Məhkəmə qərarları › İş №3(071)-352/2023

Hacıqabul Rayon Məhkəməsi Qərar — İş №3(071)-352/2023

13.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Hacıqabul rayonu İş № 3(071)-352/2023 13.10.2023 HACIQABUL RAYON MƏHKƏMƏSİ X11 Nazim oğlunun sədrliyi, Səlimova Günel Rauf qızının katibliyi ilə, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X4, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxsağa qızının iştirakları ilə, xx.xx.1985-ci il tarixdə Hacıqabul şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, işləməyən, Hacıqabul şəhəri, Xətai küçəsi ev 5, mənzil 12-də qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Hacıqabul rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyənetdi: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Hacıqabul rayon İcra və Probasiya Şöbəsində tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün Hacıqabul rayon Məhkəməsinə göndərilmişdir. Materiala əlavə edilmiş Hacıqabul rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X7 tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, Hacıqabul rayon Məhkəməsinin 2(071)-521/2023 saylı, 20 iyun 2023-cü il tarixli icra sənədinə əsasən Zərərçəkmiş şəxsağa qızı və uşaqları - xx.xx.2008-ci il təvəllüdlü X1 və xx.xx.2017-ci il təvəllüdlü X2 ünvan 1 ünvanda yerləşən mənzildə yaşamaq hüquqları (istifadə hüquqları) müəyyən edilməklə və onlar həmin mənzilə köçürülməlidirlər. İcra sənədi üzrə zəruri icra tədbirləri görülmüş, lakin borclu Şəxs icra sənədinin icrasına icrası ilə bağlı icra məmurunun qanuni göstərişinə əməl etməmiş, icra sənədini üzrsüz səbəbdən icra etməmişdir. Məhkəmə iclasında icra məmuru X7 inzibati xəta haqqında protokolu müdafiə edərək bildirdi ki, borcluya “icraata başlama haqqında” qərar və tələbin könüllü icrası barədə bildiriş göndərilməsinə baxmayaraq, icra sənədi bugünədək icra olunmamışdır. Hacıqabul rayon Məhkəməsi tərəfindən verilmiş 2(071)-521/2023 saylı, 20 iyun 2023-cü il tarixli icra vərəqəsinin icrası xx.xx.2023-cü il tarixə saat 11:00-a təyin olunmuş, lakin borclu Şəxs icra zamanı icra yerində olmamışdır. Bu səbəbdən borclu barəsində inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə təqdim edilmişdir. Odur ki, borclunun icra sənədinin icrasından qəsdən yayındığını nəzərə alaraq, onun barəsində qanuna müvafiq qaydada qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs izahatında bildirdi ki, icra sənədinə əsasən keçmiş həyat yoldaşı Zərərçəkmiş şəxsağa qızı iki uşağı ilə birlikdə atasına məxsus olan ünvan 1 ünvanında yerləşən evinə köçürülməlidir. Məhkəmə tərəfindən verilmiş icra sənədinin icrasını təmin etmək məqsədi ilə icra məmuru tərəfindən xx.xx.2023-cü il tarixə saat 11:00-a təyin olunmuş vaxtda o, iş yerində olmuş, evdə olmamışdır. X6 və iki uşağını evə buraxmamasından xəbəri yoxdur. O, hər hansı formadan Samirənin və uşaqlarının evdə yaşamasına maneçilik törətməmişdir. Odur ki, qeyd etdiklərini nəzərə alaraq, barəsində başlanılmış inzibati xəta haqqında icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxsağa qızı izahatında bildirdi ki, məhkəmə qətnaməsinə əsasən iki azyaşlı uşağı ilə birlikdə ünvan 1 ünvanında yerləşən evə köçürülməlidir. Lakin, keçmiş qaynatası X3 buna imkan vermir və onları həmin mənzilə köçürülməyinə maneəçilik yaradır. Lakin, keçmiş həyat yoldaşı Şəxs xx.xx.2023-cü il tarixə saat 11:00-a təyin olunmuş vaxtda icra yerində olmamışdır. Odur ki, İlqar Qəhrəmanovun inzibati məsuliyyətə cəlb edilməsini məhkəmənin mülahizəsinə buraxır. İş materiallarına əlavə edilmiş Hacıqabul rayon Məhkəməsinin 2(071)-521/2023 saylı, 20 iyun 2023-cü il tarixli icra sənədinə əsasən Zərərçəkmiş şəxsağa qızı və uşaqları - xx.xx.2008-ci il təvəllüdlü X1 və xx.xx.2017-ci il təvəllüdlü X2 ünvan 1 ünvanda yerləşən mənzildə yaşamaq hüquqları (istifadə hüquqları) müəyyən edilməklə və onlar həmin mənzilə köçürülməlidirlər. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, Hacıqabul rayon Məhkəməsinin 2(071)-521/2023 saylı, xx.xx.2023cü il tarixli icra sənədini könüllü icra etməsi üçün borclu Şəxsoğluna tələbi könüllü icra etməsi üçün 10 gün müddətində vaxt verilmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə məsuliyyət nəzərdə tutur. Qanunun mənasına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə məsuliyyət o vaxt yaranır ki, borclu məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə məcbur edən icra sənədini üzrsüz səbəbdən icra etməsin. İcra etməmə isə o halda üzrsüz olur ki, borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının müəyyən edildiyi halda o, məhkəmə aktının tələbini icra etmir və ya məhkəmə aktlarının icrasını mümkünsüz etməyə yönələn hərəkətlərini davam etdirir. İş materialları və proses iştirakçılarının izahatları ilə müəyyən olunur ki, Şəxs məhkəmə tərəfindən verilmiş icra sənədinin icrasını təmin etmək məqsədi ilə icra məmuru Ramil Məmmədov tərəfindən xx.xx.2023-cü il tarixə saat 11:00-a təyin olunmuş vaxtda iş yerində olmuş, yaşayış yerində olmamışdır. Onun tərəfindən icra sənədinin icra edilməsinə hər hansı formada maneçilik törədilməsi, icra məmurunun qanuni tələblərinə əməl edilməməsi müəyyən edilməmişdir. Bu vəziyyətdə, borclunun həqiqətən də icra sənədini icrasını təmin etməməsini sübuta yetirmək səlahiyyətli orqanın nümayəndəsinin (icra məmurunun) üzərinə düşür. Lakin, icra məmuru bu barədə sübutlarını məhkəməyə təqdim edə bilməmişdir. Beləliklə, işin qeyd olunan hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, hazırki halda Şəxs icra məmurunun qanuni tələblərinin yerinə yetirməməsi halı müəyyən edilmədiyindən, məhkəmə qərarının icra edilməməsi ilə əlaqədar onun inzibati məsuliyyətə cəlb edilməsi əsassızdır. Azərbaycan Respublikası İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-in 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası İXM-nin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İşin təsvir edilmiş hallarını və onlara tətbiq ediləcək hüquq normalarının tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs əməlində inzibati xəta tərkibi olmadığından, onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsaslanaraq və İnzibati Xətalar Məcəlləsinin 43, 53, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: MN ******* nömrəli, xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında protokol əsasında Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Hacıqabul rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. X12

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar