Məhkəmə qərarları › İş №3(071)-36/2023

Hacıqabul Rayon Məhkəməsi Qərar — İş №3(071)-36/2023

30.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Hacıqabul rayonu İş № 3(071)-36/2023 30.01.2023 HACIQABUL RAYON MƏHKƏMƏSİ X8 Nazim oğlunun sədrliyi, Səlimova Günel Rauf qızının katibliyi ilə, Hacıqabul RPŞ-nin İTB-nin sahə rəisi polis kapitanı X2, Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.1993-cü il tarixdə Hacıqabul rayonu Qarasu kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, Hacıqabul rayonu, Qarasu kəndində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Hacıqabul rayon Polis Şöbəsindən daxil olmuş materiala açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Hacıqabul Rayon Polis Şöbəsində tərtib olunmuş material baxılması üçün xx.xx.2023-cü il tarixdə Hacıqabul rayon Məhkəməsinə göndərilmişdir. Materiala əlavə edilmiş 30 yanvar 2023-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 23 radələrində Hacıqabul rayonu Qarasu kəndində yaşadıqları evdə Zərərçəkmiş şəxs vurub sağ bazunun yuxarı 1/3 hissəsinin qançırı, sağ sağrının aşağı kvadratının qançırı kimi dərəcəsi təyin edilməyən xəsarətlər yetirmişdir. Beləliklə də, Şəxs İnzibati Xətalar Məcəlləsinin 157-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Hacıqabul RPŞnin İTB-nin polis sahə rəisi polis kapitanı X4 izahatında göstərdi ki, Şəxs 02 yanvar 2023-cü il tarixdə aralarında yaranmış mübahisə zəmnində Zərərçəkmiş şəxs döyərək xəsarət yetirmişdir. Bu fakt üzrə təhqiqat araşdırması aparılmış və onun əməlində cinayət tərkibi olmadığına görə cinayət işinin başlanması rədd edilmişdir. Lakin, Şəxs əməlində İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin əlamətləri olduğundan barəsində inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək göstərdi ki, Aişə ilə 5 ildir ki, ailə həyatı qurmuş, bir uşaqları var. Ailə qurduqdan sonra Hacıqabul rayonu Qarasu kəndində ata evlərində yaşamışlar. Münasibətləri əvvəl yaxşı olmuşdur. Atası xəstə olduğu üçün evi o dolandırır. Ona görə də Bakı şəhərində müxtəlif işlərdə, fəhlə, kafedə işləyib çörəkpulu qazanır. Aişədə istəyir ki, o da onunla Bakı şəhərinə getsin və onunla birlikdə yaşasın. Buna görə münasiətləri yaxşı deyil, ondan boşanmaq istəyir. Bir dəfə də yay aylarında Aişə çıxıb atası evinə getmişdi və boşanmaq üçün ərizə vermişdi. Oktyabr ayında atasıgil yenə Aişəni gedib evlərinə gətirmişlər. Gəldikdən bir az sonra yenə də həmin söhbət evlərində davam etmişdir ki, onunla Bakı şəhərin getsin. Yeni il bayramına görə evə gəlmiş və bayramı da bir yerdə keçirmişlər. Bayramdan sonra xx.xx.2023-cü il tarixdə axşam evdə olan zaman Bakı şəhərinə getmək söhbəti olanda Aişə yenə mübahisə yaratmağa başlamış, onu aparmadığı halda çıxıb evlərinə gedəcəyini bildirərək qızıl zinət əşyasını istəmiş, Aişəyə qızılının ona lazım olmadığını, lakin getməməsini istədiyini bildirsədə Aişə mübahisəni davam etdirmiş, ona görə də əsəbləşərək Aişənin qolundan tutub silkələmiş və kənara itələmişdir. Əməlindən peşman olmuşdur. Odur ki, qeyd etdiklərini nəzərə alıb qanuna müvafiq qaydada qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında bildirdi ki, 2018-ci ildə Şəxs ilə ailə həyatı qurmuşdur. 2022-ci ilin iyun ayında aralarında söz-söhbət olduğu üçün o vaxdan atası evinə gedib orada yaşamış, 2022-ci ilin sentyabr ayının sonlarında Niftulladan boşanması ilə bağlı Hacıqabul rayon Məhkəməsinə müraciət etmişdir. 20 oktyabr 2022-ci il tarixdə qaynatası Azər və qaynanası X1 gəlib onu öz evlərinə aparmışlar. 02 yanvar 2023cü il tarixdə axşam saatlarında evdə olarkən ona aid qızıl-zinət əşyalarını Niftulladan istəmiş, Niftulla qızıl-zinət əşyalarını verməyəcəyini bildirərək onunla mübahisə yaratmış və sillə ilə sifət nahiyyəsinə, yumruq ilə qoluna və ayağına vuraraq onu döymüşdür. Həmin vaxt yanlarında azyaşlı uşaqları olmuş, başqa heç kim olmamışdır. Hadisə zamanı müxtəlif bədən xəsarətləri almışdır. Odur ki, Şəxs törətdiyi əmələ görə bağışlamır və onun cəzalandırılmasını xahiş edir. İş materiallarında olan məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli, 105 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinə zamanı aşkar edilmiş xəsarətlər-sağ bazunun yuxarl 1/3 hissəsinin qançırı, sağ sağrının aşağı kvadratının qançırı. Yuxarıda qeyd olunan xəsarətlər küt əşyanın (əşyaların) təsirindən əmələ gəlməklə müxtəlif şəraitlərdə eyni zamanda müayinə olunanın göstərdiyi şəraitdə yəni kənar şəxs tərəfindən vurulması zamanı əmələ gələ bilər. Müddəti müayinədən 5-6 gün əvvələ uyğundur. Sağlamlığa zərər vurmayan xəsarətlərə aid edildiklərindən dərəcələri təyin edilmir. İş materiallarından görünür ki, Zərərçəkmiş şəxs şikayət ərizəsi əsasında təhqiqat araşdırması aparılmış və 13 yanvar 2023-cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarla Şəxs əməlində cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmiş, onun əməlində İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin tərkibi olduğu müəyyən edildiyindən qərarın surəti Hacıqabul rayon X7 Təhlükəsizlik Bölməsinə göndərilmişdir. İş materiallarında olan Şəxs Hacıqabul rayon Şöbəsində verdiyi izahatından görünür ki, o, Hacıqabul rayonu Qarasu kəndində yaşadıqları Zərərçəkmiş şəxs ilə aralarında mübahisə yarandığını, bu zaman Aişəni vuraraq ona xəsarət yetirdiyini etiraf etmiş və əməlindən peşman olduğunu bildirmişdir. Məhkəmə, inzibati xəta haqqında tərtib edilmiş protokolu və ona əlavə edilmiş sənədləri tədqiq edib, proses iştirakçılarının izahatlarını dinləyərək hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın törədilməsi özünün polis orqanında verdiyi etirafedici izahatı ilə yanaşı, zərər çəkmiş şəxsin izahatı, ekspert rəyi, inzibati xəta haqqında protokol və işdə olan digər sənədlərlə tam sübuta yetirilir. Onun inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Şəxs İXM-nin 157-ci maddəsi ilə təqsirli bilinməli, həmin maddənin sanksiyası çərçivəsində barəsində inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə, Şəxs ilk dəfə inzibati xəta törətməsini onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır (İXM 32.2-ci maddəsi). Onun məsuliyyətini ağırlaşdıran hallar müəyyən olunmadı. Azərbaycan Respublikası İXM-in 157-ci maddəsinin sanksiyasında iki növ inzibati tənbeh – cərimə və həbs inzibati tənbehləri nəzərdə tutulmuşdur. Beləliklə, məhkəmə Şəxs inzibati tənbeh tətbiq edərkən onun şəxsiyyətini, törətmiş olduğu xətanın xarakterini, təqsirinin dərəcəsini, əmlak vəziyyətini, məsuliyyətini yüngülləşdirən halın olmasını nəzərə alaraq, onun barəsində İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə növündə tənbehin orta həddə tətbiq olunmasını məqsədəuyğun hesab edir. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 400 (dörd yüz) manat cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Hacıqabul Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. X9

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar