Məhkəmə qərarları › İş №3(071)-362/2025

Hacıqabul Rayon Məhkəməsi Qərar — İş №3(071)-362/2025

08.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Hacıqabul rayonu İş № 3(071)-362/2025 08.01.2026 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi, Hacıyev Ceyhun Kamal oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib edən orqan Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi Nümayəndə2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin nümayəndəsi Nümayəndə1 iştirakları ilə, “Oba Market" Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 262.2 və 262.3-cü maddələri ilə nəzərə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən tərtib edilmiş protokola və ona əlavə edilmiş materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs MMC-nin Azərbaycan Respublikasının İXM-nin 262.2 və 262.3-cü maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin müfəttişi Nümayəndə2 tərəfindən tərtib edilmiş 02 dekabr 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün Hacıqabul Rayon Məhkəməsinə xx.xx.2025-ci il tarixdə daxil olmuşdur. İş materiallarından görünür ki, Hacıqabul şəhəri, İ.Qayıbov küçəsində fəaliyyət göstərən Şəxs MMC-də formalaşan bərk məişət tullantılarının xx.xx.2025-ci il tarixdə küçəyə atılaraq qalaqlandığı müəyyən olunmuşdur. Bununla da, “X24” MMC barəsində Azərbaycan Respublikasının İXM-nin 262.2 (tullantıların emalı yerlərinin müəyyənləşdirilməsi, layihələşdirilməsi, tikintisi, istifadəsi və ya ləğv edilməsi normalarının və qaydalarının pozulmasına görə) və 262.3-cü (məişət tullantılarının tutumlardan (urnalardan) kənar yerlərə atılmasına görə) maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair protokol tərtib edilmişdir. Lakin protokolda hansı tullantıların emalı yerlərinin müəyyənləşdirilməsi, layihələşdirilməsi, tikintisi, istifadəsi və ya ləğv edilməsi ilə bağlı hansı norma və qaydaların pozulması qeyd edilməmişdir. Həmçinin protokolla müəyyən edilmişdir ki, inzibati xəta hadisəsi Hacıqabul şəhəri İ.Qayıbov küçəsində fəaliyyət göstərən Şəxs-in obyekt kodu ********** olan 731 saylı mağazasında aşkar edilmişdir. Lakin hüquqi şəxsin adı “X25” MMC kimi qeyd edilmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi Nümayəndə2 izahatında inzibati xəta haqqında protokolun məzmununa uyğun çıxış edərək Şəxs MMC-nin inzibati məsuliyyətə cəlb edilməsi və barəsində qanunamüvafiq tənbeh tədbirinin seçilməsini xahiş etdi. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, tərəfindən baxış keçirilərkən Hacıqabul şəhəri, İ.Qayıbov küçəsində yerləşən Şəxs MMC-yə məxsus market tərəfindən bərk məişət tullantılarının xx.xx.2025-ci il tarixində küçəyə atılaraq qalaqlandığı aşkar olunmuşdur. İnzibati xəta hadisənin rəsmiləşdirilməsi məqsədilə Hacıqabul rayon Kommunal Təsərrüfat İdarəsinə (KTİ) şifahi qaydada sorğu vermiş, ona məlum olmuşdur ki, zibil tutumlarında yığılmış tullantıların daşınması ilə bağlı Şəxslə müvafiq olaraq xidmət müqaviləsi bağlanmamışdır. Hətta həmin vaxt özünü Şəxs şəbəkəsinin Şirvan regionu üzrə nümayəndəsi qismində təqdim edən Haldun adlı şəxs əraziyə yaxınlaşmış, ona şifahi qaydada müqavilə olmadığını təsdiq etmiş, lakin səlahiyyəti olmadığından izahat verməkdən imtina etmişdir. Həmçinin baxış zamanı Şəxsdə formalaşan məişət morfoloji tərkibə malik olan bərk tullantıların obyektin bir metr aralığında küçəyə atılaraq qalaqlanması faktı da aşkar edilmişdir. Hətta tullantıların həcmi onların bir neçə gün ərzində toplanmasına dəlalət edirdi. Beləliklə, onun, eyni zamanda tərəfindən oraya şifahi qaydada dəvət edilmiş Hacıqabul rayon KTİ-nin müdiri Aqil Abbasovun və sahə rəisi Şahid2 iştirakları ilə akt tərtib edilmişdir. Aşkar edilən inzibati xəta ilə bağlı hüquqi şəxsə məktub da ünvanlanmışdır. Məişət tullantılarının daşınma xidməti müqaviləsinin olması ilə bağlı sorğu verilmiş, eyni zamanda başlanmış icraatla bağlı iştirak etmələri barədə bildiriş göndərilmişdir. Lakin hüquqi şəxs tərəfindən hər hansı rəsmi münasibət bildirilməmişdir. Hacıqabul rayon KTİ-dən daxil olmuş xx.xx.2025-ci il tarixli məktubla təsdiq edilmişdir ki, məişət tullantılarının zərərsizləşdirilməsi ilə bağlı müqavilə mövcud deyildir. Həmçinin faktla bağlı sahə rəisi Şahid2 izahatı alınmış, o da müqavilənin olmadığın bildirmişdir. Verilmiş suallara əsasən protokol tərtib edən orqanın nümayəndəsi izahatında qeyd etmişdir ki, hüquqi şəxsin Hacıqabul rayon KTİ-dən iddiasının həqiqət olması ehtimalı qəbul edilsə belə, hesab edir ki, tullantıların qalaqlanmasına görə hüquqi şəxsin əməlində İXM-nin 266.3-cü maddəsinin tərkib əlaməti vardır. Protokolda hüquqi şəxsin adının “X25” MMC kimi qeyd edilməsinə münasibətdə isə bildirir ki, inzibati xəta hadisəsi aşkar edilən ərazidə tullantılar arasındakı çeklərin üzərində Oba market deyil, “X25” MMC kimi göstərildiyindən protokolda hüquqi şəxsin adı bu şəkildə göstərilmişdir. Hazırkı xətanın aşkar edildiyi Hacıqabul şəhəri İ.Qayıbov küçəsindəki filiala münasibətdə hansı vəzifəli şəxs tərəfindən törədilməsini müəyyən etməmişdir. Sonradan verilmiş sorğular əsasında ona məlum olmuşdur ki, səlahiyyətli nümayəndə Natavan adlı şəxsdir. Hüquqi şəxsin hansı vəzifəli şəxsi tərəfindən xətanın törədilməsini isə bilmir.Monitorinq zamanı hüquqi şəxsin fəaliyyəti yoxlanılmadığından müvafiq əmr və ya sərəncam mövcud olmamışdır. Belə ki, o, obyektin daxilinə deyil xaricdən sahəsinə baxış keçirmişdir. Məişət tullantılarının daşınma xidməti müqaviləsi olsa belə, tullantıların həmin formada yığılmasını pozuntu hesab edir. Belə ki, o, Hacıqabul Rayon Mənzil Kommunal Təsərrüfat İdarəsinə şifahi məlumat vermiş və nümayəndə dəvət etmişdir. Şahid4 adlı Şəxs MMC-nin əməkdaşı da orada olmuşdur. Şahid4 müqavilənin olmadığını dedikdən sonra o, inzibati xətanın sənədləşdiriləcəyini bildirmişdir. Hətta özü marketdən mal almış və qəbz də “X24” Məhdud Məsuliyyətli Cəmiyyəti yazılmışdır. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs MMC-nin nümayəndəsi Nümayəndə1 izahatında bildirmişdir ki, inzibati xəta barədə araşdırma düzgün aparılmamışdır. Əvvəla inzibati xəta haqqında protokolda hüquqi şəxsin adı düzgün qeyd edilməmişdir. Bundan başqa Şəxs ilə Hacıqabul rayon KTİ arasında xx.xx.2025-ci il tarixli “Məişət tullantılarının daşınma xidməti müqaviləsi” mövcuddur və həmin müqaviləni məhkəməyə təqdim etmişdir. Qeyd olunan müqavilə isə Hacıqabul rayon KTİ-nin müdiri Aqil Abbasov tərəfindən imzalanmışdır. Baxmayaraq ki, sonradan xidmətin dəyəri ilə bağlı tərəflər arasında anlaşılmazlıq vardı, mütəmadi olaraq daşınma xidməti göstərilmişdir. Eləcə də, hüquqi şəxsin hansı vəzifəli şəxsi tərəfindən onun mənafeyi üçün xəta törətməsi belə bəlli deyildir. Ona görə də hesab edir ki, hüquqlarını təmsil etdiyi hüquqi şəxsin əməlində xəta tərkibi olmadığından iş üzrə icraata xitam verilməlidir. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, xx.xx.2025-ci il tarixli “Məişət tullantılarının daşınma xidməti” müqaviləsi ilə bağlı Şəxs MMC tərəfindən ödəniş edilibedilməməsi barədə məlumatı yoxdur. Ödəniş olmasa da belə, bunun əsas səbəbi Hacıqabul rayon KTİ-si tərəfindən qaimə verilməməsi olmuşdur. Müqavilənin əsas hissəsi imzalandıqdan sonra, əlavə şərtlərlə bağlı narazılıqlar olmuşdur. Belə ki, Hacıqabul KTİ tərəfindən qanunla nəzərdə tutulmuş məbləğlərdən artıq tarif qiymətləri qoyulduğundan onla əlavə razılaşmanı imzalamamış və aidiyyəti yerlərə şikayət ünvanlamışlar. Yalnız bundan sonra qanunauyğun tarif qiymətləri ilə əlavə razılaşma imzalanmışdır. 1 saylı Əlavə də xx.xx.2025-ci il tarixdə imzalanmışdır. Hacıqabul KTİ tərəfindən “Oba Marketin” Hacıqabul rayonu ərazisindəki 7 filialına hazıradək zibil tullantılarının daşınması xidməti göstərilir, ödənişlər müqavilə bağlananadək şifahi razılaşmaya görə qeyri-rəsmi nağd şəkildə filialların əməkdaşları tərəfindən ödənilmişdir. Müqavilə imzalandıqdan sonra Hacıqabul KTİ tərəfindən qaimə veriləcəyi təqdirdə tam şəkildə ödəniləcəkdir. Müqavilənin əsas mətni xx.xx.2025-ci il tarixdə, əlavəsi isə noyabr ayında təsdiqlənmişdir. Şahid4 həqiqətən də Şəxs MMC-nin əməkdaşı olmaqla, bölgə üzrə satış departamentinin müdiridir, lakin o, hüquqi məsələlər üzrə səlahiyyətli şəxs deyildir. Başlanmış inzobati xəta haqqında icraatda iştirakla bağlı Cəmiyyətə hər hansı rəsmi bildiriş daxil olmamışdır. Hacıqabul KTİ-nin guya xx.xx.2025-ci il tarixli müqavilənin qüvvədən düşməsi ilə bağlı iddiasına etiraz edir, çünki bununla bağlı bildiriş, yalnız protokol baxılması üçün məhkəməyə daxil olduqdan sonra verilmişdir. Xəta ilə bağlı akt tərtib edilənədək hüquqi şəxsə belə bir bildiriş daxil olmamışdır. Bir daha qeyd edir ki, 2025-ci ilin yanvar ayından sentyabr ayına qədər isə müqavilə olmasa da, Cəmiyyət tərəfindən qeyri-rəsmi ödənişlər edilmişdir. Əlavə olaraq qeyd etmişdir ki, polis orqanı Cəmiyyətin işçisini digər vaxtlarda fiziki şəxs olaraq inzibati məsuliyyətə də cəlb etmişdir. Bundan başqa bildirmişdir ki, Cəmiyyətin adından Şahid3 adlı şəxs və Mənzil Kommunal Təsərrüfat İdarəsindən isə Şahsənəm Cəfərova adlı şəxs arasında müqavilənin forması, tərəflərin hüquq və vəziflərinə dair “Whatsapp” tətbiqi vasitəsilə danışıqlar aparılmış, yekunda Hacıqabul Rayon Kommunal Təsərrüfat İdarəsinin nümayəndəsinin tərtib etdiyi müqavilə tərəflər arasında razılaşdırıldıqdan sonra Cəmiyyətin İdarə Heyətinin sədri və Kommunal Təsərrüfat İdarəsinin rəisi tərəfindən imzalanmışdır. Cəmiyyətin adından Şahid3 adlı əməkdaş xx.xx.2025-ci il tarixdə müqavilənin yekun formasını Kommunal Təsərrüfat İdarəsinin əməkdaşı Şahsənəm Cəfərovaya göndərmiş, lakin Şahsənəm Cəfərova xx.xx.2026-cı il tarixdən müqavilənin bağlanmasını istəsə də, ən sonda müqavilənin tarixi xx.xx.2025-ci il qəbul edilmişdir. Bundan sonra, yəni xx.xx.2025-ci il tarixində Mənzil Kommunal Təsərrüfat İdarəsi rəsmi məktub göndərərək müqavilənin qüvvədən düşmüş hesab edildiyini bildirmişdir. Bununla bağlı qeyd edir ki, həmin müqavilənin 6.2-ci bəndinə əsasən isə tərəflərdən biri bu barədə digər tərəfə rəsmi müraciət etdikdən 20 gün sonra müqaviləyə xitam verilə bilər. Bu isə o deməkdir ki, müqavilə ancaq xx.xx.2025-ci il tarixdən 20 gün sonra, yəni xx.xx.2026-cı il tarixə qədər öz qüvvəsini saxlayır. Göstərilənlərlə yanaşı, protokol tərtib etmiş orqan tərəfindən məhkəməyə təqdim edilən fotoşəkillərdə zibil qalaqlarının məhz filial tərəfindən tullanılmasının sübutu deyildir. Akta imzalayan Hacıqabul rayob KTİ isə bu məsələdə maraqlı tərəfdi, aktda hüquqi şəxsin nümayəndəsinin iştirakı isə təmin edilməmişdir. Ona görə də həmin sübutlar mötəbər hesab edilə bilməz. Odur ki, sadalanan xüsusatlara əsasən inzibati xəta haqqında icraata xitam verilməsini xahiş edir. Əvvəlki məhkəmə iclasında (xx.xx.2025) şahid qismində dindirilmiş Şahid1 izahatında bildirmişdir ki, o, Hacıqabul Rayon Mənzil Kommunal Təsərrüfat İdarəsinin rəisidir. İdarənin dislokasiyasına Hacıqabul şəhərinin bütün ərazisi daxildir. Hacıqabul şəhəri, İ.Qayıbov küçəsində yerləşən Şəxs MMC-yə məxsus marketin ərazisi də onun xidməti inzibati ərazinin dairəsinə düşür. Şəxs MMC-nin Hacıqabul rayon ərazisində 7 filialı fəaliyyət göstərir. Zibil tullantılarının daşınması ilə bağlı adətən müəssisə və təşkilatlarla Mənzil Kommunal Təsərrüfat İdarəsi arasında müqavilə bağlanır, bundan sonra müqavilə əsasında tullantıların daşınmasını təmin edirlər. Müqavilələr isə hər il yanvar ayında bağlanılmalıdır. Müqavilə bağlanmazdan əvvəl danışıqlar aparılır, razılığa gəldikdə isə müqavilə bağlanılır. Hacıqabul şəhəri ərazisində 7 ədəd Şəxs MMC-yə məxsus market var. Ümumilikdə 7 marketlə bağlı bir müqavilə bağlanılır, əlavə razılaşmada filialların adları və göstəriləcək xidmətin dəyəri qeyd edilir. Xidməti isə hər marketə ayrılıqda göstərilir. Müqavilə olmasa da, hər zaman Şəxs MMC-yə məxsus marketlərin tullantıları idarənin işçiləri tərəfindən humanistlik göstərilərək daşınmışdır. Hazırda da rayonun rifahi üçün zibil tullantılarının Oba Market şəbələrinə münasibətdə daşınması təmin edilir. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, Şəxs MMC arasında bağlanmış xx.xx.2025-ci il tarixli “Məişət tullantılarının daşınma xidməti” müqaviləsinin tarixi səhvdir. Həmin müqavilə 1 dekabr tarixli olmalı idi. Müqavilə qeyri-qanuni şəkildə bağlanmışdır. Bu barədə şifahi qaydada şirkətin baş ofisinə bildirilmişdir. Hesab edir ki, tarix düzgün olmadığından müqavilə qüvvədə deyildir. Müqavilə üzrə Şəxs MMC tərəfindən heç bir ödəniş edilməmişdir. Müqavilənin qeyri-qanuni olması ilə bağlı Şəxs MMC-yə rəsmi müraciət olunmamış, buna baxmayaraq telefon vasitəsilə əlaqə saxlanılaraq Şaiq və Nicat adlı əməkdaşlara məlumat verilmişdir. Həmçinin, telefon vasitəsilə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə tullantıların qalaqlanması barədə məlumat verilmişdir. xx.xx.2025-ci il tarixli “Məişət tullantılarının daşınma xidməti” müqaviləsində olan imza və möhür saxta deyil, Mənzil Kommunal Təsərrüfat İdarəsinə məxsusdur və onun özü tərəfindən imzalanmışdır. xx.xx.2025-ci il tarixli müqavilənin qüvvədən düşməsi barədə Şəxs MMC-yə xx.xx.2025-ci il tarixli məktub göndərilmişdir. xx.xx.2025-ci il tarixli “Məişət tullantılarının daşınma xidməti” müqaviləsində olan imza və möhür Mənzil Kommunal Təsərrüfat İdarəsinə məxsus olsa da, müqavilənin tarixində səhv olmuşdur. Bildirmişdir ki, tarix olaraq 1 dekabr müqavilənin bağlanma tarixi kimi göstərilməli idi. Bütün bunlara baxmayaraq, Oba market onlardan aidiyəti yerlərə şikayət versə də, onalar hazırda da xidməti rayonun rifahi naminə davam etdirirlər.Çünki filiallar aryonun ən sıx əhali toplaşan məkanlarında yerləşir, tullantılar isə ətrafdakı əhaliyə zərər verməməsi üçün xidmət göstərilir. Müqavilə qüvvədə olmadığından şirkətə ödənişlə bağlı qaimə göndərməmişlər. Əvvəlki məhkəmə iclasında (xx.xx.2025) şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, o, Hacıqabul Rayon Mənzil Kommunal Təsərrüfat İdarəsinin əməkdaşıdır. İdarənin dislokasiyasına Hacıqabul şəhərinin bütün ərazisi daxildir. Hacıqabul şəhəri, İ.Qayıbov küçəsində yerləşən Şəxs MMC-yə məxsus market də həmin ərazidə yerləşir. O, şəxsən tullantıların götürülməsi işi ilə məşğuldur. Müqavilə olmadığı halda da o və idarənin digər əməkdaşları Şəxs MMC-yə məxsus tullantıları götürmüşdür. Şəxs MMC isə onlara ödəniş etməmişdir. Onlar inzibati xəta baş verən marketə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşı Nümayəndə2 dəvət etmiş, əməkdaşa bildirmişdir ki, müqavilə olmadığı üçün tullantıları götürməmişdir. İnzibati icraat Şəxs MMC barəsində aparılmışdır. Şəxs MMC-də səlahiyyətli şəxsin kim olmasını bilmir. Şahid4 adlı Şəxs MMC-nin əməkdaşı müqavilə olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində bildirmişdir ki, o, Şəxs MMC-də satış təmsilçisi vəzifəsində çalışır. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi Nümayəndə2 inzibati xəta haqqında protokol tərtib edilməmişdən əvvəl onunla əlaqə saxlamış, lakin həmin məsələ onun səlahiyyətinə aid olmadığından Cəmiyyətin məsul şəxsinə onu yönləndirmişdir. Nümayəndə2 ona nə üçün zibillərin həmin ərazidə qalaqlandığını soruşduqda o, bunu bilmədiyini, həmin məsələrə nəzarətin öz öhdəliyində olmadığını qeyd etmişdir. Məişət tullantılarının qalaqlandığı sahənin təkcə Şəxs MMC-nin deyil, həmçinin digər yaşayış və qeyri-yaşayış obyektlərinə məxsus olduğunu Nümayəndə2 bildirmişdir. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, onun Cəmiyyətin adından heç bir inzibati məsələlərə, eyni zamanda tullantıların daşınması işinə nəzarətin həyata keçirilməsi və bununla əlaqədar digər məsələlərə müdaxilə etmək və ya məşğul olmaq kimi səlahiyyəti yoxdur. O, sadəcə olaraq Cəmiyyətin satış departamentində satış təmsilçisi olaraq fəaliyyət göstərir və bu istiqamətdə olan məsələlərə nəzarət edir. Bildiyi qədərilə Cəmiyyətin məişət tullantıları ilə bağlı məsələləri Şahid3 adlı əməkdaşın səlahiyyətinə aiddir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində bildirmişdir ki, o, Şəxs MMC-də inzibati işlər üzrə mütəxəssis vəzifəsində işləyir. Vəzifə təlimatına əsasən o, Şəxs MMC-yə məxsus marketlərin tullantıların daşınması üzrə koordinator olmaqla, həmçinin Cəmiyyətin mülkiyyətində olan nəqliyyat vasitələrinin texniki işlərinin həyata keçirilməsini təmin edir. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, o, marketlərin tullantıların daşınmasını həyata keçirən qurumla bilavasitə əlaqə quraraq ödənişlərin vaxtıvaxtında Cəmiyyət tərəfindən həyata keçirilməsini, bundan başqa dislokasiya üzrə tullantıları daşınılmalı olan mağazaların müəyyən edilməsini, onların icraçı qurumun diqqətinə çatdırmağı, lazımi gəldikdə həmin mağazanın müqaviləyə əlavə edilməsi barədə təklifləri verir. Hacıqabul Rayon Kommunal Təsərrüfatı İdarəsinin işçisi kimi tanıdığı Şahsənəm Cəfərova adlı şəxslə 2025-ci ilin sentyabr ayının sonlarından etibarən telefon vasitəsilə əlaqə qurmuşdur. Belə ki, o, Şahsənəm Cəfərovaya müqavilənin nümunəsini göndərmiş, həmin müqavilə üzərində bank rekvizitlərinin, eyni zamanda lazımi gələrsə, müqavilə şərtlərində dəyişiklikərin qeyd olunmasını xahiş etmişdir. Hər bir mağaza üzrə tullantıların daşınmasının zəhmət haqqı ilkin olaraq 35 manat dəyərində müəyyənləşdirilmişdir. Müqavilənin tarixi isə xx.xx.2025-ci il kimi göstərilmiş, bu isə qarşılıqlı razılıq əsasında qeyd edilmişdir. Lakin sonradan Şahsənəm Cəfərova bildirmişdir ki, onlar 2025-ci ilin yanvar ayından xidmət göstərməyə başladıqları üçün həmin müqavilənin tarixinin xx.xx.2025-ci il kimi qeyd olunmasını xahiş etmişdir. Bundan sonra o, Cəmiyyətin rəhbərinə bu barədə məlumat vermiş, müqavilənin yanvar ayından etibarən bağlanması məsələsində razılıq əldə olunmamışdır. Nəticə etibarı ilə müqavilənin tarixinin xx.xx.2025-ci il müəyyən edilmiş, tərtib olunduqdan sonra tərəflərin səlahiyyətli şəxsləri tərəfindən imzalarla təsdiq edilmişdir. Kommunal Təsərrüfatı İdarəsinin həqiqətən 2025-ci ilin yanvar ayından xidmət göstərməsi barədə isə məlumatı yoxdur. “Məişət tullantılarının daşınma xidməti müqaviləsi”, onun əlavəsi və qiymət cədvəli Hacıqabul Rayon Kommunal Təsərrüfatı İdarəsi tərəfindən rəsmi qaydada imzalandıqdan sonra poçt vasitəsilə Cəmiyyətin inzibati şöbəsinə göndərilmişdir. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi Nümayəndə2 inzibati xəta hadisəsi ilə bağlı onunla əlaqə saxlamış, o, cavabında Hacıqabul Rayon Kommunal Təsərrüfatı İdarəsi ilə Şəxs MMC arasında tullantıların daşınmasına dair müqavilə olduğunu bildirmişdir. Sözügedən müqavilənin əlavəsi imzalarla təsdiq edilsə də, ödənişlərin məbləği ilə bağlı tam razılıq əldə olunmadığından müqavilə üzrə hələki Cəmiyyət tərəfindən rəsmi ödəniş edilməmişdir. Ödənişlərin qeyri-rəsmi formada həyata keçirilməsi barədə isə məlumatı yoxdur. Məhkəmə iş materiallarını nəzərdən keçirib, tərəfləri və şahidləri dinləyib, toplanmış sübutları tədqiqi edib hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Belə ki, inzibati işin materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin müfəttişi Nümayəndə2 tərəfindən tərtib edilmiş 02 dekabr 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli protokolda göstərilmişdir ki, Hacıqabul şəhəri, İ.Qayıbov küçəsində fəaliyyət göstərən Şəxs MMC-də formalaşan bərk məişət tullantılarının xx.xx.2025-ci il tarixdə küçəyə atılaraq qalaqlandığı müəyyən olunmuşdur. Bununla da, “X24” MMC barəsində Azərbaycan Respublikasının İXM-nin 262.2 və 262.3-cü maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair protokol tərtib edilmişdir. Beləliklə, protokoldan yalnız tullantıların qalaqlanmasına görə xətanın törədilməsi görünsə də, tullantıların emalı yerlərinin müəyyənləşdirilməsi, layihələşdirilməsi, tikintisi, istifadəsi və ya ləğv edilməsi ilə bağlı hansı norma və qaydaların pozulması qeyd edilməmişdir. Yalnız məhkəmə baxışı protokol tərtib etmiş orqanın nümayəndəsinin izahatlarından bəlli olur ki, yalnız müqavilənin mövcud olmamasına görə İXM-nin 266.2-ci maddəsinə əsasən xətanın mövcudluğu ilə bağlı protokol tərtib edilmişdir. Protokolun ikinci hissəsi isə zibil tullantılarının qalanlanması ilə bağlı İXM-nin 266.3-cü maddəsin də nəzərdə tutulmuş xətanın törədilməsi ilə bağlı olmuşdur. Məhkəmə qeyd edir ki, iş materiallarında olan xx.xx.2025-ci il tarixli, 91121 nömrəli aktdan müəyyən edilir ki, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi tərəfindən xidməti ərazidə aparılan nəzarət tədbirləri zamanı Hacıqabul şəhəri, İ.Qayıbov küçəsində fəaliyyət göstərən “X24” MMC-yə məxsus “Oba” ticarət obyektində formalaşan müxtəlif morfoloji tərkibə malik olan bərk məişət tullantılarının obyektin 1 metrliyində küçəyə atılaraq qalaqlanması faktı aşkar olunmuşdur. Aparılmış araşdırma zamanı özünü bölgə rəisi Şahid4 kimi təqdim edən şəxs bildirmişdir ki, sözügedən ticarət obyektində formalaşan bərk məişət tullantılarının zərərsizləşdirilməsi üçün aidiyyəti qurumlarla müvafiq müqavilə yoxdur. Lakin, rəsmi izahat verməkdən imtina etmişdir. ünvan 1 ünvanlanmış 37 saylı xx.xx.2025-ci il tarixli məktubda qeyd olunmuşdur ki, Hacıqabul şəhəri ərazisində fəaliyyət göstərən “Oba” market mağazalar şəbəkəsinin xx.xx.2025-ci il tarixdən etibarən bərk məişət tullantılarının zərərsizləşdirilməsi üçün müvafiq müqaviləsi yoxdur. Hacıqabul Rayon Mənzil Kommunal Təsərrüfat İdarəsinin sahə rəisi Şahid2 tərəfindən verilmiş izahatda bildirilmişdir ki, sözügedən ticarət obyektində formalaşan bərk məişət tullantıları müqavilə olmadığı üçün küçəyə atılır. Araşdırma dövründə “X24” MMCnin rəhbərliyi ilə əlaqə yaratmaq mümkün olmamışdır. Araşdırma nəticəsində müəyyən olunmuşdur ki, “X24” MMC tərəfindən Azərbaycan Respublikasının “Tullantılar haqqında” Qanununun 11-ci maddəsinin tələbləri pozulmuşdur. Akt 2 nüsxədə tərtib olunmuş, ərazidə çəkilən fotoşəkillər və toplanmış material əlavə edilmişdir. Akt Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi Nümayəndə2, Hacıqabul Rayon Mənzil Kommunal Təsərrüfat İdarəsinin müdiri Şahid1 və həmin idarənin sahə rəisi Şahid2 tərəfindən imzalarla təsdiq edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən Şəxs MMC-yə ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubun məzmunundan müəyyən edilir ki, 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı Hacıqabul şəhəri, İ.Qayıbov küçəsində fəaliyyət göstərən Şəxs MMC-də formalaşan tullantıların kənara atılması və tullantıların daşınması ilə bağlı müvafiq təşkilatla müqaviləsinin olmadığı aşkar edilmişdir. Faktla bağlı xx.xx.2025-ci il tarixli 91121 saylı akt tərtib olunaraq inzibati araşdırma başlanılmışdır. Aparılan inzibati araşdırmada iştirak edilməsi üçün xx.xx.2025-ci il tarixində saat 15:00-da səlahiyyətli nümayəndəninin 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə gəlməsi xahiş olunmuşdur. Qeyd olunan tarixdə işin baxılmasında iştirak etmək üçün gəlmədikdə və ya işə baxılmasını təxirə salmaq haqqında vəsatət verilmədikdə qanunvericiliyin tələbinə əsasən işə tərəfin iştirakı olmadan baxılacağı barədə xəbərdarlıq edilmişdir. Məktub xx.xx.2025-ci il tarixdə Şəxs MMC-nin səlahiyyətli nümayəndəsi tərəfindən (digər qaydada) təhvil alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Hacıqabul Rayon İcra Hakimiyyəti Başçısının Hacıqabul Rayon Kommunal Təsərrüfatı İdarəsi tərəfindən 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə ünvanlanmış xx.xx.2025-ci il tarixli, 37 nömrəli məktubda şifahi sorğuya cavab olaraq qeyd edilmişdir ki, Hacıqabul şəhəri ərazisində fəaliyyət göstərən Şəxs mağazalar şəbəkəsinin bərk məişət tullantılarının zərərsizləşdirilməsi üçün xx.xx.2025-ci il tarixli müqaviləsi yoxdur. Qeyd olunanların nəzərə alınması xahiş edilmişdir. İş materiallarında olan Hacıqabul Rayon Mənzil Kommunal Təsərrüfat İdarəsinin sahə rəisi Şahid2 tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli izahatda göstərilmişdir ki, Şəxs MMC-nin ticarət obyektində formalaşan bərk məişət tullantıları müqavilə olmadığı üçün küçəyə atılır. İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli “Məişət tullantılarının daşınması xidməti” dair müqavilədən müəyyən edilir ki, xx.xx.2025-ci il tarixində (icraçı) Hacıqabul rayon Kommunal Təsərrüfatı İdarəsi ilə (sifarişçi) Şəxs MMC arasında xidmət müqaviləsi bağlanmışdır. Müqavilənin 1.1-ci bəndinə əsasən, icraçı sifarişçinin fəaliyyəti zamanı yaranan bərk məişət tullantılarının müntəzəm daşınması və zərərsizləşdirilməsi öhdəliyini, sifarişçi isə xidmət haqqını ödəmək öhdəliyini öz üzərinə götürmüşdür. Müqavilənin 2-ci və 4-cü hissələrindən görünür ki, tərəflər arasında razılaşdırılmış aylıq xidmət haqqı müqaviləyə əlavə №1 ilə müəyyən edilmiş və hər ayın 15-dək icraçının hesabına köçürülməlidir (Bənd 2.2). Müqavilənin 4.7-ci bəndinə əsasən, ödəniş gecikdirildiyi halda sifarişçi hər gecikdirilən gün üçün 0,1% miqdarında əlavə vəsait (dəbbə pulu) ödəməlidir. Müqavilənin 1 saylı əlavəsindən müəyyən edilir ki, Hacıqabul rayonu ərazisində yerləşən 7 ədəd “Oba” mağazası (kodları: 510, 731, 1320, 1496, 1863, 1980, 1974) xidmət dairəsinə daxil edilmişdir. Hər bir mağaza üzrə aylıq xidmət haqqı ƏDV daxil 50 manat, cəmi aylıq ödəniş məbləği isə 350 manat olaraq təsbit edilmişdir. Müqavilənin 6.1-ci bəndindən müəyyən edilir ki, müqavilə imzalandığı tarixdən hüquqi qüvvəyə minmişdir və xx.xx.2026cı il tarixinədək qüvvədədir. Tərəflərdən biri müddətin bitməsinə 1 ay qalmış xitam bildirişi verməzsə, müqavilə növbəti müddətə uzadılmış hesab olunur. Müqavilənin 6.2-ci bəndindən müəyyən edilir ki, tərəflər 20 gün əvvəlcədən yazılı bildiriş verməklə müqaviləyə xitam verə bilərlər. Müqavilə Şəxs MMC-nin İdarə Heyətinin sədri Natavan İbrahimova və Hacıqabul rayon Kommunal Təsərrüfatı İdarəsinin rəisi Şahid1 tərəfindən möhür və imzalarla təsdiq edilmişdir. Məhkəmə baxışı zamanı A.Abbasov qeyd olunan imzanın ona məxsus olmasını təsdiq etmiş və bu barədə etirazı daxil olmamışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli razılaşdırma vərəqəsindən müəyyən edilir ki, sözügedən müqavilə layihəsi ("Project_C_15377") xx.xx.2025 xx.xx.2025-ci il tarixləri aralığında Şəxs MMC-nin hüquq, təchizat, maliyyə və kadrlar şöbələri tərəfindən yoxlanılaraq daxili qaydada təsdiq edilmişdir. Bu da müqavilənin tərəflərin iradəsinə uyğun olaraq və hüquqi ekspertizadan keçərək imzalandığını sübut edir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Hacıqabul Rayon İcra Hakimiyyəti Başçısının Hacıqabul Rayon Kommunal Təsərrüfatı İdarəsi Şəxs MMC-yə ünvanlanmış xx.xx.2025-ci il tarixli, 48 nömrəli məktubda qeyd edilmişdir ki, Hacıqabul şəhəri ərazisində yerləşən 7 ədəd Şəxs MMC ilə məişət tullantılarının daşınması üçün bağlanmış müqavilə 2025-ci il oktyabr ayının 1-i tarixinə deyil, 2025-ci il dekabr ayının 1-i tarixinə bağlanmalıdır. Hazırda Hacıqabul Rayon Kommunal Təsərrüfatı İdarəsi tərəfindən bağlanılmış müqavilə qüvvədən düşmüş hesab edilmişdir. Yeni müqavilənin bağlanması üçün razılıq əldə olunarsa müqavilə şərtləri Kommunal Təsərrüfat İdarəsi tərəfindən təqdim olunacağı qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş və Şəxs MMC tərəfindən Azərbaycan Respublikası Hacıqabul Rayon İcra Hakimiyyətinə ünvanlanmış şikayətin məzmununa əsasən müəyyən edilir ki, “Oba Market" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Hacıqabul Rayon Kommunal Təsərrüfatı İdarəsi imzalanması nəzərdə tutulmuş xx.xx.2025-ci il tarixli “Məişət tullantılarının daşınması haqqında ximdət” müqaviləsi və 1 saylı müqaviləyə əlavə hazırlanmış, təsdiq olunmuş və iki nüsxədə çap olunmuşdur. Bu hallar Azərbaycan Respublikası Tarif Şurası tərəfindən təsdiqlənmiş tariflərə, azad sahibkarlıq prinsiplərinə və bazar münasibətlərində inhisarçılığın qadağan olunması barədə Azərbaycan Repsublikasının Konstitusiya müddəalarına ziddir. Qeyd olunan hallar nəticəsində həm qanun pozuntusuna yol verilir, həm də iqtisadi baxımdan mağazaların fəaliyyət rentabelliyi pozulur. Bundan başqa həm tullantıların vaxtında daşınması və utilizasiyası məsələsində çətinliklə yaranır, həm də ətraf mühitin çirklənməsi riski artır. Bununla yanaşı, “Oba Market" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən qanunvericiliyə uyğun hərəkət edilsə də, aidiyyəti qurumların öz vəzifələrini yerinə yetirməkdən yayınması Cəmiyyətin hüquqlarının pozulmasına səbəb olur. KTİ-nin vəzifəsi xidməti və digər təhkim olunduğu ərazilərdə məişət tullantılarının idarə olmaqla daşınmasını təşkil etmək, zibil konteynerləri və daşınma qrafiklərini müəyyənləşdirmək, küçələrin təmizliyi, səliqə-səhman, yaşıllıqların əkilməsi və qorunması işlərini təşkil etmək, ətraf mühitin çirklənməsinin qarşısını almaq üçün tədbirlər görmək və istehlakçılarla (fiziki və hüquqi şəxslərlə) kommunal xidmətlərin göstərilməsi üçün müqavilələr bağlamaqdır. Qeyd edilmişdir ki, X7 daxil olan “Oba” marketler şəbəkəsi həm ölkəmizin iqtisadi inkişafına dəstək verir, həm də minlərlə insanı iş yerləri ilə təmin edir. Daim dövlətin və dövlətçiliyin maraqlarına xidmət edən şəbəkə bir çox tədbirlərdə hər zaman dövlət qurumlarının yanında olur və onlarla birgə fəaliyyət göstərir. Şəxs MMC qida sektorunda 2024-cü ildə ən çox vergi ödəyən şirkətlər arasında ilk onluqda yer almışdır. Bu isə Cəmiyyətin iqtisadi aktivliyinin və bazardakı mövqelərindən xəbər verir. Şirkətin təşəbbüsü ilə və dövlətin dəstəyi çərçivəsində həyata keçirilən sosial xarakterli layihə işsiz vətəndaşların müvəqqəti və ya daimi əsaslarla işlə təmin olunması məqsədilə müxtəlif bölgələrdən olan onlarla vətəndaş işə cəlb olunmuşdur. Layihənin məqsədi dövlətin məşğulluq siyasətinə dəstək vermək və aztəminatlı vətəndaşlara müvafiq iş imkanları yaratmaq olmuşdur. Həmçinin Şəxs MMC “Ticarət sahəsi üzrə məşğulluğun inkişafina töhfə verən” nominasiyası üzrə təltif olunub. “Oba” marketlər şəbəkəsi olaraq daima məşğulluğa dəstək, kadrların inkişafı, özəllikllə də regionlarda bu sahədə yüksək irəliləyişin olması fəaliyyətin prioritet istiqamətlərindəndir. Şəxs MMC məşğulluq orqanında “Bir ildən artıq işsiz kimi qeydiyyatda olan şəxslərin məşğulluğuna dəstək verən ən aktiv özəl sosial tərəfdaş” nominasiyası ilə təltif olunub. Şirkət son vaxtlar dövlət tərəfindən dəstəklənən layihə çərçivəsində işsiz vətəndaşların məşğulluğunu təmin etmək məqsədi ilə sosial məsuliyyət daşıyan təşəbbüsə imza atmış, onlarla vətəndaşa iş imkanı yaratmışdır. Ötən il Şəxs MMC Məşğulluq Agentliyi tərəfindən “Müharibə iştirakçılarının məşğulluğunun təmin olunmasına dəstək verən ən aktiv özəl sosial tərəfdaş” nominasiyası üzrə mükafata layiq görülmüşdür. Hazırda Hacıqabul rayonunda kommunal idarənin xidmət ərazisində yerləşən heç bir mağazada tullantıların daşınması həyata keçirilmir. Nəticədə, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yerli struktur bölməsindən əməkdaşlar tərəfindən filiallara yaxınlaşılaraq cərimə tətbiqi barədə xəbərdarlıq edilmişdir. Yaranmış vəziyyət şirkətin fəaliyyətinə ciddi maneələr yaradır, tullantıların yığılmaması nəticəsində sanitar və ekoloji problemlərin yaranması riskini artırır. Qeyd olunan hal kommunal xidmət orqanının birbaşa vəzifələrinin icra edilməməsi ilə bağlıdır. Göstərilənlərin nəzərə alınaraq, Hacıqabul rayon Kommunal Tesərrüfatı İdarəsinin qanunsuz tələblərinə və əsassız xidmət göstərməməsinə son qoyulması, Şəxs MMC ilə bağlanacaq müqavilə və ona edilmiş 1 saylı əlavənin təsdiq olunaraq hüquqi qüvvəyə minməsi, həmçinin Tarif Şurasının müəyyən etdiyi rəsmi tariflərə uyğun şəkildə tullantıların daşınması xidmətinin göstərilməsi üçün müvafiq tapşırıqların verilməsi xahiş edilmişdir. Məhkəmənin sorğusuna əsasən Şəxs MMC-dən daxil olmuş xx.xx.2026-cı il tarixli məktubdan müəyyən edilir ki, Şahid4 Cəmiyyətin satış üzrə bölgə müdiri, Şahid3 inzibati işlər üzrə mütəxəssis, X15 isə təchizat şöbəsinin müdiri vəzifəsində çalışırlar. Adları qeyd edilən əməkdaşların Cəmiyyətin adından müqavilə bağlamaq səlahiyyəti yoxdur. Qeyd edilmişdir ki, hüquqi şəxsin adından müqavilə bağlayacaq imza səlahiyyətli şəxs Cəmiyyətin İdarə Heyətinin sədri X4r. Məhkəmənin sorğusuna əsasən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı və Uçot İdarəsindən daxil olmuş xx.xx.2026-cı il tarixli məktubdan müəyyən edilir ki, hüquqi şəxslərin dövlət reyestrinə əsasən “X24” Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN: **********) xx.xx.2016-cı ildə dövlət qeydiyyatına alınmışdır. Cəmiyyətin adının dəyişdirilməsi haqqında xx.xx.2020-ci il tarixli qərara əsasən Cəmiyyətin adı Şəxs müəyyən edilmişdir. Hüquqi şəxslərin dövlət reyestrinə əsasən xx.xx.2016-cı ildən xx.xx.2025-ci ilədək X9 Cəmiyyətin yeganə təsisçisi olmuşdur. xx.xx.2025-ci ildən Cəmiyyətin təsisçiləri X9 (95%) və X5r (5%). Əlavə olaraq bildirilmişdir ki, hal-hazırda Cəmiyyətin fəaliyyəti aktivdir. Eyni zamanda məktuba əlavə edilmiş 1. “X24” MMC-nin təsis edilməsi haqqında 17 iyun 2016-cı il tarixli qərara əsasən müəyyən edilir ki, təsisçi Aydın Talıbov tərəfindən Sumqayıt şəhəri, 9-cu mikrorayon ünvanında “X24” MMC yaradılmışdır. Cəmiyyətin nizamnamə kapitalı 100 manat məbləğində müəyyən edilmişdir. Təsisçi özünü Cəmiyyətin qanuni təmsilçisi (direktoru) vəzifəsinə təyin etmişdir. 2. Direktorun dəyişdirilməsi haqqında 19 oktyabr 2016-cı il tarixli qərardan müəyyən edilir ki, X9 direktor vəzifəsindən azad edilmişdir. X10 Cəmiyyətin yeni direktoru vəzifəsinə təyin edilmişdir. 3. İdarəetmə strukturunun dəyişdirilməsi və Müşahidə Şurasının yaradılması haqqında 04 mart 2019-cu il tarixli qərara əsasən direktor X10 vəzifəsindən azad edilmişdir. Cəmiyyətdə Müşahidə Şurası yaradılmış və Talıbov Aydın (sədr), Allahverdi Bəxtiyar (sədr müavini), Nuri İlqar, İbrahimova Natəvan və Şərifov Vüsaldan ibarət tərkibdə təsdiq edilmişdir. Cəmiyyətin İdarə Heyəti yaradılmış və X23 Heyətinin sədri təyin edilmişdir. 4. İdarə Heyəti sədrinin dəyişdirilməsi haqqında 06 aprel 2020-ci il tarixli qərardan müəyyən edilir ki, X11 Müşahidə Şurası üzvlüyündən çıxarılmışdır. X2 Heyətinin sədri vəzifəsindən azad edilmişdir. X11 Cəmiyyətin İdarə Heyətinin sədri təyin edilmişdir. 5. İdarə Heyəti üzvlərinin yenilənməsi haqqında (sənəddə şirkətin adı artıq Şəxs MMC kimi qeyd olunmuşdur) 14 yanvar 2021-ci il tarixli qərardan müəyyən edilir ki, Cəfərov Mahir və X21 Heyəti üzvlüyündən azad edilmişlər. Quliyev Eldəniz, Qarayev Zaur, İsmayılov Vüqar və X26 İdarə Heyətinin yeni üzvləri təyin edilmişlər. X3 Heyətinin sədri vəzifəsində saxlanılmışdır.

6. İdarə Heyəti sədrinin növbəti dəyişimi haqqında 24 iyun 2022-ci il tarixli qərardan müəyyən edilir ki, X3 Heyətinin sədri vəzifəsindən azad edilmiş və Müşahidə Şurası üzvlüyünə qəbul edilmişdir. X1 Heyətinin sədri vəzifəsinə təyin edilmişdir. Hazırki sənədlərdən görünür ki, şirkətin rəsmi adı fəaliyyət dövründə “X24” MMC-dən Şəxs MMCyə dəyişdirilmişdir. İş materiallarına əlavə edilmiş 01 ədəd CD diskdəki və fləşkartdakı “Whatsapp” ani mesajlaşma tətbiqi vasitəsilə göndərilmiş audio yazılardan və yazışmaların ekran görüntülərindən müəyyən edilir ki, “Məişət tullantılarının daşınması xidməti” müqaviləsinin müddəalarına dair Şəxs MMC tərəfdən Şahid3 və Hacıqabul rayon Kommunal Təsərrüfatı İdarəsi tərəfdən Şahsənəm Cəfərova adlı şəxslər arasında danışıqlar aparılmış, tərəflər arasında tullantılarının daşınmasının həyata keçiriləcəyi Hacıqabul rayonu ərazisində yerləşən “Oba” marketlər şəbəkəsi sırasında olan obyektlərin siyahısı, eyni zamanda ödəniş şərtləri, üsulları, müqavilənin imzalanması üçün hazır formaya salınması və digər məsələlər barəsində müzakirələr aparılmışdır. Həmçinin səs yazısından aydın olur ki, Mənzil Kommunal Təsərrüfat İdarəsinin əməkdaşı Şahsənəm Cəfərova müqavilənin tarixinin əvvəlcə xx.xx.2025-ci il kimi göstərilməsini, bu olmadığı təqdirdə xx.xx.2025-ci il saxlanılmasına etirazının olmadığını sadəcə bu barədə rəhbərinə məruzə etməli olduğunu bildirmişdir. Bundan başqa, müqavilənin ilkin tərtib olunmuş əlavəsində qeyd olunan 35 manat ödəniş haqqı ilə Hacıqabul rayon KTİ-nin razı olmadığını, ödənişin hər ay 55 manat məbləğində müəyyənləşdirilməsini və bu barədə müqavilənin əlavəsində qeydiyyat aparılmasını xahiş etmişdir. Beləliklə, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 262.2 və 262.3-cü maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilmiş, inzibati xəta hadisəsinin xx.xx.2025-ci il tarixdə Hacıqabul şəhəri, İ.Qayıbov küçəsində yerləşən Şəxs MMC-yə məxsus ticarət obyektinin yaxınlığında bərk məişət tullantılarının qalaqlandığı vaxt aşkar edildiyi göstərilmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinin şərh edilməsi”nə dair 2 noyabr 2016-cı il tarixli qərarında göstərilmişdir ki, inzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan orqanlar insan hüquq və azadlıqlarının qanunsuz məhdudlaşdırılmasından çəkinməklə yanaşı, cəmiyyətdə inzibati sahədə qanunçuluğun təmin edilməsini həyata keçirirlər. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İ hissəsinə əsasən, Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Bu Konstitusiya norması insan hüquq və azadlıqlarının müdafiə vasitələri ilə yanaşı, həmin hüquqların təminatı kimi cinayət, inzibati-delikt və digər repressiv və preventiv hüquq sahələrinin qoruyucu normalarının mövcudluğunu da nəzərdə tutur. Hər bir dövlət orqanı öz səlahiyyətləri çərçivəsində insan hüquq və azadlıqlarını qorumaq şərti ilə qanunçuluğu təmin etməlidir. “İstehsalat və məişət tullantıları haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən istehsalat tullantıları - istehsal, yaxud işlərin (xidmətlərin) yerinə yetirilməsi prosesində əmələ gələn və ilkin istehlak xüsusiyyətlərini tam və ya qismən itirən xammal, material, maddə, yarımfabrikat, əşya və digər məhsulların qalıqları, habelə istehsal obyekti olmayan və öz istifadə olunma xüsusiyyətlərinə görə texnoloji prosesə daxil olmayan, yenidən əmələ gələn eyni mənşəli əşya və maddələr başa düşülür. Həmin Qanunun 2-ci maddəsinə əsasən tullantıların idarə olunması sahəsində Azərbaycan Respublikasının qanunvericiliyi bu Qanundan, Azərbaycan Respublikasının digər müvafiq qanunvericilik aktlarından və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən ibarətdir. Həmin Qanunun 3.1-ci maddəsinə əsasən Bu Qanun Azərbaycan Respublikasında fəaliyyəti nəticəsində tullantılar əmələ gələn və tullantıların idarə olunması sahəsində fəaliyyət göstərən bütün hüquqi və fiziki şəxslərə şamil olunur. Həmin Qanunun 7-ci maddəsinə əsasən istismarı zamanı tullantıların əmələ gəldiyi bina, tikili, qurğu və digər obyektlərin layihələndirilməsi, tikintisi, yenidən qurulması, konservasiyası və ləğvi zamanı fiziki və hüquqi şəxslər: ətraf mühitin və insan sağlamlığının qorunması sahəsində Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş ekoloji, sanitar və digər tələblərə əməl etməyə; əmələ gələn tullantıların istifadəsi, zərərsizləşdirilməsi barədə müvafıq icra hakimiyyəti orqanları tərəfindən müsbət rəy verilmiş texniki və texnoloji sənədlərə malik olmağa borcludurlar. Yaşayış binalarının, habelə istismarı zamanı tullantıların əmələ gəldiyi müəssisə, bina, tikili, qurğu və digər obyektlərin layihələndirilməsi zamanı tullantıların idarə olunması sahəsində müəyyən edilmiş qaydalara, normativlərə və tələblərə uyğun olaraq belə tullantıların yığılması üçün yerlər (meydanlar) nəzərdə tutulmalıdır. Həmin Qanunun 10-cu maddəsinin tələblərinə görə tullantıların emalı yerlərinin müəyyənləşdirilməsi, layihələşdirilməsi, tikintisi, istifadəsi və ləğv edilməsi müvafiq norma və qaydalara uyğun aparılır. Tullantıların emalı yerləri və texnologiyaları seçilərkən insan səhhətinə və ətraf mühitə ziyanlı təsir barədə ekoloji ekspertizanın tələbləri əsasında müvafiq icra hakimiyyəti orqanlarının (Azərbaycan Respublikasının Dövlət Ekologiya və X8 Komitəsi və Səhiyyə Nazirliyi) müəyyən etdiyi şərtlər nəzərə alınmalıdır. Tullantıların emalı yerlərinin ətraf mühitə təsirini müəyyən etmək məqsədilə ətraf mühitin monitorinqi aparılmalıdır. Tullantıların emalı yerlərində mərz nişanları və nəzarətli girişlər olmalı, texnoloji məntəqələrin ətraf mühit üçün tamamilə təhlükəsizliyi təmin edilməlidir. Bu məqsədlə nəzərdə tutulmayan yerlərdə tullantıların yerləşdirilməsi və emalı qadağandır. Tullantıları emal edən müəssisələrin fəaliyyəti tullantıların həcminin azaldılmasına və zərərsizləşdirilməsinə yönəldilməlidir. Bu müəssisələr öz fəaliyyətini nizamnamələrində nəzərdə tutulan qaydada və tullantılara mülkiyyət hüququnu təsdiq edən sənədlər əsasında həyata keçirirlər. Tullantıları emal edən müəssisələrdə müvafiq icra hakimiyyəti orqanları (Azərbaycan Respublikasının Dövlət Ekologiya və X8 Komitəsi və Səhiyyə Nazirliyi) tərəfindən təsdiq edilən qəza hallarının ləğv edilməsinə dair tədbirlər planı olmalıdır. Həmin Qanunun 11-ci maddəsinin tələblərinə görə tullantıların yerləşdirilməsi müvafiq icra hakimiyyəti orqanlarının (Azərbaycan Respublikasının Dövlət Ekologiya və X8 Komitəsi, Səhiyyə Nazirliyi və yerli icra hakimiyyəti orqanları) icazəsi əsasında və normativ aktlarda müəyyən edilən tələblərə uyğun həyata keçirilir. Tullantıların yerləşdirilməsi və zərərsizləşdirilməsi məqsədilə obyektlərin tikintisi üçün yer seçərkən müvafiq icra hakimiyyəti orqanlarının (Azərbaycan Respublikasının Dövlət Ekologiya və X8 Komitəsi, Dövlət Geologiya və Mineral Ehtiyatlar Komitəsi, Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Meliorasiya və Su Təsərrüfatı Komitəsi və yerli icra hakimiyyəti orqanları) razılığı ilə xüsusi (geoloji, hidroloji və s.) araşdırmalar aparılmalı və lazım gəldikdə ictimai rəy nəzərə alınmalıdır. Təhlükəli və təhlükəsiz tullantıların zərərsizləşdirilməsi, emalı müəssisələrinin, habelə bu məqsədlə qurğuların, poliqonların layihələrinə dair “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada ətraf mühitə təsirin qiymətləndirilməsi (ƏMTQ) sənədi hazırlanmalı, həmin sənədin dövlət ekoloji ekspertizası keçirilməlidir. Həmin Qanunun 11-ci maddəsinə əsasən tullantıların yerləşdirilməsi müvafiq icra hakimiyyəti orqanlarının (Azərbaycan Respublikasının Dövlət Ekologiya və X8 Komitəsi, Səhiyyə Nazirliyi və yerli icra hakimiyyəti orqanları) icazəsi əsasında və normativ aktlarda müəyyən edilən tələblərə uyğun həyata keçirilir. Tullantıların yerləşdirilməsi və zərərsizləşdirilməsi məqsədilə obyektlərin tikintisi üçün yer seçərkən müvafiq icra hakimiyyəti orqanlarının (Azərbaycan Respublikasının Dövlət Ekologiya və X8 Komitəsi, Dövlət Geologiya və Mineral Ehtiyatlar Komitəsi, Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Meliorasiya və Su Təsərrüfatı Komitəsi və yerli icra hakimiyyəti orqanları) razılığı ilə xüsusi (geoloji, hidroloji və s.) araşdırmalar aparılmalı və lazım gəldikdə ictimai rəy nəzərə alınmalıdır. “Ekoloji təhlükəsizlik haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin 1-ci hissəsinə əsasən müvafiq icra hakimiyyəti və yerli özünüidarəetmə orqanlarının, onların vəzifəli şəxslərinin aşağıdakı fəaliyyətə yol verə bilən qərarları qəbul etmələri və həyata keçirmələri qadağandır. 1.1. “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun əlavəsində nəzərdə tutulmuş fəaliyyət növləri üzrə ətraf mühitə təsirin qiymətləndirilməsi sənədi (ƏMTQ) tərtib edilmədən və həmin sənədin dövlət ekoloji ekspertizası keçirilmədən həyata keçirilən fəaliyyət, habelə ətraf mühitə təsirin qiymətləndirilməsinin aparılması tələb olunmayan, lakin dövlət ekoloji ekspertizasının obyekti olan və dövlət ekoloji ekspertizasının müsbət rəyi olmadan həyata keçirilən digər fəaliyyət. “Ətraf mühitin mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun 47-ci maddəsinə əsasən istehsalat və məişət tullantılarının toplanması, məhv edilməsi və basdırılması müvafiq icra hakimiyyəti və yerli özünüidarəetmə orqanlarının razılığı ilə müəyyən edilən yerlərdə aparılır. Tullantıların emalı, basdırılması və ya saxlanılması üçün Azərbaycan Respublikasına gətirilməsi yalnız müvafiq icra hakimiyyəti orqanının icazəsi ilə həyata keçirilə bilər. İstifadə edildikdən sonra tullantıların zərərsizləşdirilməsi və istifadəsi üçün texnologiyası olmayan məhsulun idxalı qadağan edilir. İstehsalat və məişət tullantılarının uçotu qanunvericiliklə müəyyən edilmiş qaydada aparılır. Tullantılara verilən ekoloji tələblər bu Qanunla yanaşı tullantılar haqqında normativ hüquqi aktlarla müəyyən edilir. İş materiallarının məcmusundan, o cümlədən tərəflər arasında bağlanmış yazılı müqavilədən, həmin müqavilənin əlavələrindən, daxili razılaşdırma sənədlərindən, şahid ifadələrindən, habelə elektron yazışma və audio materiallardan müəyyən olunur ki, Şəxs MMC ilə Hacıqabul Rayon Kommunal Təsərrüfatı İdarəsi arasında xx.xx.2025-ci il tarixli “Məişət tullantılarının daşınması xidməti” müqaviləsi bağlanmışdır. Sözügedən müqavilə tərəflərin səlahiyyətli şəxsləri tərəfindən imzalanmış, möhürlə təsdiq edilmiş və hüquqi qüvvə kəsb etmişdir. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən, Şəxs MMC-nin fəaliyyəti zamanı formalaşan bərk məişət tullantılarının müntəzəm daşınması və zərərsizləşdirilməsi öhdəliyi icraçı qismində Hacıqabul Rayon Kommunal Təsərrüfatı İdarəsinin üzərinə götürülmüşdür. Müqaviləyə əsasən sifarişçi olan Şəxs MMC-nin əsas öhdəliyi göstərilən xidmətlərə görə xidmət haqqının ödənilməsindən ibarət olmuşdur. Beləliklə, inzibati xəta hadisəsinin aşkar edildiyi xx.xx.2025-ci il tarixdə tərəflər arasında tullantıların daşınmasını tənzimləyən qüvvədə olan müqavilə münasibətləri mövcud olmuşdur. Bu hal tullantıların daşınması və müvafiq tədbirlərin görülməsi ilə bağlı məsuliyyətin bilavasitə Şəxs MMC-nin deyil, müqavilə üzrə icraçı olan Hacıqabul Rayon Kommunal Təsərrüfatı İdarəsinin üzərinə düşdüyünü göstərir. Məhkəmə tərəfindən iş üzrə araşdırma zamanı müəyyən edilmişdir ki, tərəflər arasında müqavilənin tarixinin ilkin mərhələdə xx.xx.2025-ci il kimi müəyyən edilməsi ilə bağlı müəyyən fikir ayrılıqları və danışıqlar aparılmışdır. Lakin nəticə etibarilə tərəflər xx.xx.2025-ci il tarixini qəbul edərək müqaviləni məhz bu tarixlə imzalamışlar. Məhkəmə hesab edir ki, müqavilənin imzalanması faktı tərəflərin həmin müqavilənin bütün şərtləri ilə, o cümlədən müqavilənin qüvvəyə minmə tarixi, xidmət dairəsi, ödəniş mexanizmi və digər müddəaları ilə razı olduqlarını və bu şərtləri könüllü şəkildə qəbul etdiklərini təsdiq edir. Müqavilə imzalandıqdan sonra onun tarixinin və ya digər şərtlərinin birtərəfli qaydada etibarsız hesab edilməsi hüquqi nəticə doğurmur. Həmçinin məhkəmə qeyd edir ki, işin faktiki hallarından görünür ki, Hacıqabul Rayon Kommunal Təsərrüfatı İdarəsi tərəfindən müqavilə bağlanmamışdan öncədən başlayaraq işgüzar münasibətlərdən irəli gələrək davamlı olaraq Şəxs MMC-nin filiallarına xidmət göstərmişdir. Bu isə hüquqi şəxsin ona etimad göstərməsi deməkdir. Həmçinin Hacıqabul Rayon Kommunal Təsərrüfatı İdarəsi müqavilənin ləğvi ilə bağlı hüquqi şəxsə şifahi qaydada bildirməsini iddia etməsinə baxmayaraq buna dair məhkəməyə mötəbər sübut təqdim edə bilməmişdir. Bunun əksinə olaraq, hüquqi şəxsin məhkəməyə təqdim etdiyi sübutlardan, o cümlədən vatsapp yazışmalarından aşkar surətdə bəlli olur ki, tərəflər arasında müqavilə etibarlı münasibətlərdən irəli gələrək bağlanmış, lakin ləğvi ilə bağlı hər hansı məlumat, pretenziya verilməmişdir. Odur ki, məhkəmə hesab edir ki, xəta aşkar edildiyi vaxt müqavilə mövcud olduğundan hüquqi şəxsin əməlində İXM-nin 266.2-ci maddəsinin tərtib əlamətləri mövcud ola bilməzdi. Məhkəmə eyni zamanda qeyd edir ki, müqavilə üzrə öhdəliklərin icrası çərçivəsində xidmət haqqının ödənilib-ödənilməməsi məsələsi hazırkı inzibati işin predmetinə daxil deyildir və bu hal tərəflər arasında yaranmış mülki-hüquqi (müqavilə) xarakterli münasibətlərin predmetidir. Hazırkı iş üzrə məhkəmənin vəzifəsi inzibati xəta hadisəsinin baş verdiyi tarixdə hüquqi münasibətlərin mövcudluğunu və həmin münasibətlər çərçivəsində məsuliyyətin hansı subyektin üzərinə düşdüyünü müəyyən etməkdən ibarətdir. Bu baxımdan məhkəmə hesab edir ki, müqavilə üzrə ödənişlərin edilibedilməməsi faktı müqavilənin qüvvədə olmasına təsir göstərmir və bu hal tullantıların daşınmasının icrasını təmin etmək öhdəliyini icraçı olan Hacıqabul Rayon Kommunal Təsərrüfatı İdarəsinin üzərindən aradan qaldırmır. Bundan başqa, iş materiallarında Hacıqabul Rayon Kommunal Təsərrüfatı İdarəsi tərəfindən müqaviləyə xitam verildiyini təsdiq edən hər hansı məhkəməyə təqdim edilmiş əsaslandırılmış yazılı sübut mövcud deyildir. Kommunal Təsərrüfatı İdarəsinin bu barədə istinad etdiyi yeganə sənəd Şəxs MMC-yə ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubdur. Lakin məhkəmə nəzərə alır ki, müqavilənin 6.2-ci bəndinə əsasən müqaviləyə xitam verilməsi yalnız tərəflərdən birinin digər tərəfi bu barədə yazılı şəkildə xəbərdar etməsindən 20 gün sonra mümkün hesab edilir. Bu baxımdan, yalnız xx.xx.2025-ci il tarixli məktub əsas götürüldükdə belə, müqavilə ən tez halda xx.xx.2026-cı il tarixində qüvvədən düşə bilərdi. Beləliklə, inzibati xəta hadisəsinin aşkar edildiyi xx.xx.2025-ci il tarixdə sözügedən müqavilə qüvvədə olmuş, tullantıların daşınması üzrə hüquqi münasibətlər davam etmiş və həmin münasibətlər çərçivəsində icra öhdəliyi Hacıqabul Rayon Kommunal Təsərrüfatı İdarəsinin üzərində qalmışdır. Yuxarıda göstərilən faktiki hallar onu göstərir ki, inzibati xəta hadisəsinin aşkar edildiyi tarixdə Şəxs MMC tərəfindən tullantıların daşınmasına dair qanunvericiliklə müəyyən edilmiş öhdəliklərin pozulması baş verməmiş, əksinə, tullantıların daşınması üzrə qüvvədə olan müqavilə münasibətləri mövcud olmuş və həmin öhdəliklərin icrası kommunal xidmət orqanının üzərinə düşmüşdür. Digər tərəfdən məhkəmə hesab edir ki, zibil tutumlarından kənardan tullantılarən qalaqlanması hüquqi şəxsin hansı vəzifəli şəxsi tərəfindən, eləcə də əməkdaşı tərəfindən törədilməsi bəlli deyildir. Protokol tərtib etmiş şəxs tərəfindən isə məhkəməyə təqdim edilmiş sübutlardan, o cümlədən fotoşəkillərdən bunu müəyyən etmək mümkün deyildir. Dolayısı ilə, hüquqi şəxsin əməlində İXM-nin 266.2-ci maddənin tərkib əlamətinin olması sübut olunmur. Göstərilənlərlə yanaşı, iş materiallarından göründüyü kimi, protokolda hüquqi şəəxsin adı düzgün qeyd edilməmişdir, belə olan halda protokolun rəsmi sənəd olaraq mötəbərliliyi özü-özlüyündə mübahisəlidir. Qeyd edilməlidir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 5.2-ci maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarının və azadlıqlarının dövlət orqanları, qurumları və vəzifəli şəxslər tərəfindən pozulmasının qarşısının alınmasını və onlara hörmət olunmasını təmin edir. Həmin Məcəllənin 266.2-ci maddəsinə əsasən tullantıların emalı yerlərinin müəyyənləşdirilməsi, layihələşdirilməsi, tikintisi, istifadəsi və ya ləğv edilməsi normalarının və qaydalarının pozulmasına görə vəzifəli şəxslər üç min beş yüz manatdan dörd min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər on min manatdan on beş min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 266.3-cü maddəsinə əsasən məişət tullantılarının tutumlardan (urnalardan) kənar yerlərə atılmasına görə fiziki şəxslər üç yüz manat məbləğində, vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər dörd min manat məbləğində cərimə edilir. Belə ki, qanunvericiliyin imperativ tələbinə görə inzibati xəta tərkibinin formalaşması üçün dörd element yəni, obyekt, obyektiv cəhət, subyekt, subyektiv cəhət mövcud olmalıdır. İXM-nin 3-cü maddəsində qeyd olunur ki, inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Bu elementlərin hər hansı birinin olmaması inzibati xətanın mövcudluğunu istisna edir. İnzibati xətanın obyektiv cəhəti tördilən (törədilmiş) inzibati xətanın xarici görünüşü yəni, hüquq normaları ilə nəzərdə tutulan və inzibati xətanın xarici görünüşünü xarakterizə edən elementlərin məcmusudur. Bu elementlərin hər hansı birinin olmaması inzibati xətanın mövcudluğunu istisna edir. Əməlin (hərəkət və ya hərəkətsizliyin) inzibati xəta hesab olunması üçün qanunvericiliklə müəyyən edilmiş dörd əlamətin hər biri mövcud olmalıdır, yəni həmin əməllə İXM-lə qorunan ictimai münasibətlərə qəsd edilməli, əməl hüquqazidd olmalı, təqsirli sayılmalı (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olmalıdır. Belə ki, iş materiallarının məhkəmə tərəfindən hərtərəfli, tam və obyektiv araşdırılması nəticəsində müəyyən olunmuşdur ki, inzibati xətanın mövcudluğuna dair təqdim edilmiş materiallar və sübutlar arasında ardıcıllıq, mənbəyə aidlik və sübutların qəti xarakter daşıması üçün tələb olunan hüquqi meyarlar tam şəkildə təmin olunmamışdır. Məhkəmə bu halların hər birini nəzərə alaraq hesab edir ki, təqsirliliyi təsdiq edən faktlar yalnız ehtimallara əsaslanır və inzibati məsuliyyət üçün zəruri olan “şübhəsiz sübutetmə” meyarını ödəmir. İnzibati xətanın obyektiv cəhətinin, yəni konkret şəxsin konkret hərəkətləri ilə sübuta yetirilməsi mümkün olmadığından inzibati xəta tərkibinin formalaşması üçün tələb olunan elementlər tam şəkildə mövcud deyil. Bütün göstərilənlər məhkəməyə iş üzrə icraatın davam etdirilməsinin hüquqi əsasının olmadığı qənaətinə gəlməyə imkan verir. Mövcud sübutların heç biri “Oba Market" Məhdud Məsuliyyətli Cəmiyyətinin inzibati xəta törətdiyini etibarlı şəkildə təsdiq etmir və sübut yükünün daşınması tələbi səlahiyyətli orqan tərəfindən icra olunmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilir. Həmin Məcəllənin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda iş üzrə icraata xitam verilir. Beləliklə məhkəmə hesab edir ki, təqsirliliyi sübuta yetirilmədiyindən Şəxs barəsində Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin müfəttişi Nümayəndə2 tərəfindən tərtib edilmiş 02 dekabr 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol üzrə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 2, 3, 53, 105.1, 114.2.1, 266.2 və 266.3-cümaddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

Şəxs barəsində Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin müfəttişi Nümayəndə2 tərəfindən tərtib edilmiş 02 dekabr 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli protokol üzrə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.2 və 262.3-cü maddələri başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan, qərarın surəti rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər.

Sədrlik edən: Günel Əkbərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar