Məhkəmə qərarları › İş №3(071)-365/2023

Hacıqabul Rayon Məhkəməsi Qərar — İş №3(071)-365/2023

13.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Hacıqabul rayonu İş № 3(071)-365/2023 13.11.2023 HACIQABUL RAYON MƏHKƏMƏSİ X1 Nazim oğlunun sədrliyi, Səlimova Günel Rauf qızının katibliyi ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.1986-cı il tarixdə Sabirabad rayonunun Talış kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, işləməyən, Hacıqabul rayonu Talış kəndində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə Hacıqabul rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyənetdi: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi ilə bağlı Hacıqabul rayon Polis Şöbəsində tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün Hacıqabul Rayon Məhkəməsinə göndərilmişdir. Materiala əlavə edilmiş xx.xx.2023-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, Şəxs bir ədəd “TOZ” markalı” 16 kalibrli, üzərində k 14839 nömrəsi olan tək lüləli ov silahını müvafiq icra hakimiyyəti orqanının icazəsi olmadan əldə edib saxlamışdır. xx.xx.2023-cü il tarixdə Hacıqabul rayon RPŞ-nin İTB-nin polis sahə rəisi polis mayoru Mübaşir Heybətov tərəfindən həmin silah Şəxs aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs inzibati xətanı törətməsini etiraf edərək izahatında bildirdi ki, həmin silah mərhum atasından qalmışdır. O silahın qanunsuz olaraq saxlanılmasını bilməmişdir. Törətdiyi əməldən peşmandır. Barəsində ədalətli qərar qəbul edilməsini xahiş etdi. İş materiallarında olan Hacıqabul RPŞ TB-nin təhqiqatçısı polis mayoru Heybətov Mübaşir Mikayıl oğlu tərəfindən HK-1/878 nömrəli material üzrə qəbul edilmiş xx.xx.2023cü il tarixli cinayət işinin başlamasının rədd edilməsi haqqında qərardan və həmin materiala əlavə edilmiş “Baxış keçirilməsi və götürmə aparılması haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, xx.xx.2023-cü il tarixdə saat 19 radələrində Hacıqabul rayonu, Talış kəndində yaşayan Şəxs sənədləri olmayan 1 ədəd tək lüləli, Toz markalı, 16 kalibirli, üzərində k 14839 nömrəli yazısı olan ov silahı aşkar edilərək götürülmüşdür. Toplanmış material üzrə Şəxs əməlində cinayət tərkibi olmadığından, cinayət işinin başlanması rədd edilmiş, onun barəsində İXM-in 590.2-ci maddəsi ilə tədbir görülməsi üçün qərarın surəti Hacıqabul RPŞ-nin İTB-yə göndərilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı tədqiq edilmiş sübutlarla müəyyən olundu ki, Şəxs 1 ədəd tək lüləli, Toz markalı, 16 kalibrli, üzərində k 14839 nömrəli yazısı olan ov silahını qanunsuz olaraq əldə etmiş və saxlamışdır. Şəxs həmin silahı saxlamaq üçün müvafiq icra hakimiyyətindən müvafiq icazəsi olmamışdır. Həmin ov silahı ondan aşkar edilərək götürülmüş və Hacıqabul Rayon Polis Şöbəsində saxlanılır. Azərbaycan Respublikası İXM-in 590.2-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanından xüsusi icazə almamış şəxslər tərəfindən mülki silahın və ya onun üçün döyüş sursatının əldə edilməsi, saxlanılması, daşınması, başqa şəxslərə verilməsi və ya satılmasına görə - silah və döyüş sursatı müsadirə edilməklə səksən manatdan yüz manatadək məbləğdə cərimə edilir. Beləliklə məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübuta yetirilir. Onun inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar mövcud deyildir. Azərbaycan Respublikası İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları müəyyən etmir. İnzibati tənbehin məqsədlərindən bəhs edilən Azərbaycan Respublikası İXM-in 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə hesab edir ki, Şəxs götürülmüş bir ədəd “TOZ” markalı” 16 kalibrli, üzərində k 14839 nömrəsi olan tək lüləli ov silahı müsadirə edilməklə Şəxs inzibati qaydada cərimə edilməlidir. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115, 128-130-cu maddərini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, Hacıqabul rayon Polis Şöbəsində saxlanılan - bir ədəd “TOZ” markalı” 16 kalibrli, üzərində k 14839 nömrəli yazısı olan tək lüləli ov silahı müsadirə edilməklə, ona 80 (səksən) manat cərimə tənbehi tətbiq edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Hacıqabul Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. X2

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar