Azərbaycan Respublikası adından QƏRAR Hacıqabul rayonu İş № 3(071)-33/2022 28.02.2022 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hacıqabul rayon Məhkəməsinin hakimi və sədri vəzifəsini müvəqqəti icra edən Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Surxayev Eldost Elşad oğlunun katibliyi ilə, Hacıqabul rayon İcra və Probasiya şöbəsinin icra məmuru (probasiya üzrə) X3 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1977-ci ildə Salyan rayonu Kürçülü kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, işsiz, ünvan 1 ünvanda qeydiyyatda olan və Hacıqabul rayonu Atbulaq kəndində yaşayan - Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.4-cü maddəsi ilə Hacıqabul rayon İcra və Probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİM: Hacıqabul rayon Məhkəməsinin 23.11.2021-ci il tarixli 3(071)-33/2022 nömrəli qərarı ilə Şəxs Azərbaycan Respublikası İXM-in 529.2-ci maddəsi ilə təqsirli bilinib, barəsində 160 saat ictimai işlər növündə inzibati tənbeh tətbiq edilmişdir. Şəxs ictimai işlər növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarı icra etməkdən boyun qaçırdığına görə onun barəsində İXM-in 529.4-cü maddəsi ilə Hacıqabul rayon İcra və Probasiya şöbəsinin icra məmuru (probasiya üzrə) V.Verdiyev tərəfindən 28.02.2022-ci il tarixli MN ******* nömrəli protokol tərtib edilmişdir. Bununla da o, İXM-in 529.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında özünü İXM-in 529.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bildi və izahatında göstərdi ki, himayəsində 05.02.2009-cu il təvəllüdlü X1 adlı bir azyaşlı uşağı var, hal hazırda özünün səhhətində problemlər var. Bu səbəbdən işləyə bilmir. Odur ki, Hacıqabul rayon Məhkəməsinin 23.11.2021-ci il tarixli 3(071)-33/2022 nömrəli qərarı ilə ona təyin edilmiş 160 saat ictimai işlər növündə inzibati qərarı icra etməkdən boyun qaçırır. Hacıqabul rayon İcra və Probasiya şöbəsinin icra məmuru (probasiya üzrə) X5 məhkəmə iclasında protokolu müdafiə etdi və Şəxs barəsində qanuni tətbir görülməsini xahiş etdi. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, inzibati işi nəzərdən keçirərək hesab edir ki, Şəxs Hacıqabul rayon Məhkəməsinin 23.11.2021-ci il tarixli 3(071)-33/2022 nömrəli qərarı ilə ona təyin edilmiş 160 saat ictimai işlər növündə inzibati təhbehi icra etməkdən boyun qaçırır, ona barəsində tərtib edilmiş 28.02.2022-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında Azərbaycan Respublikası İXM-nin 529.4-cü maddəsində nəzərdə tutulan inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İXM-nin 529.4-cü maddəsinə əsasən yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların və bu Məcəllənin 353.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə görə inzibati cərimə istisna olmaqla, inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi gündən 25 gün müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İXM-nin 30.2-ci maddəsinə əsasən hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, birinci və ya ikinci dərəcə əlilliyi olan şəxslər, sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, habelə bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə hərbi qulluqçular barəsində inzibati həbs tətbiq edilə bilməz. Azərbaycan Respublikası İXM-nin 34-1-ci maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətaya görə müəyyən edilmiş sanksiyada nəzərdə tutulmuş ictimai işlər və ya inzibati həbs növündə inzibati tənbehin tətbiq edilməsi bu Məcəllənin 28.4-cü və ya 30.2-ci maddələrinin tələblərinə əsasən mümkün olmadıqda, hakim inzibati xəta törətmiş şəxs barəsində bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş inzibati tənbeh əvəzinə iki yüz manatdan beş yüz manatadək məbləğdə cərimə növündə inzibati tənbeh tətbiq edir. İnzibati xəta haqqında ******* nömrəli protokola əlavədən müəyyən edilir ki, borclu Şəxs himayəsində 14 yaşına çatmayan 05.02.2009-cu il təvəllüdlü X1 adlı bir uşağı var. Odur ki, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İXM-nin 34-1-ci maddəsi tətbiq edilməklə, Şəxs inzibati cərimə edilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30, 40, 43, 48-51, 114, 128-130 və 529.4-cü maddərini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.4-cü maddəsi ilə təqsirli bilinsin, barəsində Azərbaycan Respublikası İXM-nin 34-1-ci maddəsi tətbiq edilməklə 200 (iki yüz) manat inzibati cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Hacıqabul Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Hacıqabul rayon məhkəməsinin hakimi və sədrivəzifəsini müvəqqəti icra edən: Vahid Hacıyev
Məhkəmə qərarları › İş №3(071)-33/2022
Hacıqabul Rayon Məhkəməsi Qərar — İş №3(071)-33/2022
28.02.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver