Azərbaycan Respublikası adından QƏRAR Hacıqabul rayonu İş № 3(071)-340/2023 06.10.2023 HACIQABUL RAYON MƏHKƏMƏSİ X4 Nazim oğlunun sədrliyi, Səlimova Günel Rauf qızının katibliyi ilə, İnzibati xəta haqqında protokolu tərtib etmiş X1, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1980-cı il tarixdə Hacıqabul şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, İİİ qrup əlil, subay, Hacıqabul şəhəri, H.Həmidov küçəsi ev 26-da qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Hacıqabul rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyənetdi: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi ilə bağlı Hacıqabul rayon Polis Şöbəsində tərtib olunmuş material baxılması üçün Hacıqabul rayon Məhkəməsinə göndərilmişdir. Materiala əlavə edilmiş xx.xx.2023-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, Şəxs xx.xx.2023-cü il tarixdə Hacıqabul şəhəri İ.Qayıbov küçəsində yerləşən “Oba” marketdən 30 manat dəyərində olan 3 ədəd şampun və xx.xx.2023-cü il tarixdə Hacıqabul şəhəri H.Həmidov küçəsində yerləşən “Spar” marketdən 120 manat dəyərində 3 ədəd 1 litrlik araq oğurlamışdır. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Hacıqabul RPŞ-nin İTB-nin sahə rəisi, polis mayoru X2 inzibati xəta haqqında protokolun məzmununa uyğun çıxış edərək əlavə olaraq bildirdi ki, Şəxs əməlində cinayət tərkibi olmadığından materiallar üzrə cinayət işinin başlanması rədd edilmiş, lakin Şəxs tərəfindən törədilmiş xırda talama əməlləri İnzibati Xətalar Məcəlləsində 227-ci maddəsi ilə inzibati məsuliyyət yaratdığından, onun barəsində müvafiq protokol tərtib edilərək məhkəməyə təqdim edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs ona isnad olunan əməl üzrə özünü təqsirli bilərək izahatında bildirdi ki, inzibati xəta haqqında protokolda qeyd olunan əməlləri törətmişdir. “Spar” marketdən oğurladığı araqları içmiş, “Oba” marketdən oğurladığı şampunu isə satmışdır. Dəymiş ziyanı zərərçəkmiş şəxslərə ödəməmişdir, lakin azadlığa buraxılarsa ziyanı ödəmək niyyətindədir. Törətdiyi əməldən peşmandır. Onun barəsində yüngül tənbeh tədbiri tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs1 izahatında bildirdi ki, xx.xx.2023-cü il tarixdə Hacıqabul şəhəri İ.Qayıbov küçəsində yerləşən “Oba” marketin müşahidə kameralarına baxarkən həmin günü saat 19:30-da bir nəfər tanımadığı şəxsin marketdən 3 ədəd şampunu oğurladığını görmüş və bu barədə Hacıqabul rayon polis şöbəsinə ərizə ilə müraciət etmişdir. Hacıqabul RPŞ-də müvafiq araşdırılma aparılmış, araşdırma nəticəsində həmin şəxsin Hacıqabul şəhər sakini Şəxs olduğunu bilmişdir. Ona 25 manat maddi ziyan dəymişd və dəymiş ziyan ödənilməmişdir. Buna görə Şəxs şikayətçidir və onun cəzalandırılmasını istəyir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs2 izahatında bildirdi ki, xx.xx.2023-cü il tarixdə Hacıqabul şəhəri H.Həmidov küçəsində yerləşən “Spar” marketdə hesabat apararkən 3 ədəd arağın əskik gəldiyini görmüş, sonra marketdə yerləşən müşahidə kameralarına baxarkən xx.xx.2023-cü il tarixdə bir nəfər tanımadığı şəxsin marketin qarşısında qoyulan soyuducudan 3 ədəd araq götürməsini görmüş və bu barədə Hacıqabul rayon polis şöbəsinə ərizə ilə müraciət etmişdir. Hacıqabul RPŞ-də müvafiq araşdırılma aparılmış, araşdırma nəticəsində həmin şəxsin Hacıqabul şəhər sakini Şəxs olduğunu bilmişdir. Ona 120 manat maddi ziyan dəymişdir və dəymiş zərər ödənilməmişdir. Ona görə Şəxs törətdiyi əmələ görə bağışlamır və ona cəza verilməsini istəyir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərarlardan görünür ki, Şəxs əməlində cinayət tərkibi olmadığından, onun əməllərində Azərbaycan Respublikası İXM-in 227-ci maddəsinin tərkibi olduğundan həmin şəxsin barəsində qanuna müvafiq tədbir görülməsi üçün qərarın surəti Hacıqabul rayon Polis Şöbəsinin İTB-nə göndərilmiş, vətəndaşların şikayət ərizəsi əsasında toplanmış materallar üzrə cinayət işinin başlanılması rədd edilmişdir. “İnzibati qaydada tutma haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Şəxs inzibati xəta haqqında işin icraatını təmin etmək məqsədi ilə həmin tarixdə saat 18:00-da tutulmuşdur. Elektron-məhkəmə informasiya sistemindən əldə edilmiş məlumatdan görünür ki, Şəxs İİİ qrup əlil olmaqla, 150 manat pensiya alır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə - yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin etirafedici izahatı, zərər çəkmiş şəxslərin izahatı, eləcə də inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İXM-in 31.4-cü maddəsində qeyd olunur ki, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən hal kimi onun İİİ qrup əlil olmasını, məsuliyyətini ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinməli, barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş həddə həbs növündə inzibati tənbeh tətbiq edilməli, həbsetmənin əvvəli tutulduğu xx.xx.2023-cü il tarixdən saat 18:00-dan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və 130.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində 1 (bir) ay müddətinə inzibati həbs tənbehi tətbiq edilsin. Həbsetmənin əvvəli xx.xx.2023-cü il tarixdən saat 18:00-dan hesablansın. Qərarın icrası Hacıqabul Rayon Polis Şöbəsinə həvalə olunsun. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Hacıqabul rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. X5
Məhkəmə qərarları › İş №3(071)-340/2023
Hacıqabul Rayon Məhkəməsi Qərar — İş №3(071)-340/2023
06.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver