Azərbaycan Respublikası adından QƏRAR Hacıqabul rayonu İş № 3(071)-33/2023 25.01.2023 HACIQABUL RAYON MƏHKƏMƏSİ X6 Nazim oğlunun sədrliyi, Səlimova Günəl Rauf qızının katibliyi ilə, İnzibati xəta haqqında protokolu tərtib etmiş X1, Barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs iştirakları ilə, xx xxxxxx 1996-cı il tarixdə Hacıqabul rayonu Muğan qəsəbəsində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, fərdi əməklə məşğul olan, Hacıqabul rayonu Muğan qəsəbəsində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Hacıqabul rayon Polis Şöbəsindən daxil olmuş materiala açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Hacıqabul rayon Polis Şöbəsi tərəfindən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün Hacıqabul Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib edən Hacıqabul rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi X2 izahatında bildirdi ki, xx.xx.2023-cü il tarixdə polis əməkdaşı Hacıqabul rayon Muğan qəsəbə sakini X3 ərizəsi əsasında ərazidə baş verən soyğunçuluq hadisəsi ilə bağlı Şəxs yaxınlaşaraq özünü təqdim etmiş və Şəxs polis şöbəsinə dəvət etmişdir. Lakin, Şəxs polis şöbəsinə getməkdən imtina etmişdir. Bununla da o, İXM-in 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Odur ki, onun barəsində qanuna müvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, o, xx.xx.2023-cü il tarixdə axşam saatlarında yaşadığı Hacıqabul rayonu Muğan qəsəbəsində evlərinin yaxınlığında olan zaman əvvəllər tanıdığı Rabil adlı polis əməkdaşı ona yaxınlaşaraq, onu polis şöbəsinə dəvət etmişdir. Lakin, Rabilə bu gün işi olduğu üçün polis şöbəsinə gedə bilməyəcəyini, polis şöbəsinə sabah gələ biləcəyini bildirmişdir. Bundan sonra polis əməkdaşı onu polis şöbəsinə gətirmişdir. O, polis əməkdaşına heç bir tabesizlik göstərməmişdir. Odur ki, qeyd olunanları nəzərə alaraq, onun barəsində başlanmış inzibati xəta haqqında icraata xitam verilməsini xahiş edir. Məhkəmə, iş materiallarında olan sənədlərə və proses iştirakçılarının izahatlarına məcmu halda qiymət verərək belə hesab edir ki, məhkəmə araşdırması zamanı Şəxs əməlində Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta tərkibinin olması sübuta yetirilməmişdir. Belə ki, iş materiallarında olan MN ******* nömrəli 23 yanvar 2023-cü il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs xx.xx.2023-cü il tarixdə Hacıqabul rayonu Muğan qəsəbəsində polisin qanuni tələbinə tabe olmamışdır. Bununla da Şəxs İXM-in 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsində polis işçisi və ya hərbi qulluqçunun ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Həmin normadan göründüyü kimi, ictimai qaydanın mühafizəsi vəzifəsini bilavasitə icra edən polisin istənilən tələbinə deyil, yalnız qanuni tələbinə tabe olmama inzibati məsuliyyətə səbəb olur. Hazırki işin müəyyən edilmiş faktiki hallarından görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə Hacıqabul rayon Muğan qəsəbəsində olan zaman polis əməkdaşı ona yaxınlaşmış və onu polis şöbəsinə dəvət etmişdir. Bu zaman Şəxs işi olduğu üçün həmin günü polis şöbəsinə getməkdən imtina etmişdir. Həmin vaxt polis əməkdaşı ictimai qaydanın mühafizəsi vəzifəsini bilavasitə icra etməsi ilə əlaqədar deyil, səlahiyyətli şəxsin göstərişi əsasında Şəxs polis şöbəsinə dəvət etmişdir. Məhkəmə hesab edir ki, vətəndaşın şikayət ərizəsi əsasında izahatının alınması zərurəti yaranmışdırsa, cinayət prosesini həyata keçirən səlahiyyətli şəxs əvvəlcə Şəxs qanunla müəyyən edilmiş qaydada polis şöbəsinə çağırmalı, çağırışa gəlmədikdə isə o, səlahiyyətli şəxs tərəfindən qanunla nəzərdə tutulmuş qaydada qəbul edilmiş “məcburi gətirilmə” barədə qərar əsasında polis şöbəsinə gətirilməli idi. Polis əməkdaşının əsaslı heç bir səbəb olmadan, cinayət törətməyə dair əsaslı şübhə olmadan Şəxs polis şöbəsinə dəvət etməsi qanuni tələb olmamışdır. Məhkəmə iclasında səlahiyyətli orqanın nümayəndəsi polis əməkdaşının Şəxs polis şöbəsinə dəvət etməsi barədə tələbinin qanuni olmasını təsdiq edən heç bir sübutu məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası İXM-nin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Lakin, nə inzibati xəta haqqında protokolda, nə də iş materiallarında olan digər sənədlərdə Şəxs polisin məhz “qanuni tələbi”nə qəsdən tabe olmaması faktını təsdiq edən heç bir sübut göstərilməmiş, məhkəmə baxışı zamanı da bu barədə sübutlar məhkəməyə təqdim edilməmişdir. Təqsirsizlik prezumpsiyasına müvafiq olaraq Şəxs təqsirliliyini sübuta yetirmək səlahiyyətli orqanın üzərinə düşdüyündən, lakin onun təqsirliliyini təsdiq edən hər hansı sübut məhkəməyə təqdim edilmədiyindən məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi ilə əlaqədar inzibati məsuliyyətə cəlb edilməsi əsassızdır. Azərbaycan Respublikası İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının İXMnin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İşin təsvir edilmiş hallarını və onlara tətbiq ediləcək maddi hüquq normalarının tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: MN ******* nömrəli, 23 yanvar 2023-cü il tarixli inzibati xəta haqqında protokol əsasında Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Hacıqabul Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. X7
Məhkəmə qərarları › İş №3(071)-33/2023
Hacıqabul Rayon Məhkəməsi Qərar — İş №3(071)-33/2023
25.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver