Azərbaycan Respublikası adından QƏRAR Hacıqabul rayonu İş № 3(071)-350/2023 13.10.2023 HACIQABUL RAYON MƏHKƏMƏSİ X4 Nazim oğlunun sədrliyi, Səlimova Günel Rauf qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş səlahiyyətli orqanın nümayəndəsi BDYPnin YPXA-nın 7-ci tağımının YPX inspektoru, polis baş serjantı X1 və barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1986-cı ildə Ağcabədi rayonu Hacıbədilli kəndində anadan olmuş Azərbaycan Respublikasının vətəndaşı, evli, Azərbaycan Respublikası Minatəmizləmə Agentliyində mütəxəssis işləyən, Ağcabədi rayonu Hacıbədilli kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 339.1-1 və 334.1-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair BDYP-nin YPXA-nın 7-ci tağımından daxil olmuş inzibati xəta haqqında işə baxaraq, müəyyənetdi: BDYP-nin YPXA-nın 7-ci tağımından daxil olmuş inzibati xəta haqqında materialdan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 08:15-də sürücülük vəsiqəsi və sürücülük hüququ olmadan etibarnamə ilə idarə etdiyi “VAZ 2101” markalı **-BR-*** dövlət nömrə nişanlı avtomobili idarə edərkən Bakı-Qazax yolunun Hacıqabul rayon ərazisindən keçən hissəsində YPXA-nin 720 saylı statisonar postunda avtomobili illik texniki baxışdan keçirmədiyi üçün YPX əməkdaşları tərəfindən saxlanılan zaman nəfəsindən spirtli içki qoxusu gəldiyindən həkim müayinəsinə təqdim olunmuş, onun avtomobili sərxoş halda idarə etdiyi məlum olunmuşdur. Buna görə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 339.1-1 və 334.1-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair xx.xx.2023-cü il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqanın nümayəndəsi X2 izahatında bildirdi ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 08:15-də “VAZ 2101” markalı **-BR-*** dövlət nömrə nişanlı avtomobili idarə edərkən Bakı-Qazax yolunun Hacıqabul rayon ərazisindən keçən hissəsində YPXA-nin 720 saylı statisonar postunda avtomobili illik texniki baxışdan keçirmədiyi üçün YPX əməkdaşları tərəfindən saxlanılmış, nəfəsindən spirtli içki qoxusu gəldiyindən o həkim müayinəsinə təqdim edilmiş və Şəxs sürücülük vəsiqəsi və sürücülük hüququ olmadan avtomobili sərxoş halda idarə etdiyi məlum olunmuşdur. Ona görə də onun barəsində İXM-in 339.1-1 və 334.1-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Odur ki, Şəxs inzibati qaydada tənbeh edilməsinə dair qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs özünü İXMin 339.1-1 və 334.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xətanın törədilməsində özünü təqsirli bilərək izahatında bildirdi ki, Ağcabədi rayonu Hacıbədilli kəndində qeydiyyatda olmaqla yaşayır. Sürücülük hüququ və vəsiqəsi yoxdur. Etibarnamə ilə ona məxsus “VAZ 2101” markalı **-BR-*** dövlət nömrə nişanlı avtomobili vardır. xx.xx.2023-cü il tarixdə axşam saatlarında spirtli içki qəbul etmişdir. Anası xəstə olduğu üçün onu həkimə aparmaq məcburiyyətində qaldığından xx.xx.2023-cü il tarixdə səhər saatlarında idarə etdiyi “VAZ 2101” markalı **-BR-*** dövlət nömrə nişanlı avtomobillə yaşadıqları Ağcabədi rayonu Hacıbədilli kəndindən çıxıb Bakı şəhərinə yola düşmüşlər. Hacıqabul rayonu ərazisində yerləşən stasionar posta YPX əməkdaşları tərəfindən saxlanılmış, alkotestr müayinəsindən keçirilmişdir. Müayinə zamanı onun spirtli içkinin təsiri altında avtomobili idarə etdiyi və sürücülük hüququnun və vəsiqəsinin olmaması məlum olmuşdur. Törətdiyi əməldən peşmandır. Ailəlidir himayəsində 3 azyaşlı uşağı və xəstə anası var. Qərar qəbul edilərkən ailə vəziyyətinin nəzərə alınmasını xahiş etdi. İş materiallarında olan 642271 nömrəli qəbzdən görünür ki, Şəxs oрlu xx.xx.2023-cü il tarixdə saat 08:15-də Alkovizor-AZ817 nömrəli xüsusi texniki vasitə ilə müayinədən keçirilmişdir, onun qanında alkoqolun konsentrasiyasının (alkoqolun miqdarı) 0,678 promil olması müəyyən edilmişdir. Elektron-məhkəmə informasiya sistemindən əldə edilmiş məlumatdan görünür ki Şəxs sürücülük vəsiqəsi yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333-cü maddəsinin qeydinin 1-ci bəndinə əsasən xüsusi texniki vasitə qanda alkoqolun konsentrasiyasının 0,3 promilli və daha artıq olmasını və yaxud narkotik vasitələrin, psixotrop və digər güclü təsir edən maddələrin qəbulunu göstərdiyi halda şəxsin sərxoşluq vəziyyətində olduğu hesab edilir. İnzibati Xətalar Məcəlləsinin 334.1-ci maddəsində nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxs tərəfindən nəqliyyat vasitəsinin alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə - beş yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Şəxs Azərbaycan Respublikası İXM-in 334.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi, yəni nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan alkoqoldan istifadə nəticəsində yaranmış sərxoş vəziyyətdə nəqliyyat vasitəsini idarə etməsi özünün etirafedici izahatı ilə yanaşı, inzibati xəta haqqında protokol və iş üzrə digər sənədlərlə tam sübuta yetirilir. Onun inzibati məsuliyyətini istisna edən hallar yoxdur. Odur ki, Şəxs İXM-in 334.1-ci maddəsi ilə təqsirli bilinib inzibati qaydada tənbeh edilməlidir. Azərbaycan Respublikası İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İnzibati tənbehin məqsədlərindən bəhs edən Azərbaycan Respublikası İXM-in 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə, Şəxs ilk dəfə inzibati məsuliyyətə cəlb edilməsini, əməlindən səmimi peşman olmasını, ailəli olmaqla himayəsində 3 azyaşlı uşağının olmasını məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alır. Onun məsuliyyətini ağırlaşdıran hal isə müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, törədilmiş inzibati xətanın xarakteri, inzibati xəta törətmiş şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyətini, məsuliyyətini yüngülləşdirən halların olması və məsuliyyətini ağırlaşdıran halların isə müəyyən edilməməsi nəzərə alınmaqla, Şəxs cərimə tənbehi tətbiq edilməklə inzibati tənbehin məqsədlərinə nail olmaq olar. Şəxs barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolda onun tərəfindən Azərbaycan Respublikası İXM-nin 334.1-ci maddəsi ilə yanaşı, həmçinin 339.1-1-ci maddəsində nəzərdə tutulan inzibati xətaların törədilməsi də qeyd olunmuşdur. Bununla bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43.1-ci maddəsində rayon (şəhər) məhkəmələrinin baxmağa səlahiyyətli olduğu inzibati xətalara dair işlərin tam siyahısı göstərilmişdir. Həmin maddəyə əsasən Azərbaycan Respublikası İXM-nin 339.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətalara dair işlərə baxılması rayon (şəhər) məhkəmələrinin səlahiyyətində deyildir. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2016-cı il tarixli Fərmanın 5.1-ci bəndinə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 339.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaya dair işlərə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi baxır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Həmin maddənin mənasına görə, şəxsin törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aid olduğu halda, həmin işlərə eyni vaxtda baxılmalıdır. Bir neçə inzibati xətaya dair işlərin baxılması eyni orqanın səlahiyyətinə aid deyilsə, həmin işlərə eyni vaxtda baxıla bilməz. Həmçinin, “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34-cü maddəsinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 02 sentyabr 2020-ci il tarixli qərarında da qeyd olunmuşdur ki, qanunverici eyni vaxtda törədilən bir neçə inzibati xətaya dair protokolların eyni orqan tərəfindən tərtib edilməsi və eyni orqanın səlahiyyətinə aid olması ilə şərtləndirmişdir. Yəni eyni vaxtda törədilən bir neçə inzibati xətaya dair işlərə bir orqan tərəfindən baxılması, yalnız həmin xətaların hər biri bu orqanın səlahiyyətinə aid olduqda mümkündür. Şəxsin bir hərəkəti ilə bir neçə inzibati xəta törətməsi, bu xətalardan biri məhkəmənin, digəri isə müvafiq orqanın səlahiyyətinə aid olduqda bu xətalara münasibətdə ayrı-ayrı orqanlar öz səlahiyyətləri çərçivəsində tənbeh tətbiq etməlidirlər. Odur ki, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 339.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaya dair işlərə baxmaq Azərbaycan Respublikası DİN-nin səlahiyyətinə aid olduğundan, Şəxs həmin maddədə nəzərdə tutulmuş inzibati xətaya görə məsuliyyət məsələsinin həll edilməsi üçün qərarın surəti Azərbaycan Respublikası DİN-nin BDYPİ-yə göndərilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 500 (beş yüz) manat məbləğində cərimə edilsin. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 339.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaya görə məsuliyyət məsələsinin həll edilməsi üçün qərarın surəti Azərbaycan Respublikası DİN-nin BDYPİ-yə göndərilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Hacıqabul Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. X5
Məhkəmə qərarları › İş №3(071)-350/2023
Hacıqabul Rayon Məhkəməsi Qərar — İş №3(071)-350/2023
13.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver