Azərbaycan Respublikası adından QƏRARDAD Hacıqabul rayonu İş № 3(071)-333/2021 21.10.2021 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hacıqabul rayon Məhkəməsinin hakimi və sədri vəzifəsini müvəqqəti icra edən X2, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Hacıqabul rayon İcra və probasiya şöbəsi tərəfindən tərtib edilmiş 21.10.2021-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiala baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Hacıqabul rayon İcra və probasiya şöbəsinin icra məmuru Ramil Məmmədov tərəfindən tərtib edilmiş 21.10.2021-ci il tarixli MN * * * * * * * nömrəli inzibati xəta haqqında protokol və protokola əlavə baxılması üçün Hacıqabul Rayon Məhkəməsinə göndərilmişdir. 21.10.2021-ci il tarixli MN * * * * * * * nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Hacıqabul rayon Məhkəməsinin 06.07.2021-ci il tarixli 2(071)-58/2021 nömrəli icra sənədinə əsasən borclu Şəxs 2930 manat pul və 30 manat ödənilmiş dövlət rüsumu alınaraq tələbkar X1 ödənilməlidir. Şəxs icra sənədini icra etməyərək, icra sənədini icra etməkdən üzürsüz səbəbdən boyun qaçırmışdır. Bununla bağlı Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair icra məmuru tərəfindən protokol tərtib edilmişdir. Məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi -Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati məsuliyyətin yaranmasına səbəb olur. Məhkəmə inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında protokola əlavə edilmiş materiallar natamam olduğundan, işə baxılarkən həmin nöqsanların aradan qaldırılması mümkün deyildir. Belə ki, hazırki işin materiallarından müəyyən edilir ki, Şəxs əmlak vəziyyətinin yoxlanılması barədə elektron sistemdən çıxarışlar etsə də, onun yaşadığı evə baxış keçirməmiş və borcun ödənilməsi üçün borcluya məxsus yönəldilə biləcək əmlakın olub-olmaması barədə sübutları protokola əlavə etməmişdir. Yəni, borclunun icra sənədini qəsdən icra etməməsini təsdiq edən sübutları protokola əlavə etməmişdir. İşə baxılarkən həmin nöqsanların aradan qaldırılması mümkün deyildir. Azərbaycan Respublikası İXM-nin 111.3-cü maddəsinə əsasən inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokol daxil olduğu gün, inzibati qaydada tutulan şəxslər barəsində isə onların tutulduğu vaxtdan ən geci 48 saat keçənədək baxılır. Həmin Məcəllənin 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Məhkəmə hesab edir ki, protokol düzgün tərtib olunmadığına, təqdim edilmiş materiallar natamam olduğundan, işə baxılarkən qeyd olunan nöqsanları və çatışmazlıqları, sanksiyasında inzibati həbs növü nəzərdə tutulan, yəni dərhal baxılmalı olan işə məhkəmədə baxılarkən tamamlamaq mümkün olmadığı üçün inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Hacıqabul rayon İcra və Probasiya Şöbəsinə geri qaytarılmalıdır. Qeyd olunanları və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 101, 109, 118-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Hacıqabul rayon İcra və probasiya şöbəsi tərəfindən tərtib edilmiş 21.10.2021-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Hacıqabul rayon İcra və probasiya şöbəsinə geri qaytarılsın. Hacıqabul rayon Məhkəməsinin hakimi və sədri vəzifəsini müvəqqəti icra edən: Vahid Hacıyev
Məhkəmə qərarları › İş №3(071)-333/2021
Hacıqabul Rayon Məhkəməsi Qərardad — İş №3(071)-333/2021
21.10.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver