Məhkəmə qərarları › İş №3(071)-332/2023

Hacıqabul Rayon Məhkəməsi Qərar — İş №3(071)-332/2023

16.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Hacıqabul rayonu İş № 3(071)-332/2023 16.10.2023 HACIQABUL RAYON MƏHKƏMƏSİ X10 Nazim oğlunun sədrliyi, Səlimova Günel Rauf qızının katibliyi ilə, X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə Hacıqabul rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyənetdi: X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi ilə bağlı Hacıqabul rayon Polis Şöbəsində tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün Hacıqabul Rayon Məhkəməsinə göndərilmişdir. Materiala əlavə edilmiş xx.xx.2023-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, X6 bir ədəd “TOZ” markalı” 16 kalibrli, 1959-cu ildə istehsal olan üzərində 96922 nömrəsi olan qoşa lüləli ov silahını müvafiq icra hakimiyyəti orqanının icazəsi olmadan əldə edib saxlamışdır. Səlahiyyətli orqanın nümayəndəsinə və X5 məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişi göndərilsə də, onlar məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə, İnzibati Xətalar Məcəlləsinin 112.1.4-cü maddəsinin tələbinə uyğun olaraq tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. İş materiallarında olan Hacıqabul RPŞ TB-nin təhqiqatçısı polis mayoru X8 tərəfindən HK-1/885 nömrəli material üzrə qəbul edilmiş xx.xx.2023-cü il tarixli cinayət işinin başlamasının rədd edilməsi haqqında qərardan görünür ki, xx.xx.2023-cü il tarixdə saat 12:00 radələrində Hacıqabul rayonu, Meyniman kəndində yaşayan X1 olmayan bir ədəd “TOZ” markalı” 16 kalibrli, 1959-cu ildə istehsal olan üzərində 96922 nömrəsi olan qoşa lüləli ov silahı aşkar edilərək götürülmüşdür. Toplanmış material üzrə X4 əməlində cinayət tərkibi olmadığından, cinayət işinin başlanması rədd edilmiş, onun barəsində İXM-in 590.2ci maddəsi ilə tədbir görülməsi üçün qərarın surəti Hacıqabul RPŞ-nin İTB-yə göndərilmişdir. İş materiallarında olan “Baxış keçirilməsi və götürmə aparılması haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, X4 mərhum babasından qalma sənədləri olmayan bir ədəd “TOZ” markalı” 16 kalibrli, 1959-cu ildə istehsal olan üzərində 96922 nömrəsi olan qoşa lüləli ov silahı Hacıqabul rayonu, Meyniman kəndində N.Şıxaliyevin yaşadığı evdən polis əməkdaşları tərəfindən aşkar edilərək götürülmüşdür. İş materiallarında olan X4 Hacıqabul rayon Polis Şöbəsində verdiyi izahatından görünür ki, mərhum babası X3 vəfat etdikdə ondan qalma bir ədəd qoşa lüləli, 16 çaplı, Toz markalı, 1959-cu il istehsalı olan, üzərində 96922-59 nömrəli yazı olan ov silahını yaşadığı evdə saxlamışdır. xx.xx.2023-cü il tarixdə saat 12 radələrində Hacıqabul rayon Polis Şöbəsinin əməkdaşları yaşadığı ünvana gələrək ona qanunsuz ov silahını saxlamasını bildirdilər. Polis əməkdaşlarına babasından qalma silahı gətirib təhvil vermişdir. Məhkəmə araşdırması zamanı tədqiq edilmiş sübutlarla müəyyən olundu ki, X6 müvafiq icazə almadan bir ədəd “TOZ” markalı” 16 kalibrli, 1959-cu ildə istehsal olan üzərində 96922 nömrəsi olan qoşa lüləli ov silahını əldə etmiş və saxlamışdır. Həmin ov silahı onun yaşadığı evdən aşkar edilərək götürülmüş və Hacıqabul Rayon Polis Şöbəsində saxlanılır. Azərbaycan Respublikası İXM-in 590.2-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanından xüsusi icazə almamış şəxslər tərəfindən mülki silahın və ya onun üçün döyüş sursatının əldə edilməsi, saxlanılması, daşınması, başqa şəxslərə verilməsi və ya satılmasına görə - silah və döyüş sursatı müsadirə edilməklə səksən manatdan yüz manatadək məbləğdə cərimə edilir. Beləliklə məhkəmə hesab edir ki, X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi məhkəmə iclasında tədqiq edilmiş sübutlarla tam sübuta yetirilir. Onun inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar mövcud deyildir. Azərbaycan Respublikası İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə X4 məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları müəyyən etmir. İnzibati tənbehin məqsədlərindən bəhs edilən Azərbaycan Respublikası İXM-in 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə hesab edir ki, X2 götürülmüş bir ədəd “TOZ” markalı” 16 kalibrli, 1959-cu ildə istehsal olan üzərində 96922 nömrəsi olan qoşa lüləli ov silahı müsadirə edilməklə X6 inzibati qaydada cərimə edilməlidir. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115, 128-130-cu maddərini rəhbər tutaraq, məhkəmə qəraraaldı: X6 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, Hacıqabul rayon Polis Şöbəsində saxlanılan - bir ədəd “TOZ” markalı” 16 kalibrli, 1959-cu ildə istehsal olunan, üzərində 96922 nömrəsi olan qoşa lüləli ov silahı müsadirə edilməklə, ona 80 (səksən) manat məbləğində cərimə tənbehi tətbiq edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Hacıqabul Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. X12

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar