Məhkəmə qərarları › İş №3(071)-38/2025

Hacıqabul Rayon Məhkəməsi Qərar — İş №3(071)-38/2025

14.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Hacıqabul rayonu İş № 3(071)-38/2025 14.01.2025 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Orxan Telman oğlunun sədrliyi, Eynullayev Muxtar Mehman oğlunun katibliyi ilə, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə qəbul edilmiş Hacıqabul Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 3(071)-10/2025 nömrəli inzibati xəta haqqında iş üzrə qərarının icrasına xitam verilməsinə dair X2 tərəfindən verilmiş vəsatətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Hacıqabul Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 3(071)-10/2025 inzibati xəta haqqında iş üzrə qərarına əsasən X2 DİN Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, İXP seriyalı, ******* nömrəli protokol üzrə Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək onun nəqliyyat vasitələrini idarə etmə hüququ 06 (altı) ay müddətinə məhdudlaşdırılmışdır. xx.xx.2025-ci il tarixdə X2 məhkəməyə ərizə ilə müraciət edərək barəsində olan cəriməni tam ödədiyini ona görə də nəqliyyat vasitələrini idarə etmə hüququnun 06 (altı) ay müddətə məhdudlaşdırılmasına dair Hacıqabul Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 3(071)-10/2025 nömrəli inzibati xəta haqqında iş üzrə qərarının icrasına xitam verilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, Hacıqabul Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 3(071)-10/2025 nömrəli inzibati xəta haqqında iş üzrə qərarının icrasına xitam verilməlidir. Belə ki, iş materiallarına əsasən müəyyən edilmişdir ki, X1 nəqliyyat vasitələrini idarə etmə hüququnun 06 (altı) ay müddətə məhdudlaşdırılmasına səbəb xx.xx.2024-cü il tarixli, EQ seriyalı, 21643753 nömrəli inzibati tənbeh vermə haqqında qərarın qüvvəyə mindiyi gündən 3 ay müddətinə icra etməməsi olmuşdur. İş materiallarında olan hökumət ödəniş portalından çıxarışdan görünür ki, X2 tərəfindən xx.xx.2024-cü il tarixli, EQ seriyalı, 21643753 nömrəli inzibati tənbeh vermə haqqında qərar üzrə təyin edilmiş cərimə borcu tam ödənilmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsinə əsasən yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların, yaxud bu Məcəllənin 353.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən barəsində yol hərəkəti qaydaları əleyhinə olan inzibati xəta, yaxud bu Məcəllənin 353.2-ci maddəsində nəzərdə tutulan inzibati xəta törətməyə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın icra edilməməsinə görə nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılmasına dair qərar çıxarılmış şəxs inzibati cəriməni və müvafiq olaraq hesablanmış dəbbə pulunu ödədikdə, bu qərara onu qəbul etmiş məhkəmə tərəfindən həmin şəxsin vəsatəti əsasında xitam verilir. Həmin Məcəllənin 11-ci maddəsinə görə Azərbaycan Respublikasında inzibati xətalar haqqında işlər üzrə icraatın aparılması, inzibati xətalar haqqında işlər üzrə qərarların qəbul və icra edilməsi həmin vaxtda qüvvədə olan Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinə uyğun olaraq həyata keçirilir. İnzibati xətalara görə məsuliyyəti yüngülləşdirən və ya onu aradan qaldıran normativ hüquqi aktların geriyə qüvvəsi vardır, yəni həmin aktlar onların qüvvəyə mindiyi vaxtadək törədilmiş, həmçinin inzibati tənbeh tətbiq etmə haqqında qərarı tam icra olunmamış xətalara da şamil edilir. İnzibati xətalara görə məsuliyyət müəyyən edən və ya məsuliyyəti gücləndirən normativ hüquqi aktların geriyə qüvvəsi yoxdur. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Beləliklə, məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X1 vəsatəti təmin edilməli və Hacıqabul Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 3(071)-10/2025 nömrəli inzibati xəta haqqında iş üzrə qərarının icrasına İXM-in 152.5-ci maddəsinə əsasən xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-52, 118, 145 və 152-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Vəsatət təmin edilsin. X1 nəqliyyat vasitələrini idarə etmə hüququnun 06 (altı) ay müddətə məhdudlaşdırılmasına dair Hacıqabul Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 3(071)- 10/2025 nömrəli inzibati xəta haqqında iş üzrə qərarının icrasına xitam verilsin. Qərardadın icrası Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Orxan Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar