Azərbaycan Respublikası adından QƏRAR Hacıqabul rayonu İş № 3(071)-35/2024 30.04.2024 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hacıqabul rayon Məhkəməsinin hakimi Bayramov Orxan Telman oğlunun sədrliyi, Fərəcov İsmail Vəzir oğlunun katibliyi, FHN-nin DYMX-nin Muğan RDYMXİ-nin nümayəndəsi X4 iştirakı ilə, X6 FHN-nin DYNX-nin Muğan Regional DYNİ-nin rəisi mayor X2 xx.xx.2023-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarından verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X12 şikayətlə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası FHN-nin DYMX-nin Muğan RDYMXİ-nin əməkdaşları tərəfindən onun barəsində tərtib olunmuş İnzibati tənbeh vermə haqqında ******* nömrəli, xx.xx.2023-cü il tarixli qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. X12 Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf Nazirliyi "xxxx" MMC Milli Opatorun 02-23/405 saylı xx.xx.2023-cü il tarixli əmri ilə xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək X10 X3 xidmətləri şöbəsinin müdiri vəzifəsini müvəqqəti olaraq icra etmişdir. Həmin vəzifəni icra etdiyi müddətdə FHN-nin DYMX-nin Muğan RDYMXİ-nin əməkdaşları gəlib poçt şöbəsinə baxış keçirən zaman ona İXM-nin 518.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyini bildirərək 150 manat məbləğində inzibati cərimə etmişlər. O, həmin inzibati tənbeh vermə haqqında qərarla razı deyil həmin inzibati xətanın törədilməsi onun günahı deyildir. Belə ki, həmin qərarla əlaqədar ona xx.xx.2024cü il tarixdə icra məmuru tərəfindən xx.xx.2024-cü il tarixli icraata başlama haqqında qərar veriləndən sonra ona məlum olmuşdur ki, FHN-nin DYMX-nin Muğan RDYMXİ-nin əməkdaşları tərəfindən inzibati məsuliyyətə cəlb edilərək cərimə olunmuşdur. Odur ki, şikayətinin təmin edilməsini xahiş edir. Qərarından şikayət verilən Azərbaycan Respublikası FHN DYNX-nin Muğan regional DYN idarəsinin nümayəndəsi X7 məhkəmə iclasında izahat verərək inzibati tənbehin tətbiq edilməsinə əsas olmuş inzibati xəta haqqında xx.xx.2023-cü il tarixli MN №1288246 saylı protokolu və yanğın texniki müayinə aktını təqdim etmişdir. Murad Bəşirovun sözlərinə görə xx.xx.2023-cü il tarixdə Hacıqabul şəhəri B.İbrahimov küçəsində yerləşən X13 inzibati binasında X11 Müayinə keçirilmişdir. Müayinə zamanı divarın yanan materialdan olan lambirlə üzlənməsi, binada olan odsündürən balonların tərkibinin dəyişdirilmədiyi, binanın fasad hissəsinin yanar material olan alkaponla üzlənməsi, binanın daxilinə çəkilmiş elektrik naqilinin tələblərə uyğun quraşdırılmadığı aşkar olunmuşdur. Bununla əlaqədar X1 məsuliyyətə cəlb edilmişdir. İş materiallarında ola və məhkəmə iclası zamanı tədqiq edilmiş: İnzibati tənbeh vermə haqqında MN № ******* saylı xx.xx.2023-cü il tarixli qərardan görünür ki, X1 Xətalar Məcəlləsinin 518-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 150 manat məbləğində inzibati cərimə edilmişdir. İnzibati xəta hqqında MN№ ******* saylı xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, xx.xx.2023-cü il tarixdə Hacıqabul şəhəri B.İbrahimov küçəsində yerləşən X13 inzibati binasında X11 Müayinə keçirilən zaman YTQ-nin 01-2001 bəndlərinin tələbləri pozulmuşdur. xx.xx.2023-cü il tarixli yanğın texniki müayinə aktından görünür ki, xx.xx.2023-cü il tarixdə Hacıqabul şəhəri B.İbrahimov küçəsində yerləşən X13 inzibati binasında X11 Müayinə keçirilən zaman aşağıdakı nöqsanlar aşkar edilmişdir: divar yanan materialdan olan lambirlə üzlənmiş, binada olan odsündürən balonların tərkibinin dəyişdirilməmiş, binanın fasad hissəsinin yanar material olan alkaponla üzlənmiş, binanın daxilinə çəkilmiş elektrik naqilinin tələblərə uyğun quraşdırılmamışdır. Əmək məzuniyyətinin verilməsi haqqında xx.xx.2023-cü il tarixli əmrdən görünür ki, X10 X3 xidmətləri şöbəsinin müdiri X5 xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək əmək məzuniyyəti verildiyi üçün həmin müddət ərzində müdir vəzifəsinin icrası həmin şöbəsinin əməliyyatçısı X8 həvalə edilmişdir. Məhkəmə iş materiallarını, tərəflərin izahatlarını nəzərdən keçirib hesab edir ki, şikayət təmin edilməli, xx.xx.2023-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli, inzibati xəta haqqında işə FHN-nin DYNX-nin Muğan Regional DYNİ-də yenidən baxılmalıdır. Belə ki, Hacıqabul şəhəri B.İbrahimov küçəsində yerləşən X13 inzibati binasında X11 Müayinə keçirilən zaman aşağıdakı nöqsanlardan məlum olur ki, aşkar edilmiş nöqsanlar uzun müddət ərzində mövcud olmuşdur. Həmin nöqsanların müdir vəzifəsini cəmi 34 gün ərzində müvəqqəti icra edən X12 tərəfindən aradan qaldırılması mümkün deyil. Bundan başqa, qeyd edilən nöqsanlar aşkar edilərkən həmin nöqsanlara məhz X14 tərəfindən yol verilməsi barədə hər hansı sübut mövcud deyil. Onun vəzifəli şəxs kimi öz vəzifələrinin yerinə yetirməməsi və ya lazımınca yerinə yetirməməsi iş üzrə mövcud olan sənədlərlə sübuta yetirilmir. İnzibati Xətalar Məcəlləsinin vəzifələri və prinsiplərinə əsasən məhkəmənin ziddiyyətli və şübhəli məqamların şəxsin ziyanına aradan qaldırıb, barəsində protokol tərtib edilmiş şəxsin ziyanına onun inzibati xəta törətməsini təsdiq edən sübutlar toplamaq yox, həmin şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilmişdir. Belə ki, İXM-in 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İnzibati xətanın anlayışından bəhs edilən İXM-in 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İXM-in 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İXM-in 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. “İnzibati xəta haqqında iş üzrə sübutlar və onların qiymətləndirilməsi”nə dair İXMnin 12-ci Fəsli ilə müəyyən edilmiş qaydada şəxsin təqsiri sübuta yetirilməlidir. Əks halda İXM-nin 124.3, 124.4-cü maddələrinin, həmçinin İXM-nin 12-ci Fəslinin, İXM-nin 8-ci maddəsi mənası əhəmiyyətsiz olar. İXM-in 17-ci maddəsinə əsasən vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. İXM-in 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir: 75.0.1. inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); 75.0.2. inzibati xəta törətmiş şəxs; 75.0.3. inzibati xəta törətməkdə şəxsin təqsiri; 75.0.4. inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; 75.0.5. inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; 75.0.6. inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; 75.0.7. işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait. İXM-in 135-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır İXM-in 134.1.4-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Hazırki iş üzrə inzibati xəta hadisəsinin mövcud olması müəyyən edilsə də, həmin inzibati xətanın törədilməsində kimin təqsirli olması müəyyən edilməmişdir. Bu səbəbdən də iş üzrə inzibati xətanı törətmiş şəxs müəyyən edilməli, bununla da iş üzrə əhəmiyyət kəsb edən sübutların səlahiyyətli orqan tərəfindən toplanılması üçün qərar ləğv edilməli və həmin inzibati xəta haqqında işə qeyd edilən sübutlar toplanılmaqla səlahiyyətli orqanda yenidən baxılmalıdır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128, 134, 135-ci maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. X6 barəsində FHN-nin DYNX-nin Muğan Regional DYNİ-nin xx.xx.2023-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin. Həmin inzibati xəta haqqında işə FHN-nin DYNX-nin Muğan Regional DYNİ-də yenidən baxılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Hacıqabul Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Orxan Bayramov
Məhkəmə qərarları › İş №3(071)-35/2024
Hacıqabul Rayon Məhkəməsi Qərar — İş №3(071)-35/2024
30.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver