Azərbaycan Respublikası adından QƏRAR Hacıqabul rayonu İş № 3(071)-375/2025 06.01.2026 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi, X2 iclas katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş Hacıqabul Rayon Polis Şöbəsinin (RPŞ) X1 (İTB) polis sahə rəisi X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1993-cü ildə Əli-Bayramlı rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, işsiz, ünvan 1 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXMnin) 442-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası DİN Hacıqabul Rayon Polis Şöbəsi tərəfindən tərtib edilmiş protokola və ona əlavə edilmiş materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 442-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Hacıqabul RPŞ-nin İTB-nin sahə rəisi X4 tərəfindən tərtib edilmiş 26 dekabr 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün aidiyyəti üzrə Hacıqabul Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokol və ona əlavə edilmiş materialdan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə Hacıqabul rayonu “Endi” marketin qarşısında istehsalı və ya satılması qadağan olunmuş malların, yəni pirotüxniki məhsulların satılması ilə məşğul olmuşdur. Nəticədə, Şəxs Azərbaycan Respublikası İXM-nin 442-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Şəxs protokolla tanış olaraq imzalamışdır. Məhkəmə iclasında iştirak edən Hacıqabul RPŞ-nin İTB-nin sahə rəisi X4 protokolu müdafiə edərək izahatında bildirmişdir ki, tərəflərindən keçirilmiş yoxlama zamanı Şəxs xx.xx.2025-ci il tarixdə Hacıqabul rayonu “Endi” marketin qarşısında istehsalı və ya satılması qadağan olunmuş pirotexniki malların satılması ilə məşğul olduğu müəyyən edilmişdir. Bundan sonra Şəxs Şöbəyə gətirilərək izahatı alınmış və barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Göstərilənlərə əsasən, o, Şəxs Azərbaycan Respublikası İXM-nin 442-ci maddəsi ilə təqsirli bilinməsini və ona müvafiq maddənin sanksiyasında nəzərdə tutulmuş həddə inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati iş üzrə icraat aparılan şəxs Şəxs izahatında törətdiyi əməli etiraf edərək verilmiş suallara cavab olaraq bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə Hacıqabul rayonu ərazisində yerləşən “Endi” marketin yaxınlığında özünə məxsus olan müxtəlif növ pirotexniki vasitələri satış məqsədilə piştaxtaya düzmüşdür. Belə ki, o, həmin pirotexniki vasitələri marketin qarşısında satış məqsədilə çeşidləyərək düzmüş və müxtəlif qiymətlərlə satmışdır. Bir neçə saat həmin yerdə satışı həyata keçirdikdən sonra onun bu əməli polis əməkdaşları tərəfindən aşkar olunmuş və onu Hacıqabul RPŞ-yə dəvət etmişlər. O, aşkar edilmiş pirotexniki vasitələri Bakı şəhərində əvvəllər tanımadığı şəxsdən əldə etmişdir. Hazırda əməlindən peşman olduğunu bildirərək törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş yüngül tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını, inzibati xəta haqqında materialları araşdırıb hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 442-ci maddəsi ilə təqsirli bilinməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş xx.xx.2025ci il tarixli raportdan müəyyən edilir ki, xx.xx.2025-ci il tarixdə saat 14 radələrində Hacıqabul rayonu ərazisində DİN-in BİTİ-nin əməkdaşları ilə birlikdə reydlər keçirən zaman rayon ərazisində Hacıqabul-Şirvan yolunun kənarında yerləşən “Endi” marketin qarşısında bir nəfər şəxsin mülki dövriyyəsi məhdudlaşdırılmış pirotexniki vasitələrin satışı ilə məşğul olması aşkar olunmuşdur. Həmin şəxsin Hacıqabul rayonu Qarasu kəndində yaşayan xx.xx.1993-cü il təvəllüdlü Şəxs olması müəyyən edilmişdir. İş materiallarında olan 01 ədəd DVD diskdəki videogörüntüdən müəyyən edilir ki, Hacıqabul rayonu ərazisində yerləşən “Endi” marketin yaxınlığında Şəxs özünə məxsus olan xeyli miqdarda müxtəlif növ pirotexniki vasitələri satış məqsədilə piştaxta üzərində çeşidləyərək düzmüş və həmin pirotexniki vasitələri müxtəlif qiymətlərlə satmışdır. İş materiallarında olan Şəxs Hacıqabul Rayon Polis Şöbəsinə verdiyi xx.xx.2025-ci il tarixli izahatından müəyyən edilir ki, Şəxs ifadəsində törətdiyi əməli etiraf etmiş və müxtəlif növ pirotexniki vasitələri Hacıqabul rayonunda “Endi” marketin yaxınlığında satış məqsədilə saxladığını bildirmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN Hacıqabul Rayon Polis Şöbəsinin rəisi Anar Xəlilov tərəfindən təsdiq edilmiş xx.xx.2025-ci il tarixli məktubdan müəyyən edilmişdir ki, xx.xx.2025-ci il tarixdə DİN-in BİTİ-nin və Hacıqabul Rayon Polis Şöbəsinin İTB-nin əməkdaşları tərəfindən aparılmış profilaktik tədbirlər nəticəsində Hacıqabul rayonu Qarasu kəndində yaşayan xx.xx.1993-cü il təvəllüdlü Şəxs Hacıqabul şəhəri ərazisində Hacıqabul-Şirvan yolunun kənarında yerləşən “Endi” marketin qarşısında 19 ədəd “Petarda P750” markalı, 19 ədəd “Mamba-2” markalı, 28 ədəd “P23” markalı, 35 ədəd “Crazy Robots” markalı, 30 ədəd “TP-1500” markalı, 33 ədəd “Dinamit” markalı, 17 ədəd “Explosive” markalı, 606 ədəd “kiçik partlayıcı”, 3 ədəd “MK-5000” markalı, 16 ədəd, 5 qutu “Rick Best” markalı, 42 ədəd “Roman Candle” markalı, 77 ədəd “Magical Shots” markalı, 2 ədəd “Shots Buster” markalı, 47 ədəd “Sterminator” markalı, 36 ədəd “Red Stars” markalı, 6 blok içərisində 60 ədəd qutuda olmaqla, ümumilikdə 60 ədəd “Petards” markalı pirotexniki vasitələr satması müəyyən edilmişdir. Göstərilən pirotexniki vasitələr maddi sübut kimi götürülmüşdür. Məhkəmə qeyd edir ki, “Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların siyahısı haqqında” xx.xx.2003-cü il tarixli Qanuna əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların siyahısının 9-cu bəndində partlayıcı maddələr və qurğular, tez alışan maddələr və pirotexniki məmulatlar qeyd edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 136.3-cü maddəsinə görə yalnız dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və ya dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən əşyalar (mülki dövriyyəsi məhdudlaşdırılmış əşyalar) qanunla müəyyənləşdirilmiş qaydada təyin edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 442-ci maddəsinə görə istehsalı və ya satılması qadağan olunmuş malların istehsalına və ya satılmasına, yaxud qadağan olunmuş işlərin (xidmətlərin) yerinə yetirilməsinə (göstərilməsinə) görə inzibati xətanın bilavasitə obyekti olmuş mallar müsadirə edilməklə, fiziki şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min altı yüz əlli manatdan iki min iki yüz manatadək məbləğdə, hüquqi şəxslər dörd min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs istinad edilən və inzibati məsuliyyətə səbəb olan əmələ inzibati xətalar qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə araşdırmalarında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir. Sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu Şəxs istinad edilən inzibati məsuliyyətə səbəb olan əmələ qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunu tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 442-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirliliyi inzibati xəta haqqında protokol, özünün etirafedici izahatı, habelə iş materiallarında olan digər sübutlarla tam sübuta yetirilmiş və onun əməli düzgün olaraq İXM-in 442-ci maddəsi ilə tövsif edilmişdir. Onun hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar yoxdur, inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Odur ki, təqsiri tam sübuta yetirildiyinə görə inzibati məsuliyyətinə cəlb edilməli və tənbeh edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edərkən xətanın xarakteri, inzibati xəta törədən səxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmədə inzibati xəta törətmiş şəxs Şəxs əməlindən səmimi peşman olmasını onun məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmədə inzibati xəta törətmiş şəxs Şəxs əməlində İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsində nəzərdə tutulmuş məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. Həmçinin, məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası İXM-in 26.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxsin xüsusi mülkiyyətində olan, inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş hallarda həmin predmetin məcburi qaydada və ödənişsiz dövlətin mülkiyyətinə keçməsindən ibarətdir. Həmin Məcəllənin 26.2-ci maddəsinə görə inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi yalnız hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 151.1 və 151.2-ci maddələrinə əsasən inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi haqqında qərar müsadirə edilmiş predmetin alınması və ödənişsiz, məcburi olaraq, dövlət mülkiyyətinə verilməsi yolu ilə icra edilir. Predmetin müsadirəsi haqqında qərarın icrası başa çatdıqda, bu barədə müvafiq qeyd aparılmaqla həmin qərar onu qəbul etmiş hakimə qaytarılır. Məhkəmə, Şəxs törətdiyi inzibati xətanın xarakterini və onun törədilməsi hallarını, onun əvvəllər analoji xətaya görə inzibati məsuliyyətə cəlb edilməməsini, əməlindən səmimi peşman olmasını, eyni zamanda əməlində ağırlaşdırıcı halın olmamasını nəzərə alaraq hesab edir ki, onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 442-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın bilavasitə obyekti olmuş predmet müsadirə edilməklə inzibati cərimə tənbeh tədbiri tətbiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 442-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta əməlini törətməkdə təqsirli bilinsin və ondan aşkar edilərək götürülmüş və hazırda Hacıqabul RPŞ-də saxlanılan 19 ədəd “Petarda P750” markalı, 19 ədəd “Mamba-2” markalı, 28 ədəd “P23” markalı, 35 ədəd “Crazy Robots” markalı, 30 ədəd “TP-1500” markalı, 33 ədəd “Dinamit” markalı, 17 ədəd “Explosive” markalı, 606 ədəd “kiçik partlayıcı”, 3 ədəd “MK-5000” markalı, 16 ədəd, 5 qutu “Rick Best” markalı, 42 ədəd “Roman Candle” markalı, 77 ədəd “Magical Shots” markalı, 2 ədəd “Shots Buster” markalı, 47 ədəd “Sterminator” markalı, 36 ədəd “Red Stars” markalı, 6 blok içərisində 60 ədəd qutuda olmaqla, ümumilikdə 60 ədəd “Petards” markalı pirotexniki vasitələr müsadirə edilməklə barəsində 350 (üç yüz əlli) manat cərimə təyin edilsin. Qərarın icrası Hacıqabul rayon İcra və probasiya şöbəsinə və Hacıqabul rayon Polis şöbəsinə həvalə edilsin Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Hacıqabul Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Günel Əkbərli
Məhkəmə qərarları › İş №3(071)-375/2025
Hacıqabul Rayon Məhkəməsi Qərar — İş №3(071)-375/2025
06.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver