Məhkəmə qərarları › İş №3(071)-329/2023

Hacıqabul Rayon Məhkəməsi Qərar — İş №3(071)-329/2023

28.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Hacıqabul rayonu İş № 3(071)-329/2023 28.09.2023 HACIQABUL RAYON MƏHKƏMƏSİ X4 Nazim oğlunun sədrliyi, Səlimova Günel Rauf qızının katibliyi ilə, Hacıqabul RPŞ-nin İTB-nin sahə rəisi polis kapitanı X1nun, barələrində inzibati xəta haqqında icraat aparılan Şəxs2 və Şəxs1 iştirakları ilə, xx.xx.2001-ci il tarixdə Hacıqabul rayonu Udulu kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, AB CON" Qapalı Səhmdar Cəmiyyətində fəhlə işləyən, Hacıqabul rayonu Padar qəsəbəsində qeydiyyatda olan və yaşayan Şəxs2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə, xx.xx.1985-ci il tarixdə Sabirabad rayonu Qarasu kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, Şirvan-Salyan Regional Təhsil İdarəsində fəhlə işləyən, Hacıqabul rayonu Padar qəsəbəsində qeydiyyatda olan və yaşayan Şəxs1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Hacıqabul rayon Polis Şöbəsindən daxil olmuş materiala açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Şəxs2 və Şəxs1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilmələrinə dair Hacıqabul Rayon Polis Şöbəsində tərtib olunmuş inzibati xəta haqqında material baxılması üçün Hacıqabul rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib edən Hacıqabul RPŞ-nin İTB-nin sahə rəisi X1 izahatında bildirdi ki, Şəxs2 xx.xx.2023-cü il tarixdə Hacıqabul rayonu Padar qəsəbəsində tanışı Şəxs1 daşla vuraraq ona xəsarət yetirmiş, həmin vaxt Şəxs1 isə Şəxs2 boğazından tutaraq ona xəsarət yetirmişdir. Bununla da Şəxs1 və Şəxs2 İXM-in 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Odur ki, onların barələrində qanuna müvafiq qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs1 özünü təqsirli bilərək izahatında göstərdi ki, o, Hacıqabul rayonu Padar qəsəbəsində yaşayır. Hacıqabul rayon Padar qəsəbəsində yerləşən tam orta məktəbində gözətçi işləyir. xx.xx.2023-cü il tarixdə növbədə olarkən kəndin azyaşlı uşaqlarını məktəbin həyətindən istifadə etməklə girib çıxdığını görmüş, uşaqları məktəbin ərazisinə hər hansı bir xətər yetirməməsi səbəbi ilə qovmuşdur. Həmin gün saat 22:00 radələrində həmkəndlisi Şəxs2 Şücayət oğlu sərxoş vəziyyətdə məktəbin həyətindən keçərək mağazaya getmiş, Kənan qayıdarkən ona nə səbəbə uşaqları qovduğunu soruşmuşdur. Kənana məktəbin gözətçisi olduğunu və bu əraziyə cavab verdiyini bildirmiş, aralarında sözlə mübahisə düşmüşdür. Kənan onun üstünə hücüm çəkərək yerdən daş parçaları götürüb ona atmış, daş parçasından biri onun sol əlinin arxa səthinə dəyərək xəsarət almışdır. Bu zaman Kənanın yaxasından və boğazından tutub kənara itələmişdir. Lakin, hazırda onunla barışmışdır və ona qarşı şikayəti və tələbi yoxdur. Odur ki, qeyd olunanları nəzərə alaraq, barəsində başlanmış inzibati xəta haqqında icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs2 özünü təqsirli bilərək izahatında göstərdi ki, Hacıqabul rayonu Padar qəsəbəsində yaşayır. İkinci Qarabağ döyüşlərinin iştirakçısı olmaqla veterandır. xx.xx.2023-cü il tarixdə saat 22:00 radələrində atası Sücayət üçün siqaret almaq məqsədi ilə məktəbin həyətindən keçib mağazaya gedərkən Şəxs1 onun qarşını kəsərək oradan bir daha keçməməsini ona bildirmişdir. Bu zaman Ceyhunla aralarında mübahisə yaranmış, Ceyhun onun və ailəsinin ünvanına nəlaiq ifadələr işlətmişdir. Bundan sonra Ceyhun onun boğazından tutub boğmağa başlamış, onun əlindən güclə çıxıb yerdən daş parçası götürüb Ceyhuna atmışdır. Daş parçası Ceyhunun əlinə dəymişdir. Lakin, hazırda onunla barışmışdır və ona qarşı şikayəti və tələbi yoxdur. Odur ki, barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edir. İş materiallarında olan MN ******* nömrəli 28 sentyabr 2023-cü il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs2 xx.xx.2023-cü il tarixdə Hacıqabul rayonu Padar qəsəbəsində tanışı Şəxs1 daşla vuraraq xəsarət yetirmişdir. İş materiallarında olan MN ******* nömrəli 28 sentyabr 2023-cü il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs1 xx.xx.2023-cü il tarixdə Hacıqabul rayonu Padar qəsəbəsində tanışı Şəxs2 boğazından tutaraq ona xəsarət yetirmişdir. İş materiallarında olan “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Şəxs1 və Şəxs2 əməllərində cinayət tərkibi olmadığından, onların əməlində Azərbaycan Respublikası İXM-in 157-ci maddəsinin tərkibi olduğundan, qanuna müvafiq tədbir görülməsi üçün qərarın surəti Hacıqabul RPŞnin İTB-nə göndərilmiş, vətəndaşların şikayət ərizəsi əsasında toplanmış materal üzrə cinayət işinin başlanılması rədd edilmişdir. İş materiallarında olan məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli, 265 saylı rəyindən görünür ki, Şəxs1 məhkəmə-tibbi müayinə zamanı aşkar edilmiş xəsarət- Sol əlin arxa səthinin sıyrıqları və hemotoması. Yuxarıda qeyd olunan xəsarətlər küt əşyanın təsirindən əmələ gəlməklə müxtəlif şəraitdə eyni zamanda müayinə onunanın göstərdiyi şəraitdə yəni kənar şəxs tərəfindən vurulması zamanı əmələ gələ bilər. Müddəti 1-2 gün əvvələ uyğundur. Yuxarıda qeyd olunan xəsarət sağlamlığa zərər vurmayan olduğu üçün dərəcəsi təyin edilmir. İş materiallarında olan məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli, 270 saylı rəyindən görünür ki, Şəxs2 məhkəmə-tibbi müayinə zamanı aşkar edilmiş xəsarət- Boyun nahiyyəsinin sıyrıqları. Yuxarıda qeyd olunan xəsarətlər küt əşyanın təsirindən əmələ gəlməklə müxtəlif şəraitdə eyni zamanda müayinə onunanın göstərdiyi şəraitdə yəni kənar şəxs tərəfindən vurulması zamanı əmələ gələ bilər. Müddəti 3-4 gün əvvələ uyğundur. Yuxarıda qeyd olunan xəsarət sağlamlığa zərər vurmayan olduğu üçün dərəcəsi təyin edilmir. İş materiallarında olan Şəxs1 ərizəsindən görünür ki, o, Şəxs2 ilə barışmışdır. İş materiallarında olan Şəxs2 ərizəsindən görünür ki, o, Şəxs1 ilə barışmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 39.1-ci maddəsinə əsasən bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat yalnız zərər çəkmiş şəxsin ərizəsinə əsasən başlanır, zərər çəkmiş şəxslə barəsində inzibati icraat aparılan şəxs barışdıqda isə həmin iş üzrə icraata xitam verilir. 53.1.9-cu maddəsinə əsasən bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Məhkəmə, barəsində inzibati xəta haqqında icraat aparılan X2 törətmiş olduğu əməlin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, onların törətdiyi əməl Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Belə ki, Şəxs1 və Şəxs2 tərəfindən biri-birilərinə zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirmələri, onlar tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaların törədilmələri inzibati xəta haqqında protokollar, barələrində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxslərin etirafedici izahatları və məhkəmə iclasında tədqiq edilmiş digər sübutlarla öz təsdiqini tapmışdır. Bununla yanaşı məhkəmə, Şəxs1 və Şəxs2 məsuliyyətə cəlb edilməsi məsələsini müzakirə edərək hesab edir ki, tərəflərin barışması nəzərə alınmaqla, onlar barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39 və 53.1.9-cu maddələri tətbiq edilərək inzibati məsuliyyətdən azad edilməli və barələrində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39, 53, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: MN ******* nömrəli, 28 sentyabr 2023-cü il tarixli inzibati xəta haqqında protokol əsasında Şəxs2 və MN ******* nömrəli, 28 sentyabr 2023-cü il tarixli inzibati xəta haqqında protokol əsasında Şəxs1 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Hacıqabul Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. X6

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar