Məhkəmə qərarları › İş №3(071)-333/2023

Hacıqabul Rayon Məhkəməsi Qərar — İş №3(071)-333/2023

03.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Hacıqabul rayonu İş № 3(071)-333/2023 03.10.2023 HACIQABUL RAYON MƏHKƏMƏSİ X6 Nazim oğlunun sədrliyi, Səlimova Günel Rauf qızının katibliyi, Barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs, Hacıqabul rayon Polis Şöbəsinin İTB-nin baş inspektoru, polis kapitanı X2 iştirakları ilə, xx.xx.1990-cı il tarixdə Hacıqabul rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, fərdi əməklə məşğul olan, Hacıqabul şəhəri, M.Ə.Rəsulzadə küçəsi ev 25-da qeydiyyatda olan, Hacıqabul şəhəri, R.Baladov küçəsi nömrəsiz evdə yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Hacıqabul rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyənetdi: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi ilə bağlı Hacıqabul rayon Polis Şöbəsində tərtib olunmuş material baxılması üçün 03 oktyabr 2023-cü il tarixdə Hacıqabul rayon Məhkəməsinə göndərilmişdir. Materiala əlavə edilmiş Hacıqabul rayon Polis Şöbəsinin İTB-nin baş inspektoru, polis kapitanı X4 tərəfindən tərtib olunmuş 02 oktyabr 2023-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 12:00 radələrində Hacıqabul şəhəri İ.Qayıbov küçəsində yüksək səslə səs küy salmış, onu intizama dəvət edən polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır. Beləliklə də, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X4 izahatında göstərdi ki, Şəxs xx.xx.2023-cü il tarixdə Hacıqabul şəhəri İ.Qayıbov küçəsində RPŞ-nin inzibati binasının qarşısında uca səslə səs-küy salmış, bu vaxt orada xidmət aparan polis əməkdaşları onu nizam intizama dəvət etsələr də, o, polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Buna görə də, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək izahatında göstərdi ki, o, Hacıqabul şəhəri ərazisində “Ford-Transit” markalı **-CK-*** dövlət qeydiyyat nişanlı avtomaşınla marketlərə çörək daşımaqla məşğuldur. xx.xx.2023-cü il tarixdə saat 12:00 radələrində Hacıqabul şəhəri İ.Qayıbov küçəsində Hacıqabul şəhəri polis şöbəsinin qarşısında hərəkətdə olarkən qarşısına qara rəngli “”VAZ 2107” markalı avtomaşın qəfil çıxdığından, avtomaşını saxlayıb həmin avtomobilin sürücüsü ilə mübahisə etmiş, həmin vaxtı ərazidə xidmət aparan polis əməkdaşları onun nizam-itizama dəvət etsələr də, əsəbi olduğu üçün və aralarında anlaşılmamazlıq olduğundan polislərə öz etirazını bildirərək onların tələblərinə tabe olmamışdır. Polis əməkdaşının öz qanuni vəzifəsini yerinə yetirdiyini anlayıb əməlindən peşmançılıq çəkmişdir. Odur ki, törətdiyi əməldən peşman olduğunu, ailəli olmaqla, himayəsində bir azyaşlı uşağının olmasını nəzərə alıb onun barəsində qanunla müəyyən edilmiş qaydada cərimə növündə tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 izahatında bildirdi ki, o, Hacıqabul RPŞ-nin PPXB-nin polis nəfəri vəzifəsində işləyir. xx.xx.2023-cü il tarixdə saat 12:00 radələrində Hacıqabul şəhəri İ.Qayıbov küçəsində Hacıqabul şəhəri polis şöbəsinin qarşısında Elvin adlı şəxsin Hacıqabul şəhər sakini X1 ilə mübahisə etdiyini və uca səslə səs-küy saldığı görüb həmin yerə yaxınlaşmış, həmin şəxsi nizam intizama dəvət etmişdir. Elvin öz etirazını bildirərək onların tələblərinə tabe olmamışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs həmin tarixdə saat 13:00-da tutulmuşdur. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi özünün etiradedici izahatı ilə yanaşı, şahidin izahatı, inzibati xəta haqqında protokol və işin digər materialları ilə tam sübuta yetirilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İXM-in 31.4-1-ci maddəsinə inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla, tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Məhkəmə, Şəxs əməlindən səmimi peşman olmasını onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Onun məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən hal kimi əməlindən səmimi peşmançılığını, məsuliyyəti ağırlaşdıran halların olmamasını nəzərə alıb hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasının hədləri daxilində inzibati cərimə növündə tənbeh tətbiq edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və 130.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində həmin Məcəllənin 31.4-1-ci maddəsinin tələbləri nəzərə alınmaqla 150 (yüz əlli) manat miqdarında cərimə tənbehi tətbiq edilsin. Şəxs məhkəmə iclas zalında dərhal həbsdən azad edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Hacıqabul rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. X7

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar