkəməsinin 2(071)-134/2025 saylı, xx.xx.2025-ci il tarixli icra vərəqəsi üzrə cəmi 783,22 manat pul vəsaiti borclu Şəxs tutularaq tələbkar Zərərçəkmiş şəxs1 MMC-nin xeyrinə ödənilməlidir. İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, Hacıqabul Rayon Məhkəməsinin 2(071)-134/2025 saylı, xx.xx.2025ci il tarixli icra vərəqəsini könüllü icra etməsi üçün borclu Şəxs 10 gün müddətində vaxt verilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli icraata başlamaq haqqında qərardan görünür ki, icra vərəqəsi üzrə icraata başlanılmış və borclu Şəxs dərhal icranı könüllü olaraq təmin etməsi qərara alınmışdır. İş materiallarında olan xx.xx.2025-ci il tarixli icra sənədlərinn ümumi icraatda birləşdirilməsinə dair qərara əsasən, eyni borclu haqqında bir neçə icra sənədi olduğundan Hacıqabul Rayon Məhkəməsinin 2(071)-134/2025 saylı, xx.xx.2025-ci il tarixli icra vərəqəsi və Hacıqabul Rayon Məhkəməsinin 2(071)-85/2025 saylı, xx.xx.2025-ci il tarixli icra vərəqəsi ümumi icraatda birləşdirilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, icra məmurunun və barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin izahatları, habelə inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, Şəxs məhkəmə qərarının icrası ilə bağlı icra məmurunun qanuni tələblərini üzrsüz səbəbdən yerinə yetirməyərək, icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra sənədinin icrasını təmin etməmişdir. Borclu hal-hazıradək edilmiş xəbərdarlıqlara baxmayaraq, onun tərəfindən yaranmış borcunun lazımi qaydada ödənilməsinə laqeydlik göstərilmiş və icra sənədinin icrasına səhlənkar yanaşılmışdır. Beləliklə, məhkəmə hesab edir ki, hazırki halda Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkibi mövcuddur. Onun inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, o, həmin maddə ilə təqsirli bilinib inzibati qaydada tənbeh edilməlidir. Azərbaycan Respublikası İXM-in 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinməli və inzibati tənbehin məqsədinə nail olmaq üçün onun barəsində həmin maddənin sanksiyasının hədləri daxilində inzibati həbs tənbeh növü tətbiq edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və 130.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldi: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 08 (səkkiz) gün müddətinə inzibati həbs edilsin. Həbsetmənin əvvəli 20 noyabr 2025-ci il tarixdən saat 14:40-dan hesablansın. Qərarın icrası Hacıqabul Rayon Polis Şöbəsinə həvalə olunsun. Qərardan, qərar rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Hacıqabul rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Orxan Bayramov
Məhkəmə qərarları › İş №3(071)-327/2025
Hacıqabul Rayon Məhkəməsi Qərar — İş №3(071)-327/2025
20.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver