Məhkəmə qərarları › İş №3(071)-329/2025

Hacıqabul Rayon Məhkəməsi Qərar — İş №3(071)-329/2025

21.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Hacıqabul rayonu İş № 3(071)-329/2025 21.11.2025 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi, X1 iclas katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs - Hacıqabul RPŞ-nin İTB-nin polis sahə rəisi X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1993-cü ildə Sabirabad rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işsiz, Hacıqabul rayonu Talış kəndində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Hacıqabul RPŞ-nin İTB-si tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Hacıqabul RPŞ-nin İTB-si tərəfindən tərtib edilmiş 21 noyabr 2025ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol, həmin protokol əsasında qəbul edilmiş qərardad və ona əlavə edilmiş sənədlər aidiyyəti üzrə baxılması üçün Hacıqabul Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 08 radələrində Hacıqabul rayonu Talış kəndi ərazisində Zərərçəkmiş şəxs döyərək sonuncuya dərəcəsi təyin olunmayan xəsarət yetirmişdir. Zərərçəkmiş şəxs şikayət ərizəsi əsasında Hacıqabul RPŞ-də müvafiq araşdırma aparılmış və Şəxs əməlində cinayət tərkibinin əlamətləri aşkar edilmədiyindən Hacıqabul RPŞ-nin təhqiqatçısı Mübaşir Heybətov tərəfindən 23 oktyabr 2025-ci il tarixli qərarla cinayət işinin başlanılması rədd edilmişdir. Bundan sonra Hacıqabul RPŞ-nin İTB-nin polis sahə rəisi X5 tərəfindən müvafiq inzibati araşdırma aparılmış və Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Hacıqabul RPŞ-nin İTB-nin polis sahə rəisi X5 tərtib etdiyi protokolu müdafiə edərək Şəxs barəsində müvafiq tədbir görülməsini məhkəmədən xahiş etdi. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, Şəxs şəxsi münasibətləri zəminində aralarında yaranan mübahisə zamanı Zərərçəkmiş şəxs döyərək sonuncuya dərəcəsi təyin olunmayan xəsarət yetirmişdir. Zərərçəkmiş şəxs şöbəyə müraciət edərək bildirmişdir ki, Şəxs bir neçə dəfə onun evinə gələrək onu təhqir etmiş, mübahisə yaratmağa çalışmışdır. Hazırda Zərərçəkmiş şəxs qorxduğu üçün rayon ərazisinə gəlməmiş, Bakı şəhərinə getmiş, bu səbəbdən məhkəmə iclasında iştirak edə bilməmişdir. Bundan başqa hadisənin hər hansı bir şahidi olmamış, yalnız zərərçəkmiş şəxsin izahatı və ekspert rəyinə istinad edilərək protokol tərtib edilmişdir. Cinayət işinin başlanmasının rədd edilməsi haqqında Hacıqabul RPŞ-nin təhqiqatçısı Mübaşir Heybətov tərəfindən qəbul edilmiş 23 oktyabr 2025-ci il tarixli qərarın təsviri hissəsində Şəxs əməlində inzibati xəta tərkibinin olması qeyd olunmasına baxmayaraq nəticə hissəsində həmin fakta hüquqi qiymət verilməmişdir. Qərarın təsviri hissəsində göstərilənlərə əsasən Şəxs barəsində hazırkı protokol tərtib edilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərmişdir ki, özünü təqsirli bilmir. Belə ki, Zərərçəkmiş şəxs digər evdə olan gəlin ilə dalaşmışdır. Buna səbəb hər ikisinin də eyni evdə qalmaq istəməməsi olmuşdur. Bundan sonra, Zərərçəkmiş şəxs Bakı şəhərinə getmiş, daha sonra maddi imkanları olmadığı üçün Bakı şəhərində 1 ildən artıq qala bilməmiş və rayon ərazisinə geri qayıtmışdır. Ancaq zərərçəkmiş bu vəziyyətlə razı olmamış, bir yolunu tapıb rayon ərazisini yenidən tərk edəcəyini bildirmişdir. Bundan sonra heç bir əsas olmadan Zərərçəkmiş şəxs onun övladlarını döymüşdür. Bundan sonra o, bu barədə uşaqların təhsil aldıqları müəssisənin rəhbərliyinə xəbər vermiş, övladlarına Zərərçəkmiş şəxs tərəfindən fiziki şiddət göstərilməsinin qarşısının alınması üçün tədbir görülməsini xahiş etmişdir. Həmçinin, Zərərçəkmiş şəxs da yanına gedərək ona övladlarından kənar durmasını, döyməməsini, əks təqdirdə barəsində polis şöbəsinə müraciət edəcəyi barədə xəbərdarlıq etmişdir. Buna baxmayaraq, Zərərçəkmiş şəxs etdiyi əməlin arxasında olduğunu, bu barədə hara istəsə şikayət edə biləcəyini ona bildirmişdir. Hətta, Hacıqabul Rayon Polis Şöbəsində işləyən Zahid adlı polis əməkdaşının adını çəkərək həmin şəxsin onun dayısı olduğunu, şikayət etsə belə nəticəsiz qalacağını demişdir. Nəticə etibarı ilə Zərərçəkmiş şəxs onun barəsində şöbəyə müraciət edərək onu döydüyünü iddia etmiş, halbuki belə bir hadisə baş verməmişdir. Zərərçəkmiş şəxs ona məlum olmayan şəkildə özünə xəsarət yetirərək “Hacıqabul Rayon Mərkəzi Xəstəxanası” PHŞ-nin “Acil” şöbəsindən kağız alaraq güya onun tərəfindən döyüldüyünü bildirmişdir. Əlavə olaraq bildirmişdir ki, onkoloji xəstədir və ayaqları üzərində uzun müddət qala bilmir. Bununla bağlı davamlı müalicə alır. Dolayısı ilə fiziki cəhətdən xəstəliyi ilə bağlı Zərərçəkmiş şəxs güc tətbiq etmək iqtidarında belə deyildir. Zərərçəkmiş şəxs şöbədə verdiyi izahatı həqiqəti əks etdirmir. Odur ki, göstərilən halları nəzərə alaraq barəsində başlanmış inzibati iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. Hacıqabul RPŞ-nin İTB-nin polis sahə rəisi, X5 tərəfindən iş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs ilə aparılmış telefon danışığının olduğu 01 ədəd video disk məhkəmə iclası zamanı tədqiq edilərək müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs ona zərər yetirməsi ehtimal olunan və barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs haqqında şikayətçidir. Onun barəsində tədbir görülməsini xahiş edir. O, əlavə olaraq bildirmişdir ki, məhkəmə iclasında iştirak edə bilməyəcəkdir. Məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və Şəxs barəsində inzibati tənbeh tətbiq edilməsini xahiş edir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İXMnin 157-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarına olan 23 oktyabr 2025-ci il tarixli “cinayət işinin başlanılmasının rədd edilməsi barədə” qərardan görünür ki, Zərərçəkmiş şəxs müraciəti əsasında toplanmış HK-1/1066 materiallar üzrə cinayət tərkibinin əlamətlərinin olmaması əsası ilə cinayət işinin başlanılması rədd edilmişdir. Eyni zamanda Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətdilməsi üzrə araşdırma aparılması üçün qərarın surətinin Hacıqabul RPŞ-nin İTB-yə göndərilməli olduğu qərarın təsviri-əsaslandırıcı hissəsində qeyd olunsa da, “qərara alıram” hissəsində, yəni nəticə bununla bağlı hər hansı göstəriş qeyd edilməmişdir. Qərardan həmçinin müəyyən edilir ki, məlumatla bağlı Zərərçəkmiş şəxs izahatında göstərmişdir ki, Şəxs ilə eyni həyətdə ayrı evlərdə qonşu yaşayırlar. Uşaqlar bir-birləri ilə oynayan zaman dolanmadıqlarından aralarında mübahisələri olur. xx.xx.2025-ci il tarixdə saat 08 radələrində uşaqlarını küçədən məktəbə yola salan zaman Rəna yanına gəlmiş, onunla mübahisə etməyə başlamışdır ki, güya onun ünvanına nə isə demişdir. Bu səbəbdən aralarında mübahisə yaranmış, mübahisə zamanı Rəna onun sinəsindən itələyərək yerə yıxmış, yıxılan zaman qolu və ayağı əzilmişdir. Həmin vaxt anası küçəsindən onların yanma gəlmiş, artıq Rəna çıxıb getmişdir. Sonra anası onu evlərinə aparmış, xəsarəti olduğundan atası Rafail onu Hacıqabul RMX-nin Acil şöbəsinə aparmışdır. Bundan başqa, izahatı alınmış X2 (zərərçəkmiş şəxsin anası) izahatında göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə saat 08 radələrində həyətlərində olarkən küçədə səs eşidib çıxanda görmüşdür ki, Rəna qızı Gülcahanla mübahisə edir və üstünə hücum edir. Tez səs edib onlara tərəf getdikdə Rəna çıxıb getmişdir. Qızını evə gətirmiş, qolunda ayağında xəsarət olduğunu görmüş və Rənanın onu itələyərək yerə yıxdığını demişdir. Bundan sonra Gülcahanın xəsarəti ilə bağlı Rafail Gülcahanı xəstəxanaya aparmışdır. Qərardan həmçinin görünür ki, Şəxs izahatında göstərilmişdir ki, Gülcahanla eyni həyətdə ayrı evdə qonşu yaşayırlar. Münasibətləri yaxşı deyil, bir neçə dəfə ailələri arasında mübahisə olub, polis şöbəsində araşdırmaları aparılıb. xx.xx.2025-ci il tarixdə də saat 08 radələrində heyvanlarını evin bağ hissəsinə çıxararaq otarmağa aparmış, həmin vaxt Gülcahanla rastlaşmış, Gülcahan onu təhqir etmiş, onunla aralarında mübahisə yaranmış, onu telefonla çəkməyə başlamışdır. Gülcahana rədd olub çıxıb getməsini bildirmiş, sonra da özü çıxıb evinə getmişdir. Həmin vaxt Gülcahanla aralarında mübahisə olsa da, onu vurmadığını bildirmişdir. Beləliklə, iş materiallarından görünür ki, ətrafda hadisənin bilavasitə şahidi olan kənar şəxs olmamışdır. Araşdırma zamanı keçirilmiş məhkəmə-tibbi ekspertizasının xx.xx.2025-ci il tarixli 286 saylı ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər - sol diz oynağının ön səthinin sıyrığı, sol dirsək oynağının arxa səthinin sıyrığı, sol budun yuxarı 1/3 hissəsinin yan səthinin qançırından ibarətdir. Həmin xəsarətlər küt əşyanın təsirindən əmələ gəlməklə müxtəlif şəraitdə eyni zamanda müayinə olunanın göstərdiyi şəraitdə, yəni kənar şəxs tərəfindən yetirilməsi zamanı əmələ gələ biləcəyi və müddətinin hadisə gününə xx.xx.2025-ci il tarixinə uyğun olduğu qeyd olunmuşdur. Qeyd olunan xəsarətin sağlamlığa zərər vurmayan olduğu üçün dərəcəsi təyin olunmamışdır. Məhkəmə iş üzrə mühüm əhəmiyyətə malik olan bütün faktiki halları araşdırıb, iş üzrə toplanmış sübutları məcmu halında tam, hərtərəfli və obyektiv, əlaqəli şəkildə tədqiq edərək belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin dispozisiyasında nəzərdə tutulan inzibati xətanı törətməsi sübuta yetirilmir. Belə ki, qanunvericiliyin imperativ tələbinə görə inzibati xəta tərkibinin formalaşması üçün dörd element yəni, obyekt, obyektiv cəhət, subyekt, subyektiv cəhət mövcud olmalıdır. İXM-nin 3-cü maddəsində qeyd olunur ki, inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Bu elementlərin hər hansı birinin olmaması inzibati xətanın mövcudluğunu istisna edir. İnzibati xətanın obyektiv cəhəti tördilən (törədilmiş) inzibati xətanın xarici görünüşü yəni, hüquq normaları ilə nəzərdə tutulan və inzibati xətanın xarici görünüşünü xarakterizə edən elementlərin məcmusudur. Bu elementlərin hər hansı birinin olmaması inzibati xətanın mövcudluğunu istisna edir. əməlin (hərəkət və ya hərəkətsizliyin) inzibati xəta hesab olunması üçün qanunvericiliklə müəyyən edilmiş dörd əlamətin hər biri mövcud olmalıdır, yəni həmin əməllə İXM-lə qorunan ictimai münasibətlərə qəsd edilməli, əməl hüquqazidd olmalı, təqsirli sayılmalı (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olmalıdır. Məhkəmə iş üzrə tərəflərin izahatlarını, toplanmış sübut materiallarını və işin faktiki hallarını birgə qiymətləndirərək müəyyən etmişdir ki, inzibati xəta haqqında protokolun məzmununda göstərilən hadisənin baş verməsini və həmin hadisənin məhz Şəxs tərəfindən törədilməsini təsdiqləyən etibarlı və obyektiv sübutlar mövcud deyildir. İş materiallarında olan məlumatlardan məlum olur ki, zərərçəkmişin müraciəti əsasında aparılan ilkin araşdırma zamanı verilmiş rəydə yalnız xəsarət faktı təsbit edilmiş, lakin ekspertiza rəyində bu xəsarətlərin konkret olaraq hansı şəxs tərəfindən yetirilməsi barədə hər hansı nəticə çıxarılmamış, xəsarətin xarakteri yalnız “küt əşya təsiri” ilə ümumi şəkildə izah edilmişdir. Ekspertiza rəyi təkcə xəsarətin mövcudluğunu təsdiq edən sənəd olmaqla, həmin xəsarətin kimin tərəfindən və hansı şəraitdə vurulduğunu göstərmir. Qanunvericilikdə ekspert rəyi sübut mənbələrindən biri kimi tanınsa da, onun təkbaşına inzibati xəta tərkibini tam sübuta yetirməsi üçün kifayətlilik xüsusiyyəti yoxdur və digər sübutlarla təsdiqlənməlidir. Lakin, iş materiallarında bu cür əlavə mötəbər sübutlar təqdim edilməmişdir. Hadisənin baş vermə şəraiti üzrə “cinayət işinin başlanılmasının rədd edilməsi barədə” qərarda göstərilən izahatlar da birbaşa müşahidəyə deyil, daha çox ehtimal xarakterli məlumatlara əsaslanır. Bu izahatlar arasında ziddiyyətlər mövcuddur, həmçinin bu ifadələr şəxsi münasibətlərin kəskinləşməsi fonunda formalaşdığı üçün onların obyektivliyi şübhə altında qalır. Bundan əlavə, zərərçəkmiş Zərərçəkmiş şəxs məhkəmə qarşısına çıxmaqdan imtina etmiş, yalnız telefon vasitəsilə şikayətini təsdiqləmişdir. Eyni zamanda, sübutların qiymətləndirilməsi zamanı nəzərə alınmışdır ki, barəsində inzibati icraat aparılan şəxs Şəxs onkoloji xəstədir, uzun müddət ayaq üstə qala bilmir, məhkəmə iclasında belə taqətsiz göründüyü müşahidə edilmişdir. Bu hal onun ümumi fiziki durumunu və iddia edilən zəruri fiziki hərəkətləri törətmək imkanlarını sual altında qoyur. Bu isə obyektiv baxımdan hadisənin məhz onun tərəfindən törədilməsi ehtimalını daha da zəiflədir. Müxtəlif tibbi müalicələr alan, fiziki cəhətdən zəif vəziyyətdə olan şəxsin zərərçəkmişin iddia etdiyi şəkildə hücum edib onu yerə yıxması barədə ittihamlar yalnız subyektiv şikayət xarakteri daşıyır və bunu təsdiq edən heç bir texniki, maddi və ya obyektiv sübut yoxdur. Sübutların ümumi qiymətləndirilməsi göstərir ki, iş üzrə video görüntü və hadisə şahidləri yoxdur, hadisənin gedişatını birbaşa təsdiqləyən obyektiv müşahidə materialları təqdim edilməmişdir. İnzibati xəta haqqında protokolun tərtib edilməsi yalnız zərərçəkmişin şikayətinə və fərziyyələrə əsaslanmışdır. Halbuki qanunvericiliyin tələb etdiyi təqsirin sübuta yetirilməsi yükü inzibati icraat aparan orqanın üzərinə düşür və bu tələbin ödənilməməsi inzibati məsuliyyətin tətbiq edilməsinə yol vermir. Məhkəmə bu halların hər birini nəzərə alaraq hesab edir ki, təqsirliliyi təsdiq edən faktlar yalnız ehtimallara əsaslanır və inzibati məsuliyyət üçün zəruri olan “şübhəsiz sübutetmə” meyarını ödəmir. İnzibati xətanın obyektiv cəhətinin – yəni konkret şəxsin konkret hərəkətləri ilə fiziki ağrı yetirilməsi faktının – sübuta yetirilməsi mümkün olmadığından inzibati xəta tərkibinin formalaşması üçün tələb olunan elementlər tam şəkildə mövcud deyil. Bütün göstərilənlər məhkəməyə iş üzrə icraatın davam etdirilməsinin hüquqi əsasının olmadığı qənaətinə gəlməyə imkan verir. Mövcud sübutların heç biri Şəxs inzibati xəta törətdiyini etibarlı şəkildə təsdiq etmir və sübut yükünün daşınması tələbi səlahiyyətli orqan tərəfindən icra olunmamışdır. Azərbaycan Respublikasının İXM-nin 157-ci maddəsinə görə döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilir. Beləliklə, göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, təqsirliliyi sübuta yetirilmədiyindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə Hacıqabul RPŞ-nin İTB-nin polis sahə rəisi X5 tərəfindən tərtib edilmiş 21 noyabr 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli protokol üzrə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 39, 40, 43, 48-51, 53, 105, 114-117, 128-130 və 157-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə Hacıqabul RPŞ-nin İTB-nin polis sahə rəisi X5 tərəfindən tərtib edilmiş 21 noyabr 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli protokol üzrə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan, qərarın surəti rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Günel Əkbərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar