Məhkəmə qərarları › İş №3(071)-379/2021

Hacıqabul Rayon Məhkəməsi Qərar — İş №3(071)-379/2021

03.11.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Hacıqabul rayonu İş № 3(071)-379/2021 03.11.2021 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hacıqabul rayon Məhkəməsinin hakimi və sədri vəzifəsini müvəqqəti icra edən Hacıyev Vahid Məcid oğlunun sədrliyi, katib Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, Barəsində inzibati icraat aparılan şəxs Şəxs və zərərçəkmiş Zərərçəkmiş şəxs, protokolu tərtib etmiş Hacıqabul rayon Polis Şöbəsi İTB-nin polis sahə rəisi polis mayoru X1 iştirakı ilə, xx.xx.1989-cu ildə Əli-Bayramlı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, himayəsində 2 azyaşlıuşağı olan, Hacıqabul şəhəri ünvan 1 ünvanda qeydiyyatda olan və yaşayan - Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə Hacıqabul rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs 25.10.2021-ci il tarixdə saat 11:30 radələrində yaşadıqları Hacıqabul şəhəri ünvan 1 ünvanda şəxsi münasibətlərin pozulması zəmnində arvadı Zərərçəkmiş şəxs fiziki zor tətbiq edərək, sağlamlığa zərər vurmayan bədən xəsarəti yetirərək döymüşdür. Bununla da, Şəxs Azərbaycan Respublikası İXM-in 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun barəsində Hacıqabul rayon Polis Şöbəsi tərəfindən 03.11.2021-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuş və inzibati xəta haqqında işin aidiyyəti üzrə məhkəməyə göndərilməsi barədə 03.11.2021-ci il tarixli qərardad qəbul edilmişdir. Barəsində inzibati xətalar haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında Azərbaycan Respublikası İXM-in 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsini etiraf etdi və izahatında bildirdi ki, 25.10.2021-ci il tarixdə arvadı Cəfərova X2 şəhər 1 saylı Orta məktəbdə uşaqlarının dərsədən çıxmasını gözləyərkən, oradakı qadın valideynlərin ucadan danışmalarını Zərərçəkmiş şəxs zəng etməklə irad tutmuş, bundan sonra sakitlik olmuşdur. Evə gələndə Zərərçəkmiş şəxs ona zəng etməsini irad tutmuş və onunla mübahisə etməyə başlamışdır. O, mübahisədən qaçmağa çalışsa da, arvadı onu davaya təhrik etmişdir. Bu səbəbdən o, arvadına sillə vurmuşdur. Axşam vaxtı saat 21:00 radələrində qaynatası və qaynanası onların evinə gələrək, Rəqsanəni öz evlərinə aparmaq istəmişlər. O, ailəsinin evdən getməsinə razı olmamışdır. Bundan sonra qaynatası polisə zəng edərək şikayət etmişdir. Polis əməkdaşları gələndən sonra o, Rəqsanənin valideynləri ilə getməsinə etiraz etməmişdir. Hazırda o, ailəsinin dağılmasını istəmir. Rəqsanə onun əsəbi olduğuunu bilir və onu döyməyə təhrik etmişdir. Törətdiyi əməldən peşman olmuşdur. Zərərçəkmiş Zərərçəkmiş şəxs məhkəmə iclasında izahatında bildirdi ki, o, 25.10.2021-ci il tarixdə Hacıqabul şəhər 1 saylı Orta məktəbdə uşaqlarının dərsədən çıxmasını gözləyərkən, oradakı qadın valideynlərin ucadan danışırdılar. Əri Şəxs ona zəng edərək, qadıınların ucadan danışmalarını ona irad tutmuş, bundan sonra sakitlik olmuşdur. Evə gəldikdən sonra o, Şəxs bunu irad tutmuşdur. Bu səbəbdən aralarında mübahisə yaranmış və Şəxs onu döymüşdür. Axşam valideynləri gəlib onu öz evlərinə aparmışlar. Hazıırda Şəxs ilə barışmamışdır. Şəxs cəzalanmasını istəyir. Protokol tərtib etmiş Hacıqabul rayon Polis Şöbəsi İTB-nin polis sahə rəisi polis mayoru X3 məhkəmə iclasında protokolu müdafiə etdi və bildirdi ki, Hacıqabul rayon Polis Şöbəsinin 29.10.2021-ci il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərarına əsasən Şəxs 25.10.2021-ci il tarixdə saat 11:30 radələrində yaşadıqları Hacıqabul şəhəri ünvan 1 ünvanda şəxsi münasibətlərin pozulması zəmnində arvadı Zərərçəkmiş şəxs fiziki zor tətbiq edərək, sağlamlığa zərər vurmayan bədən xəsarəti yetirərək döymüşdür. Bu səbəbdən Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 03.11.2021-ci il tarixli inzibati xəta haqqında protokol tərtib etmiş və baxılması üçün məhkəməyə göndərilmişdir. Hacıqabul rayon Polis Şöbəsinin TB-nin baş təhqiqatçısı polis mayoru Natiq Ağayevin 29.10.2021-ci il tarixli qərarı ilə toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Həmin qərara əsasən Şəxs 25.10.2021-ci il tarixdə saat 11:30 radələrində yaşadıqları Hacıqabul şəhəri ünvan 1 ünvanda şəxsi münasibətlərin pozulması zəmnində arvadı Zərərçəkmiş şəxs fiziki zor tətbiq edərək, sağlamlığa zərər vurmayan bədən xəsarəti yetirərək döyməsi müəyyən edilmişdir. Səhiyyə Nazirliyi Məhkəmə-tibbi ekspertiza və patoloji anatomiya birliyi publik hüquqi şəxsin 29.10.2021-ci il tarixli 367 nömrəli ekspert rəyinə əsasən xx.xx.1990-cı il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı aşkar olunmuş xəsarəti – sağ gözün alt hissəsinin qançırı. Sağ gözün bayır bucağı nahiyyəsinin qançırı. Burun yəhəri üzərinin qançırı. Boyun nahiyyəsinin sol yan hissəsinin qançırı. Döş qəfəsinin arxa səthinin qançırı. Yuxarıda qeyd olunan xəsarətlər küt əşyanın (əşyaların) təsirindən əmələ gəlməklə, müxtəlif şəraitlərdə, eyni zamanda müayinə olunanın göstərdiyi şəraitdə yəni, kənar şəxs tərəfindən vurulması zamanı əmələ gələ bilər. Müddəti müayinədən 3-4 gün əvvələ uyğundur. Qeyd olunan xəsarətlər sağlamlığa zərər vurmayan xəsarətlər olduğu üçün dərəcəsi təyin edilmir. İXM-in 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirmə inzibati xəta kimi müəyyən edilmişdir. Həmin xətaya görə inzibati cərimə və ya inzibati həbs nəzərdə tutulmuşdur. Şəxs həmin inzibati xətanı törətməsi barəsində tərtib olunmuş yuxarıda qeyd edilən protokol, özünün məhkəmə iclasında verdiyi ifadəsi, zərərçəkmişin ifadəsi, ekspert rəyi, cinayət işinin başlanması rədd edilməsi haqqında qərarla tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Belə ki, inzibati tənbehin məqsədlərindən bəhs edilən İXM-in 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə hesab edir ki, iş üzrə inzibati xəta törətmiş şəxsə törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə inzibati tənbeh verilməsilə inzibati tənbehin məqsədlərinə nail oluna bilər, ona görə də həmin növündə inzibati tənbeh verilməsini məqsədə müvafiq hesab edir. Həmçinin məhkəmə inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, himayəsində iki azyaşlı uşağı olmasını, inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığını, zərər çəkmiş şəxslə barışmağa cəhd etməsini nəzərə alaraq, inzibati cərimənin məbləğini müəyyən edir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 300 (üç yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Hacıqabul rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Vahid Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar