Azərbaycan Respublikası adından QƏRARDAD Hacıqabul rayonu İş № 3(071)-339/2023 05.10.2023 HACIQABUL RAYON MƏHKƏMƏSİ X1, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 233.1 və 234.0.1-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsindən daxil olmuş olunmuş inzibati xəta haqqında protokol üzrə işin baxılmağa hazırlanması zamanı materialı araşdırıb, m ü ə y y ə n e t d i: Hacıqabul rayon Məhkəməsinə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsindən hüquqi şəxs Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 233.1 və 234.0.1-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair inzibati xəta haqında protokol və ona əlavə edilmiş sənədlər daxil olmuşdur. Şəxs MMC barəsində tərtib edilmiş MN ******* nömrəli, xx.xx.2023-cü il tarixli protokolda qeyd edilmişdir ki, Hacıqabul rayon Atbulaq kənd ərazisində xx.xx.2023-cü il tarixdə zavodun fəaliyyəti zamanı atmosferə atılan dəm qazının (CO) normadan artıq (17mq/m3) olduğu aşkar olunmuşdur. Nəticədə Azərbaycan Respublikası “Atmosfer havasının mühafizəsi haqqında” Qanunun 27-ci maddəsinin tələbləri pozulmuşdur. Bununla da Şəxs MMC Azərbaycan Respublikası İXM-in 233.1 və 234.0.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətmişdir. Məhkəmə, inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, inzibati xəta haqqında protokol düzgün tərtib edilmədiyindən və material natamam olduğundan protokol və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 233.1-ci maddəsində ətraf mühitə atılan, axıdılan və ya basdırılan zərərli maddələrin miqdarının yol verilə bilən normativlərdən artıq olmasına görə, həmin Məcəllənin 234.0.1-ci maddəsində isə müvafiq icra hakimiyyəti orqanının xüsusi icazəsi olmadan atmosfer havasına zərərli maddələrin atılmasına görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Həmçinin, Azərbaycan Respublikası İXM-in 100.1.4-cü maddəsinə əsasən inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti inzibati xəta haqqında protokolda dəqiq göstərilməlidir. Şəxs MMC barəsində tərtib edilmiş MN ******* nömrəli, xx.xx.2023-cü il tarixli protokolda İXMin 233.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın mahiyyəti qeyd edilsə də, hüquqi şəxsin inzibati məsuliyyətə cəlb edildiyi İXM-in 234.0.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın mahiyyəti qeyd edilməmişdir. Bununla da protokolun qanunvericiliyin tələblərinə uyğun formada tərtib edilmədiyi müəyyən edilir. Bundan başqa, inzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən müəyyən edilir ki, səlahiyyətli orqanın əməkdaşları tərəfindən Hacıqabul rayonu, Atbulaq kəndi ərazisində fəaliyyət göstərən Kərpic zavodunda fəaliyyət zamanı atmosferə atılan dəm qazının normadan artıq olduğu müəyyən edilmişdir. Lakin, həmin zavodun həqiqətən də inzibati məsuliyyətə cəlb edilmiş Şəxs MMC-yə məxsus olmasına dair hər hansı mötəbər sənəd materiala əlavə edilməmişdir. Bundan başqa, inzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Kərpic zavodunda fəaliyyət zamanı atmosferə atılan dəm qazının normadan artıq olması (17 mq/sm3) səlahiyyətli orqanın əməkdaşları tərəfindən xüsusi texniki vasitənin (ankat səyyar tipli) köməyi ilə müəyyən edilmiş, həmin texniki vasitənin göstəriciləri protokolda qeyd edilmişdir. Lakin, zavodun fəaliyyəti zamanı atmosferə atılan dəm qazının miqdarının həqiqətən də 17 mq/sm3 olması barədə xüsusi texniki vasitənin göstəricisi barədə sənəd (qəbz, ekran görüntüsü və s.) protokola əlavə edilməmişdir. Azərbaycan Respublikası 109.1.6-cı maddəsinə əsasən protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Göstərilənlərə əsaslanaraq və İnzibati Xətalar Məcəlləsinin 100 və 109.1.6-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 233.1 və 234.0.1-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsindən daxil olmuş MN ******* nömrəli, xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. X4
Məhkəmə qərarları › İş №3(071)-339/2023
Hacıqabul Rayon Məhkəməsi Qərardad — İş №3(071)-339/2023
05.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver