Azərbaycan Respublikası adından QƏRAR Hacıqabul rayonu İş № 3(071)-380/2023 13.11.2023 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Orxan Telman oğlunun sədrliyi, Eynullayev Muxtar Mehman oğlunun katibliyi ilə, İnzibati xəta haqqında protokolu tərtib etmiş X3, barəsində inzibati icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1983-cü il tarixdə Hacıqabul şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə Hacıqabul rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyənetdi: Şəxs Azərbaycan Respublikası İXM-in 227-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi ilə bağlı Hacıqabul rayon Polis Şöbəsində tərtib olunmuş inzibati xəta haqqında protokollar və ona əlavə edilmiş sənədlər baxılması üçün 13 noyabr 2023-cü il tarixdə Hacıqabul rayon Məhkəməsinə göndərilmişdir. Materiala əlavə edilmiş 12 noyabr 2023-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs xx.xx.2023-cü il tarixdə Hacıqabul şəhəri, D.Ağamalıyev küçəsi ev 19-da yaşayan X1 həyətində olan nar və heyva ağaclarından ümumi dəyəri 50 manat olan 50 kq meyvələri oğurlamışdır. Materiala əlavə edilmiş 12 noyabr 2023-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs xx.xx.2023-cü il tarixdə Hacıqabul şəhəri, İ.Məmmədov küçəsi ev 56-da yaşayan X4 məxsus ümumi dəyəri 45 manat olan 1 ədəd 40 litrlik su qabı, 1 ədəd dəmir qazan və 10 metr elektrik naqilini oğurlamışdır. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş X7 çıxış edərək bildirdi ki, Şəxs xx.xx.2023-cü il tarixdə Hacıqabul şəhəri, D.Ağamalıyev küçəsi ev 19-da yaşayan X1 həyətində olan nar və heyva ağaclarından ümumi dəyəri 50 manat olan 50 kq meyvələri və xx.xx.2023-cü il tarixdə Hacıqabul şəhəri, İ.Məmmədov küçəsi ev 56-da yaşayan X4 məxsus ümumi dəyəri 45 manat olan 1 ədəd 40 litrlik su qabı, 1 ədəd dəmir qazan və 10 metr elektrik naqilini oğurlamışdır. Onun əməlində cinayət tərkibi olmadığından, hər iki fakt üzrə cinayət işinin başlanması rədd edilmiş, lakin Şəxs tərəfindən törədilmiş əməldə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində 227ci maddəsində nəzərdə tutulan xırda talama inzibati xətasının təkibi yarandığından, onun barəsində müvafiq protokol tərtib edilərək məhkəməyə təqdim edilmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs məhkəmə iclasında ona isnad olunan əməl üzrə özünü təqsirli bilərək izahatında göstərdi ki, inzibati xəta haqqında protokolda qeyd olunan əməli törətmişdir. Əməlinə görə peşmançılıq çəkir və bir daha belə əməllər törətməyəcəyinə söz verir. Əlavə olaraq bildirir ki, zərərçəkmiş şəxslərə dəymiş zərəri tam olaraq ödəmiş və onlarla barışmışdır. Qərar qəbul edərkən bu halın nəzərə alınmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada xəbərdar olunmasına baxmayaraq iş üzrə zərərçəkmiş şəxslər X2 və X5 məhkəmə iclasına gəlməmişlər, lakin məhkəməyə ərizə ünvanlayaraq onlara dəymiş ziyanın ödənilməsini və barəsində inzibati icraat aparılan şəxs Şəxs ilə barışdıqlarını bildirmişlər. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixli qərarlardan görünür ki, Şəxs əməlində cinayət tərkibi olmadığından, toplanmış materiallar üzrə cinayət işinin başlanılması rədd edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə - yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin etirafedici izahatı eləcə də inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. İş materiallarına əlavə edilmiş zərər çəkmiş şəxslər X2 və X5 tərəfindən məhkəməyə ünvanlanmış ərizələrdən görünür ki, barəsində inzibati icraat aparılan şəxs Şəxs onlara dəymiş zərəri tam şəkildə ödəmişdir, onların həmin şəxsə qarşı heç bir şikayət və tələbləri yoxdur. İnzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edirlər. Azərbaycan Respublikası İXM-in 39.2-ci maddəsinə əsasən bu Məcəllənin 227, 232- 1-ci və 351-1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərər çəkmiş şəxslə barışdıqda inzibati iş üzrə icraata xitam verilir. İşin təsvir edilmiş hallarını və onlara tətbiq ediləcək qanunvericilik normalarının tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs zərər çəkmiş şəxslərə dəymiş zərəri tam şəkildə ödəyərək, onlarla barışdığından, İXM-in 39.2-ci maddəsinə əsasən o, inzibati məsuliyyətdən azad edilməli və barəsində aparılan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsaslanaraq və İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və 130.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmiş Şəxs zərər çəkmiş şəxslərə dəymiş zərəri tam şəkildə ödəyərək, onlarla barışdığından həmin Məcəllənin 39.2-ci maddəsinə əsasən inzibati məsuliyyətdən azad edilsin və barəsində aparılan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Hacıqabul rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Orxan Bayramov
Məhkəmə qərarları › İş №3(071)-380/2023
Hacıqabul Rayon Məhkəməsi Qərar — İş №3(071)-380/2023
13.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver