Azərbaycan Respublikası adından QƏRAR Hacıqabul rayonu İş № 3(071)-328/2025 20.11.2025 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Orxan Telman oğlunun sədrliyi, Fərəcov İsmayıl Vəzir oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Hacıqabul rayon İcra və Probasiya şöbəsinin rəisi X3, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1977-ci ildə Sabirabad rayonu, Abdulyan kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, işsiz, Hacıqabul rayonu, Abdulabad kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Hacıqabul rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə müəyyənetdi: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Hacıqabul rayon İcra və Probasiya Şöbəsində tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün xx.xx.2025-ci il tarixdə Hacıqabul rayon məhkəməsinə göndərilmişdir. Materiala əlavə edilmiş Hacıqabul rayon İcra və Probasiya şöbəsinin rəisi X4 tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokolda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, borclu Şəxs Zərərçəkmiş şəxs Hacıqabul rayon Məhkəməsi tərəfindən verilmiş 2(071)-53/2018 saylı, xx.xx.2018-ci il tarixli icra vərəqəsinə əsasən 8732 manat, Hacıqabul rayon Məhkəməsi tərəfindən verilmiş 2(071)-65/2018 saylı, xx.xx.2018-ci il tarixli icra vərəqəsinə əsasən 476 manat və Hacıqabul rayon Məhkəməsi tərəfindən verilmiş 2(071)295/2021 saylı, xx.xx.2021-ci il tarixli icra vərəqəsinə əsasən 14830 manat məbləğində aliment borcu yaranmışdır. Şəxs Zərərçəkmiş şəxs ümumilikdə 24038 manat borcu vardır. Hacıqabul Rayon Məhkəməsinin 3(071)-312/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərarı ilə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 10 gün müddətində inzibati həbs edilməsinə baxmayaraq, bu Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar törədilməsinə yol vermişdir. Məhkəmə iclasında Hacıqabul rayon İcra və Probasiya şöbəsinin rəisi X4 inzibati xəta haqqında protokolu müdafiə edərək bildirdi ki, Hacıqabul rayon Məhkəməsi tərəfindən verilmiş 2(071)-53/2018 saylı, xx.xx.2018-ci il tarixli icra vərəqəsinə əsasən Şəxs 08 dekabr 2007-ci il təvəllüdlü X1 və 04 mart 2009-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay bir uşağa 136 manat olmaqla, cəmi 272 manat sabit pul məbləğində aliment tutularaq Zərərçəkmiş şəxs verilməsi qət olunmuşdur. Hacıqabul rayon Məhkəməsi tərəfindən verilmiş 2(071)-65/2018 saylı, xx.xx.2018-ci il tarixli icra vərəqəsinə əsasən cavabdeh Şəxs 1 baş inək və balasının satışından əldə edilmiş 890 manat pulun yarısı miqdarında olan 445 manat pul və 31 manat ödənilmiş dövlət rüsumu alınaraq iddiaçı Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. Hacıqabul rayon Məhkəməsi tərəfindən verilmiş 2(071)295/2021 saylı, xx.xx.2021-ci il tarixli icra vərəqəsinə əsasən alimentin miqdarı artırılaraq 08 dekabr 2007-ci il təvəllüdlü X1 və 04 mart 2009-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay bir uşağa 175 manat olmaqla, cəmi 350 manat sabit pul məbləğində aliment tutularaq Zərərçəkmiş şəxs verilməsi qət olunmuşdur. Borclu Hacıqabul Rayon Məhkəməsinin 3(071)-312/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərarı ilə İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 10 gün müddətində həbs olunmuşdur. Sonradan tələbkarla borclu arasında hər ay 1000 manat ödənilməsi barədə razılıq əldə olunsa da, borclu həmin razılaşmanı pozaraq əməl etməmişdir. Odur ki, borclunun icra sənədinin icrasından qəsdən yayındığını nəzərə alaraq, onun barəsində qanunamüvafiq qaydada qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs izahatında bildirdi ki, Bakı şəhəri, Binəqədi rayonunda kirayə yaşayır. Əvvəllər 270 manat kirayə haqqı ödəsə də, yaxın vaxtlarda başqa evə məskunlaşaraq ayda 150 manat kirayə haqqı ödəyir. Bakı şəhərində Ulduz metro stansiyası yaxınlığında anbarda mühafizəçi vəzifəsində çalışır və 680 manat məbləğində əmək haqqı alır. İcra sənədləri üzrə borcunu inkar etmir. 20 mindən çox borcu vardır. Borcu tam şəkildə ödəməyə imkanı çatmadığını, lakin hər ay 400 manat ödədiyini bildirmişdir. Əvvəllər axtarışda olduğu üçün rəsmi iş yeri olmamışdır və bu səbəblə borcunu ödəyə bilməmişdir. Hazırda onun inzibati həbs edilməsi onun işdən azad edilməsinə və borcun qaytarılmasına mane olacağına səbəb olacağını qeyd etmişdir. Belə ki, borcun yaranma səbəbi ondan ibarətdir ki, tələbkarla razılaşma əldə olunmuşdur ki, aliment ödənilməsin, lakin ev və həyətyanı torpaq sahəsi tələbkarın adına rəsmiləşdirilsin. Sonradan tələbkar bu razılaşmanı pozaraq borcunu istədiyini bildirmişdir. Borcun tam şəkildə ödənilməsinin iki yolu vardır. Ya evdən tələbkar və uşaqları çıxararaq evi satıb borcu ödəməsi, ya da tələbkar evin onun adına rəsmiləşdirilməsi müqabilində borcdan imtina etməsidir. Odur ki, qeyd etdiklərini nəzərə alaraq, barəsində başlanılmış inzibati xəta haqqında icraata xitam verilməsini xahiş edir. Tələbkara məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş lakin tələbkar və ya onun nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Belə ki, inzibati xəta haqqında materialdan müəyyən edilir ki, Hacıqabul rayon Məhkəməsi tərəfindən verilmiş 2(071)-53/2018 saylı, xx.xx.2018-ci il tarixli icra vərəqəsinə əsasən Şəxs 08 dekabr 2007-ci il təvəllüdlü X1 və 04 mart 2009-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay bir uşağa 136 manat olmaqla, cəmi 272 manat sabit pul məbləğində aliment tutularaq Zərərçəkmiş şəxs verilməsi qət olunmuşdur. Hacıqabul rayon Məhkəməsi tərəfindən verilmiş 2(071)-65/2018 saylı, xx.xx.2018-ci il tarixli icra vərəqəsinə əsasən cavabdeh Şəxs 1 baş inək və balasının satışından əldə edilmiş 890 manat pulun yarısı miqdarında olan 445 manat pul və 31 manat ödənilmiş dövlət rüsumu alınaraq iddiaçı Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. Hacıqabul rayon Məhkəməsi tərəfindən verilmiş 2(071)295/2021 saylı, xx.xx.2021-ci il tarixli icra vərəqəsinə əsasən alimentin miqdarı artırılaraq 08 dekabr 2007-ci il təvəllüdlü X1 və 04 mart 2009-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay bir uşağa 175 manat olmaqla, cəmi 350 manat sabit pul məbləğində aliment tutularaq Zərərçəkmiş şəxs verilməsi qət olunmuşdur. Borclu Şəxs Zərərçəkmiş şəxs Hacıqabul rayon Məhkəməsi tərəfindən verilmiş 2(071)-53/2018 saylı, xx.xx.2018-ci il tarixli icra vərəqəsinə əsasən 8732 manat, Hacıqabul rayon Məhkəməsi tərəfindən verilmiş 2(071)- 65/2018 saylı, xx.xx.2018-ci il tarixli icra vərəqəsinə əsasən 476 manat və Hacıqabul rayon Məhkəməsi tərəfindən verilmiş 2(071)295/2021 saylı, xx.xx.2021-ci il tarixli icra vərəqəsinə əsasən 14830 manat məbləğində aliment borcu yaranmışdır. Şəxs Zərərçəkmiş şəxs ümumilikdə 24038 manat borcu vardır. İş materiallarına əlavə edilmiş Hacıqabul Rayon Məhkəməsinin 2(071)-53/2018 saylı, xx.xx.2018-ci il tarixli icra vərəqəsinə əsasən Şəxs 08 dekabr 2007-ci il təvəllüdlü X1 və 04 mart 2009-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay bir uşağa 136 manat olmaqla, cəmi 272 manat sabit pul məbləğində aliment tutularaq Zərərçəkmiş şəxs verilməsi qət olunmuşdur. İş materiallarına əlavə edilmiş xx.xx.2018-ci il tarixli icraata başlamaq haqqında qərardan görünür ki, icra sənədi üzrə icraata başlanılmış və borclu Şəxs dərhal icranı könüllü olaraq təmin etməsi qərara alınmışdır. İş materiallarında olan xx.xx.2021-ci il tarixli borclunun axtarışı haqqında qərardan müəyyən edilir ki, barəsində inzibati icraat aparılan şəxs barəsində axtarış elan edilmişdir. İş materiallarına əlavə edilmiş Hacıqabul Rayon Məhkəməsinin 2(071)-65/2018 saylı, xx.xx.2018-ci il tarixli icra vərəqəsinə əsasən cavabdeh Şəxs 1 baş inək və balasının satışından əldə edilmiş 890 manat pulun yarısı miqdarında olan 445 manat pul və 31 manat ödənilmiş dövlət rüsumu alınaraq iddiaçı Zərərçəkmiş şəxs ödənilməlidir. İş materiallarına əlavə edilmiş xx.xx.2018-ci il tarixli icraata başlamaq haqqında qərardan görünür ki, icra vərəqəsi üzrə icraata başlanılmış və borclu Şəxs dərhal icranı könüllü olaraq təmin etməsi qərara alınmışdır. İş materiallarına əlavə edilmiş Hacıqabul Rayon Məhkəməsinin 2(071)295/2021 saylı, xx.xx.2021-ci il tarixli icra vərəqəsinə əsasən alimentin miqdarı artırılaraq Şəxs 08 dekabr 2007-ci il təvəllüdlü X1 və 04 mart 2009-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay bir uşağa 175 manat olmaqla, cəmi 350 manat sabit pul məbləğində aliment tutularaq Zərərçəkmiş şəxs verilməsi qət olunmuşdur İş materiallarına əlavə edilmiş xx.xx.2021-ci il tarixli tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, Hacıqabul Rayon Məhkəməsinin 2(071)-295/2021 saylı, xx.xx.2021ci il tarixli icra vərəqəsini könüllü icra etməsi üçün borclu Şəxs 10 gün müddətində vaxt verilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2021-ci il tarixli icraata başlamaq haqqında qərardan görünür ki, icra vərəqəsi üzrə icraata başlanılmış və borclu Şəxs dərhal icranı könüllü olaraq təmin etməsi qərara alınmışdır. İş materiallarında olan xx.xx.2021-ci il tarixli icra sənədlərinn ümumi icraatda birləşdirilməsinə dair qərara əsasən, eyni borclu haqqında bir neçə icra sənədi olduğundan Hacıqabul Rayon Məhkəməsinin 22(071)-53/2018 saylı, xx.xx.2018-ci il tarixli icra vərəqəsi, Hacıqabul rayon Məhkəməsinin 2(071)-65/2018 saylı, xx.xx.2018-ci il tarixli icra vərəqəsi və Hacıqabul rayon Məhkəməsinin 2(071)295/2021 saylı, xx.xx.2021-ci il tarixli icra vərəqəsi ümumi icraatda birləşdirilmişdir. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, icra məmurunun, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin izahatları, habelə inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, Hacıqabul Rayon Məhkəməsinin 3(071)-312/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərarı ilə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 10 gün müddətində inzibati həbs edilməsinə baxmayaraq, bu Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar törədilməsinə yol vermişdir. Məhkəmə iclasında verdiyi izahatından görünür ki, borclu maddi imkanı olmadığını əsas gətirərək, borcunu ödəmədiyini bildirsə də, icra sənədlərinin icraya yönəldiyi vaxtdan keçən müddət nəzərə alındıqda bu hal onu borcunu ödəməmək üçün əsas hesab edilə bilməz. Borclu hal-hazıradək edilmiş xəbərdarlıqlara baxmayaraq, onun tərəfindən yaranmış borcunun lazımi qaydada ödənilməsinə laqeydlik göstərilmiş və icra sənədinin icrasına səhlənkar yanaşmışdır. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 528.1-1-ci maddəsində isə bu Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar törədilməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası İXM-nin 528.1-1-ci maddəsinin sanksiyasında fiziki şəxslərin min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilməsi və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla iki ayadək müddətə inzibati həbs tətbiq edilməsi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası İXM-in 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə təqsirli bilinməli və inzibati tənbehin məqsədinə nail olmaq üçün onun barəsində həmin maddənin sanksiyasının hədləri daxilində inzibati həbs tənbeh növü tətbiq edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və 130.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 20 (iyirmi) gün müddətinə inzibati həbs edilsin. Həbsetmənin əvvəli 20 noyabr 2025-ci il tarixdən saat 17:50-dən hesablansın. Qərarın icrası Hacıqabul Rayon Polis Şöbəsinə həvalə olunsun. Qərardan, qərar rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Hacıqabul rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Orxan Bayramov
Məhkəmə qərarları › İş №3(071)-328/2025
Hacıqabul Rayon Məhkəməsi Qərar — İş №3(071)-328/2025
20.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver