Azərbaycan Respublikası adından QƏRAR Hacıqabul rayonu İş № 3(071)-380/2022 04.08.2022 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hacıqabul rayon Məhkəməsinin hakimi və sədri vəzifəsini müvəqqəti icra edən Bağırov Nurəddin Abuzər oğlunun sədrliyi, katib Zeynalov Ələkbər Şakir oğlunun katibliyi ilə, Barəsində inzibati icraat aparılan şəxs Şəxs, protokolu tərtib etmiş Hacıqabul rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi Rasim Hüseynovun iştirakı ilə, xx.xx.2003-cü ildə Hacıqabul rayonu Nəvahi kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, Hacıqabul rayonu Nəvahi kəndində daimi qeydiyyatda olmaqla yaşayan - Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1, 510 və 535.1-ci maddələri ilə Hacıqabul rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs xx.xx.2022-ci il tarixdə Hacıqabul rayon Nəvahi kəndində yerləşən “Göbələk” restoranın qarşısında dayanmış Türkiyə Respublikasının vətəndaşları olan X5 və X1 məxsus yük avtomaşınlarının təkərlərini bıçaqla deşərək, zərərçəkənlər X4 300 manat, X1 800 manat olmaqla, ümumilikdə 1.100 (min yüz) manat maddi zərər vuraraq, onların ünvanına nalayiq ifadələr işlədərək, ətrafdakı insanların narahatçılığına səbəb olmaqla, xırda xuliqanlıq etmişdir. Bu zaman onu intizama dəvət edən, polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamış və öz hərəkətlərini davam etdirmişdir. Hacıqabul rayon Polis şöbəsinin İTB-nin sahə rəisi, polis mayoru R.Hüseynov tərəfindən xx.xx.2022-ci il tarixli MN ******* nömrəli inzibati qaydada tutma haqqında protokol tərtib olunmuş və Şəxs xx.xx.2022-ci il tarixdə saat 14:00-da inzibati qaydada tutulmuşdur. Hacıqabul RPŞ TB-nin baş təhqiqatçısı polis kapitanı X6 xx.xx.2022-ci il tarixdə toplanmış HK-1/781 və HK-1/782 nömrəli materiallar üzrə cinayət işinin başlamasının rədd edilməsi haqqında qərar qəbul etmişdir. Şəxs əməli Azərbaycan Respublikası İXM-nin 232-1, 510 və 535.1-ci maddələri ilə qiymətləndirilmiş və barəsində inzibati icraat açılması üçün qərarın surəti Hacıqabul RPŞ İTB-yə göndərilmişdir. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1, 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətmişdir. Onun barəsində Hacıqabul RPŞ TB-nin baş təhqiqatçısı polis kapitanı X2 HK-1/781 və HK-1/782 nömrəli materiallar üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli cinayət işinin başlamasının rədd edilməsi haqqında qərara əsasən xx.xx.2022-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmiş və inzibati xəta haqqında işin aidiyyəti üzrə məhkəməyə göndərilməsi barədə xx.xx.2022-ci il tarixli qərardad qəbul edilmişdir. Məhkəmə iclasında iştirak edən Hacıqabul rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi Rasim Hüseynov tərtib etdiyi inzibati xəta haqqında protokolu müdafiə etdi və Şəxs barəsində qanuna uyğun tədbir görülməsini məhkəmədən xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsini etiraf etmədi, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsini etiraf etdi və izahatında bildirdi ki, o, Hacıqabul rayonu Nəvahi kəndində yaşayır. Həmin kəndə yerləşən “Göbələk” restoranında işləyir. xx.xx.2022-ci il tarixdə restoranın qarşısında dayanmış yük maşınlarını oradan çıxarmaq istəsə də, sürücülərini axtarıb tapmamışdır. Bundan əsəbləşərək onların ünvanına nalayiq ifadələr işlətmiş, ətrafdakı insanların narahatçılığına səbəb olmuşdur. Bu zaman onu intizama dəvət edən, polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamış və öz hərəkətlərini davam etdirmişdir. Əməlindən peşman olmuşdur. Hər iki yük avtomobilin tərərləri cırılsa da, onun bundan xəbəri yoxdur. O, təkərləri deşməmişdir. Onun barəsində ədalətli qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında izahatı elan edilmiş şahid X8 ifadəsindən göstərmişdir ki, o, İbrahimlə birlikdə yan-yana saxlanılmış TİR avtomobillərinin ortalarına girərək, TİR avtomobillərinin qapısını, pəncərəsini döyməyə başlamışdır. Lakin sürücülər avtomobilin içərisində olmamışlar. O, İbrahimə bu barədə bildirmiş, İbrahim həmin vaxtı əlində olan və kafedə limon kəsmək üçün istifadə etdikləri qırmızı rəngli tutacaqlı bıçaqla həmin avtomobillərin təkərlərini deşmişdir. Avtomobilin təkəri boşalmışdır. ünvan 1 ünvanda X3 satışı mağazasının müdiri Rafiq Rəsulov tərəfindən verilmiş məktubdan görünür ki, 315/70R22.5 ölçülü yeni “Hankook” markalı avtomobil təkərinin bazar qiyməti 800 manat və 385/65R22.5 ölçülü işlənmiş “Matador” Markalı avtomobil təkərinin bazar qiyməti 300 manatdır. Azərbaycan Respublikası İXM-in 232-1-ci maddəsinə əsasən özgənin əmlakını qəsdən məhv etməyə və ya zədələməyə görə, bu az miqdarda ziyan vurduqda - inzibati xəta nəticəsində vurulmuş ziyanın bir mislindən iki mislinədək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İXM-in 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Şəxs Azərbaycan Respublikası İXM-in 232-1, 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməsi onun barəsində tərtib olunmuş yuxarıda qeyd edilən inzibati xəta haqqında protokol, protokolu tərtib etmiş şəxsin, cinayət işinin başlanması rədd edilməsi haqqında qərarla tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Azərbaycan Respublikası İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İnzibati tənbehin məqsədlərindən bəhs edilən Azərbaycan Respublikası İXM-in 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-in 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Azərbaycan Respublikası İXM-in 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə hesab edir ki, iş üzrə inzibati xəta törətmiş şəxsə törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə inzibati tənbeh verilməsilə inzibati tənbehin məqsədlərinə nail oluna bilər, ona görə də həmin növündə inzibati tənbeh verilməsini məqsədə müvafiq hesab edir. Həmçinin məhkəmə inzibati xəta törətmiş şəxsin şəxsiyyətini nəzərə alaraq, inzibati həbsin müddətini müəyyən edir. Məhkəmə qeyd edir ki, Şəxs vurulmuş zərərin əvəzi olaraq 300 manat pul tutularaq X4, 800 manat tutularaq X1 ödənilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48- 51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1, 510 və 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 01 (bir) ay müddətinə inzibati həbs edilsin. Həbs etmənin əvvəli xx.xx.2022-ci il tarixdən saat 14:00-dan hesablansın. Qərar dərhal icra edilsin. Şəxs inzibati həbsin icrası yerinə çatdırılması Hacıqabul rayon Polis Şöbəsinə həvalə edilsin. Şəxs vurulmuş zərərin əvəzi olaraq 300 (üç yüz) manat pul tutularaq X4, 800 (səkkiz yüz) manat tutularaq X1 ödənilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Hacıqabul Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hacıqabul rayon Məhkəməsinin hakimi və sədri vəzifəsini müvəqqəti icra edən: Nurəddin Bağırov
Məhkəmə qərarları › İş №3(071)-380/2022
Hacıqabul Rayon Məhkəməsi Qərar — İş №3(071)-380/2022
04.08.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver