Məhkəmə qərarları › İş №3(071)-362/2021

Hacıqabul Rayon Məhkəməsi Qərar — İş №3(071)-362/2021

28.10.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Hacıqabul rayonu İş № 3(071)-362/2021 28.10.2021 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hacıqabul rayon Məhkəməsinin hakimi və sədri vəzifəsini müvəqqəti icra edən Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi ilə, Barəsində inzibati icraat aparılan şəxs Şəxs, Hacıqabul rayon X3 yol polisi bölməsinin baş dövlət avtomobil müfəttişi, polis mayoru X1, Zərərçəkmiş şəxs iştirakı ilə, xx.xx.1972-ci ildə Əli-Bayramlı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ünvan 1 ünvanda qeydiyyatda olmaqla yaşayan - Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsi ilə Hacıqabul rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİM: Barəsində inzibati icraat aparılan şəxs Şəxs 28.10.2021-ci il tarixdə saat 00:15-də özünə məxsus olan “VAZ 21093” markalı ** BV *** dövlət markalı minik avtomobili alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə etməklə Hacıqabul şəhəri M.Hüseynzadə küçəsi ilə hərəkətdə olarkən yolun solunda olan kafeyə dönmək üçün sola manevr etmiş bu zaman ondan arxada onunla eyni istiqamətdə düzünə hərəkətdə olan Zərərçəkmiş şəxs idarə etdiyi “Mercedes Benz E270 CDİ” minik markalı ** GN *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Nəticədə Zərərçəkmiş şəxs maddi zərər vurmuşdur. Bununla da, Şəxs Azərbaycan Respublikası İXM-in 333.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun barəsində Hacıqabul rayon X3 yol polisi bölməsinin baş dövlət avtomobil müfəttişi, polis mayoru X2 tərəfindən 28.10.2021-ci il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Hacıqabul rayon X3 yol polisi bölməsinin baş dövlət avtomobil müfəttişi, polis mayoru X2 məhkəmə iclasında 28.10.2021-ci il tarixli inzibati xəta haqqında protokolu müdafiə etdi və Şəxs barəsində qanuni tədbir görülməsini xahiş etdi. Barəsində inzibati icraat aparılan şəxs Şəxs məhkəmə iclasında İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsini etiraf etdi və izahatında göstərdi ki, o, 27.10.2021-ci il tarixdə toyda olmuş və təxminən 150 qram araq içmişdir. Sonra evinə getmək üçün özünə məxsus “VAZ 21093” markalı ** BV *** dövlət markalı minik avtomobilini içkili vəziyyətdə idarə edərkən, Hacıqabul şəhəri M.Hüseynzadə küçəsində hərəkətdə olarkən yolun solunda olan kafeyə dönmək istəmiş, bu zaman ondan arxada onunla eyni istiqamətdə düzünə hərəkətdə olan “Mercedes Benz E270 CDİ” minik markalı ** GN *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Hadisə yerinə DYPB-nin əməkdaşları gəlmiş, onu və digər avtomobilin sürücüsünü həkim müayinəsindən keçirmişlər, alkotest etmişlər. Müayinə zamanı onun yüngül sərxoş olduğu məlum olmuşdur. O, hadisə zamanı maşında tək olmuş və heç bir xəsarət almamışdır. Zərərçəkmiş şəxs idarə etdiyi “Mercedes Benz E270 CDİ” minik markalı ** GN *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərəri ödəyəcəkdir. Əməlindən peşmandır və ona yüngül cəza verilməsini məhkəmədən xahiş edir. Zərərçəkmiş şəxs məhkəmə iclasında ifadə verərək bildirdi ki, Şəxs özünə məxsus olan “VAZ 21093” markalı ** BV *** dövlət markalı minik avtomobili sərxoş vəziyyətdə idarə etməklə 28.10.2021-ci il tarixdə saat 00:15-də Hacıqabul şəhəri M.Hüseynzadə küçəsi ilə hərəkətdə olarkən yolun soluna dönmək üçün sola manevr etmiş və onun yoluna çıxmış və idarə etdiyi “Mercedes Benz E270 CDİ” minik markalı ** GN *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Onun avtomobilinin sağ tərəf qapıları, sağ arxa qanadı, arxa buferi zədələnmişdir. Dəymiş zərərin aradan qaldırılmasına təxminən 1.000-1.200 manat xərc tələb olunur. Dəymiş zərərin əvəzinin ödənilməsini Şəxs tələb edəcəkdir. “Hacıqabul rayon Mərkəzi Xəstəxanası” Publik hüquqi şəxsi Poliklinika şöbəsi tərəfindən verilmiş 28.10.2021-ci il tarixli 864 nömrəli aktda göstərilir ki, 16.03.1972-ci il təvəllüdlü Şəxs 28.10.2021-ci il tarixdə həkim S.Həşimova tərəfindən müayinə olunmuşdur. Müayinə zamanı Şəxs ağzından spirt iyi gəlir, sərxoşdur. 28.10.2021-ci il tarixli Alkovizor-AZ817 nömrəli xüsusi texniki vasitə ilə Şəxs 28.10.2021-ci il tarixdə saat 13:05-də müayinədən keçirilmişdir, alkoqolun miqdarı 0,395 promilli olması müəyyən edilmişdir. 28.10.2021-ci il tarixli Alkovizor-AZ817 nömrəli xüsusi texniki vasitə ilə Zərərçəkmiş şəxs 28.10.2021-ci il tarixdə saat 12:55-də müayinədən keçirilmişdir, alkoqolun miqdarı 0,000 promilli olması müəyyən edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 27 iyun tarixli 209 nömrəli qərarı ilə təsdiq edilmiş “Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi Qaydalırı”nın 2.1-ci bəndinə əsasən nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi aşağıdakı əlamətlərdən biri müşahidə olunduqda həyata keçirilir: 2.1.1. nəfəsindən alkoqollu içki qoxusu gəldikdə; 2.1.2. ayaq üstə sərbəst dayana bilmədikdə; 2.1.3. özünü idarə edə bilmədikdə. 2.2. Nəqliyyat vasitəsini idarə edən şəxsin alkoqollu içkidən, narkotik vasitələrdən, psixotrop və digər güclü təsir edən maddələrdən istifadə etməsi faktını təsdiq etmək məqsədi ilə polis əməkdaşı müayinənin nəticəsini kağız daşıyıcıda əks etdirən texniki vasitələrdən (alkotester, narkotester) istifadə edir. 2.3. Alkoqolun qəbulu faktının xüsusi texniki vasitə ilə yoxlanılması şəxsin nəfəsvermə, narkotik vasitələrdən, psixotrop və digər güclü təsir edən maddələrin qəbulu faktının xüsusi texniki vasitə ilə yoxlanılması isə şəxsin ağız suyundan nümunənin götürülməsi üsulu ilə aparılır. 2.4. Xüsusi texniki vasitə qanda alkoqolun konsentrasiyasının 0,3 promilli və daha artıq olmasını və yaxud narkotik vasitələrin, psixotrop və digər güclü təsir edən maddələrin qəbulunu göstərdiyi halda şəxsin sərxoşluq vəziyyətində olduğu hesab edilir. 2.5. Şəxsin xüsusi texniki vasitələrlə yoxlanılması zamanı alkoqollu içkidən və yaxud narkotik vasitələrdən, psixotrop və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində sərxoşluq vəziyyəti müəyyən olunarsa, polisəməkdaşları tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 406-cı maddəsinə uyğun olaraq protokol tərtib edilir. 3.1. Alkoqollu içkilərin qəbulu, narkotik vasitələrdən, psixotrop maddələrdən və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində yaranan sərxoşluq hallarının müəyyənləşdirilməsi məqsədi ilə aparılan tibbi müayinə yalnız narkoloji xidmət göstərən dövlət tibb müəssisəsinin həkim-narkoloqu tərəfindən həyata keçirilir. Sərxoşluq hallarının müəyyən edilməsi məqsədi ilə aparılan tibbi müayinə tibbi müayinəyə göndərilmə barədə protokolla, habelə müayinə olunan şəxsin təşəbbüsü ilə həyata keçirilir. 3.2. Nəqliyyat vasitəsini idarə edən şəxsin alkoqol sərxoşluğunun təyin edilməsi qanda alkoqolun bu Qaydaların 2.4-cü bəndi ilə müəyyən edilmiş konsentrasiyasına əsasən müəyyənləşdirilir. 3.3. Narkotik vasitələrdən, psixotrop maddələrdən və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində yaranan sərxoşluq hallarının təyini isə həkim-narkoloq tərəfindən bioloji mayelərin (qan, tüpürcək, sidik, hava və s.) müayinəsi vasitəsilə həyata keçirilir. Şəxsə aid bioloji mayelərdə narkotik vasitələrin, psixotrop maddələrin və digər güclü təsir edən maddələrin izi və sərxoşluğun kliniki əlamətləri aşkar edildikdə, həmin şəxs sərxoş hesab edilir. Azərbaycan Respublikası İXM-nin 333.3-cü maddəsinə əsasən bu Məcəllənin 333.1-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində (nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə) zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə - nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla yeddi yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Şəxs Azərbaycan Respublikası İXM-in 333.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi onun barəsində tərtib olunmuş yuxarıda qeyd edilən inzibati xəta haqqında protokol, cinayət işin başlanmasının rədd edilməsi haqqında qərarlar, protokol tərtib etmiş şəxsin, onun özünün etirafedici izahatı ilə tamamilə sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. İnzibati tənbehin məqsədlərindən bəhs edilən Azərbaycan Respublikası İXM-in 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, inzibati işin materiallarını nəzərdən keçirərək hesab edir ki, Şəxs 28.10.2021-ci il tarixli İXP ******* nömrəli protokol əsasında Azərbaycan Respublikası İXM-nin 333.3-cü maddəsində nəzərdə tutulan nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla yeddi yüz manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Zərərçəkmiş şəxsə vurulmuş maddi zərərin əvəzinin ödənilməsini mülki qaydada tələb etmək hüququ izah edilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsi ilə təqsirli bilinərək, nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla 700 (yeddi yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Hacıqabul Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən: Vahid Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar