Məhkəmə qərarları › İş №3(071)-330/2023

Hacıqabul Rayon Məhkəməsi Qərar — İş №3(071)-330/2023

29.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Hacıqabul rayonu İş № 3(071)-330/2023 29.09.2023 HACIQABUL RAYON MƏHKƏMƏSİ X4 Nazim oğlunun sədrliyi, Səlimova Günel Rauf qızının katibliyi ilə, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X1, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs iştirakları ilə, xx.xx.1974-cü il tarixdə Sabirabad rayonu Qarasu kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, işləməyən, Hacıqabul rayonu Qarasu kəndində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Hacıqabul rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyənetdi: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Hacıqabul rayon İcra və Probasiya Şöbəsində tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün Hacıqabul rayon Məhkəməsinə göndərilmişdir. Materiala əlavə edilmiş Hacıqabul rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2 tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, Hacıqabul rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 16(071)-28/2023 saylı icra sənədinə əsasən Hacıqabul rayonu Qarasu kəndində yerləşən ümumilikdə 60 ha olmaqla kənd təsərrüfatı təyinatlı torpaqlardan (xx.xx.2023-cü il tarixli çıxarış üzrə - daşınmaz əmlakın dövlət reyestrində 50 nömrəli reyestr kitabının 42 nömrəli vərəqində qeydiyyata alınmış 30 ha. və xx.xx.2023-cü il tarixli çıxarış üzrə - daşınmaz əmlakın dövlət reyestrində 48 nömrəli reyestr kitabının 61 nömrəli vərəqində qeydiyyata alınmış 30 ha. kənd təsərrüfatı təyinatlı torpaq sahələri) istifadə edilməsi Şəxs qadağan edilmişdir. Borclu Şəxs icra sənədi üzrə tələbləri üzrsüz səbəbdən icra etməmişdir. İcra sənədi üzrə zəruri icra tədbirləri görülmüş, lakin borclu icra sənədini qanunda müəyyən edilmiş müddətdə icra etməkdən boyun qaçırmışdır. Məhkəmə iclasında icra məmuru X2 inzibati xəta haqqında protokolu müdafiə edərək bildirdi ki, borcluya “icraata başlama haqqında” qərar və tələbin könüllü icrası haqqında bildiriş göndərilməsinə baxmayaraq icra sənədi icra olunmamışdır. Şəxs xəbərdarlıqlara baxmayaraq, icra sənədində göstərilən torpaq sahələrindən istifadəni davam etdirir. xx.xx.2023-cü il tarixdə bu barədə Hacıqabul rayon Qarasu Bələdiyyəsinin sədri Elşad Abdullayev, Hacıqabul rayon Qarasu kənd İƏD üzrə nümayəndəsi İbad Həşimov, Hacıqabul RPŞ-nin sahə müvəkkili Babək İbrahimbəyli, hal şahidləri Bahadur Həsənov və Amid Məmmədov tərəfindən torpaq sahəsinə baxış keçirilərək həmin torpaq sahəsində heyvanların həmin sahədə olması aşkar edilmiş və bu barədə müvafik akt tərtib olunmuş və fotoşəkillər çəkilmişdir. Bu səbəbdən borclu barəsində inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə təqdim edilmişdir. Odur ki, borclunun icra sənədinin icrasından qəsdən yayındığını nəzərə alaraq, onun barəsində qanuna müvafiq qaydada qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs izahatında bildirdi ki, məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadına əsasən Hacıqabul rayonu Qarasu kəndində yerləşən Zərərçəkmiş şəxs məxsus ümumilikdə 60 ha olmaqla kənd təsərrüfatı təyinatlı torpaqlardan istifadə edilməsi ona qadağan edilmişdir. Ona məxsus 12 baş heyvanları saxlama yeri olmadığı üçün hamısını satmış, onlardan cəmi 4 baş heyvan qalmışdır ki, onu da Qarasu kəndində yaşadığı həyətində saxlayır. Məhkəmə qərardadı ona qadağa qoyulmuş torpaq sahəsinə girməmiş və istifadə etməmişdir. Həmin torpaq sahəsində qardaşı Rahil Şıxaliyeva məxsus ev var. Qardaşının həmin torpaq sahəsindən çıxmama səbəbi sərəncama əsasən torpaq sahəsinin sənədləşdirilməsi barədə müvafiq orqanlara müraciət etməsidir. Odur ki, qeyd edilənləri nəzərə alaraq, onun barəsində başlanmış inzibati xəta haqqında icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında bildirdi ki, məhkəmənin xx.xx.2023cü il tarixli qərardadına əsasən Hacıqabul rayonu Qarasu kəndində yerləşən ona məxsus ümumilikdə 60 ha olmaqla kənd təsərrüfatı təyinatlı torpaqlardan istifadə edilməsi Şəxs qadağan edilmişdir Lakin, Şəxs icra məmuru tərəfindən ona edilmiş xəbərdarlıqlara baxmayaraq həmin torpaq sahəsində istifadəsini davam etdirir. Həmin sahə otlaq sahəsi olduğu üçün Şəxs həmin sahədən yataq kimi istifadə edərək heyvanlarını orada saxlayır. Bu səbəbdən də Şəxs barəsində qanuni tədbir görülməsini xahiş edir. İş materiallarına əlavə edilmiş Hacıqabul rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 16(071)-28/2023 saylı icra sənədindən görünür ki, Hacıqabul rayonu Qarasu kəndində yerləşən ümumilikdə 60 ha olmaqla kənd təsərrüfatı təyinatlı torpaqlardan (xx.xx.2023-cü il tarixli çıxarış üzrə - daşınmaz əmlakın dövlət reyestrində 50 nömrəli reyestr kitabının 42 nömrəli vərəqində qeydiyyata alınmış 30 ha. və xx.xx.2023-cü il tarixli çıxarış üzrə daşınmaz əmlakın dövlət reyestrində 48 nömrəli reyestr kitabının 61 nömrəli vərəqində qeydiyyata alınmış 30 ha. kənd təsərrüfatı təyinatlı torpaq sahələri) istifadə edilməsi Şəxs qadağan edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, xx.xx.2023-cü il tarixli icra icra sənədini könüllü icra etməsi üçün borclu Şəxs tələbi könüllü icra etməsi üçün 10 gün müddətində vaxt verilmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə məsuliyyət nəzərdə tutur. Qanunun mənasına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə məsuliyyət o vaxt yaranır ki, borclu məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə məcbur edən icra sənədini üzrsüz səbəbdən icra etməsin. İcra etməmə isə o halda üzrsüz olur ki, borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının müəyyən edildiyi halda o, məhkəmə aktının tələbini icra etmir və ya məhkəmə aktlarının icrasını mümkünsüz etməyə yönələn hərəkətlərini davam etdirir. İş materialları və proses iştirakçılarının izahatları ilə müəyyən olunur ki, Şəxs məhkəmə qərardadı ilə Hacıqabul rayonu Qarasu kəndində yerləşən Zərərçəkmiş şəxs məxsus ümumilikdə 60 ha olmaqla kənd təsərrüfatı təyinatlı torpaqlardan istifadə edilməsi qadağan edilmişdir. Şəxs isə məhkəmənin qərardadındakı göstərişə riayət etdiyini, qeyd edilən torpaq sahəsindən istifadə etmədiyini, həmin torpaq sahəsində olan heyvanlarını çıxardığını, torpaq sahəsində olan heyvan təsərrüfatının qardaşı Rahibə və atası Salehə məxsus olduğunu bildirmişdir. Protokola əlavə edilmiş fotoşəkillərdə zərər çəkmiş şəxsin icarəsində olan torpaq sahəsində heyvanların olması görünsə də, həmin heyvanların həqiqətən də Şəxs məxsus olmasını və ya sonuncunun həmin torpaq sahəsindən faktiki olaraq istifadə etməsinə dair mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir. Şəxs həqiqətən də icra sənədini icra etməməsini sübuta yetirmək səlahiyyətli orqanın nümayəndəsinin (icra məmurunun) üzərinə düşür. Lakin, icra məmuru bu barədə sübutlarını məhkəməyə təqdim edə bilməmişdir. Azərbaycan Respublikası İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-in 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası İXM-nin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İşin təsvir edilmiş hallarını və onlara tətbiq ediləcək hüquq normalarının tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs təqsirli olması sübuta yetirilmədiyindən və bununla da əməlində inzibati xəta tərkibi olmadığından, onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsaslanaraq və İnzibati Xətalar Məcəlləsinin 43, 53, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: MN ******* nömrəli, xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında protokol əsasında Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Hacıqabul rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. X5

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar