Azərbaycan Respublikası adından QƏRAR Hacıqabul rayonu İş № 3(071)-35/2025 10.01.2025 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Orxan Telman oğlu, Fərəcov İsmayıl Vəzir oğlunun katibliyi ilə, Hacıqabul rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X5, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs, tələbkar X1 iştirakları ilə, xx.xx.1976-cı il tarixdə Sabirabad rayonu, Ələtli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, Hacıqabul rayonu, Bürvənd kəndində yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Hacıqabul rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyənetdi: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Hacıqabul rayon İcra və Probasiya Şöbəsində tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün xx.xx.2025-ci il tarixdə Hacıqabul rayon Məhkəməsinə göndərilmişdir. Materiala əlavə edilmiş Hacıqabul rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X8 tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, Hacıqabul Rayon Məhkəməsinin 09 fevral 2011-ci il tarixli, 2-51 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləği dəyişdirilərək 12 dekabr 2003-ci il təvəllüdlü X7, 06 yanvar 2005-ci il təvəllüdlü X6 və 20 sentyabr 2006-ci il təvəllüdlü X3 yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün 08 aprel 2014-cü il tarixdən başlayaraq hər ay bir uşağa görə cavabdeh Şəxs 103 manat, cəmi 309 manat sabit pul məbləğində aliment tutularaq X2 verilməsi qət edilmişdir. İcra sənədi üzrə hazırda ödənilməli olan 32960 manat aliment borcundan 29861 manat aliment pulu icra şöbəsi tərəfindən ödətdirilmiş və borclunun tələbkara 3099 manat məbləğində aliment borcu qalmışdır. Məhkəmə iclasında Hacıqabul rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X8 inzibati xəta haqqında protokolu müdafiə edərək bildirdi ki, barəsində icraat aparılan şəxs aliment borcunu tam şəkildə ödəməmişdir. Sonuncu dəfə borclu 2024-cü ilin iyun ayında aliment ödənişi etmişdir. Hazırda borclunun tələbkara 3099 manat məbləğində borcu vardır. Odur ki, icra sənədinin icrasından qəsdən yayındığını nəzərə alaraq, onun barəsində qanunamüvafiq qaydada qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs izahatında bildirdi ki, 2 ilə yaxındır ki, işsizdir. Əvvəl evli olub, daha sonra həyat yoldaşı vəfat etmişdir. Həmin nikahdan da 2 övladı var. Uşaqlar evdə tək qalır deyə işə gedə bilmir. Məhkəmə iclasında tələbkar X4 izahat verərək bildirdi ki,borclu ona ödəməli olduğu aliment borcunu ödəməmişdir. Borclu valideyn olaraq da öhdəliklərini yerinə yetirməmişdir. Övladları ilə maraqlanmır. Uşaqlar hazırda tələbkarın himayəsindədir və uzun müddətdir ki, onların qayğısına qalır. İş materiallarına əlavə edilmiş Hacıqabul Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(071)-269/2014 nömrəli icra vərəqəsinə əsasən, Hacıqabul Rayon Məhkəməsinin 09 fevral 2011-ci il tarixli, 2-51 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləği dəyişdirilərək 12 dekabr 2003-ci il təvəllüdlü X7, 06 yanvar 2005-ci il təvəllüdlü X6 və 20 sentyabr 2006-ci il təvəllüdlü X3 yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün 08 aprel 2014-cü il tarixdən başlayaraq hər ay bir uşağa görə cavabdeh Şəxs 103 manat, cəmi 309 manat sabit pul məbləğində aliment tutularaq X2 verilməsi qət edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2014-cü il tarixli icraata başlamaq haqqında qərardan müəyyən edilir ki, iş üzrə icraata başlanılmış və borclu Şəxs dərhal icranı könüllqü təmin etməsi təklif olunmuşdur. İş materiallarına əlavə edilmiş Hacıqabul Rayon Məhkəməsinin 3(071)-409/2017 saylı, xx.xx.2017-ci il tarixli qərarından müəyyən edilir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək, barəsində 10 gün müddətinə inzibati qaydada həbs tənbeh tədbiri seçilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, icra məmurunun və barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin izahatları, habelə inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, Şəxs məhkəmə qərarının icrası ilə bağlı icra məmurunun qanuni tələblərini üzrsüz səbəbdən yerinə yetirməyərək, icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra sənədinin icrasını təmin etməmişdir. Beləliklə, məhkəmə hesab edir ki, hazırki halda Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkibi mövcuddur. Onun inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar mövcud deyildir. Odur ki, o, həmin maddə ilə təqsirli bilinib inzibati qaydada tənbeh edilməlidir. Azərbaycan Respublikası İXM-in 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyasının hədləri daxilində inzibati cərimə tənbehi tətbiq edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və 130.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 500 (beş yüz) manat cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Hacıqabul rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Orxan Bayramov
Məhkəmə qərarları › İş №3(071)-35/2025
Hacıqabul Rayon Məhkəməsi Qərar — İş №3(071)-35/2025
10.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver