Azərbaycan Respublikası adından QƏRAR Hacıqabul rayonu İş № 3(071)-382/2021 24.11.2021 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hacıqabul rayon Məhkəməsinin hakimi və sədri vəzifəsini müvəqqəti icra edən Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, Azərbaycan Respublikasının Dövlət X3 Regional Reklam İdarəsinin nümayəndəsi X1 iştirakı ilə, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsi ilə Azərbaycan Respublikasının Dövlət X3 Regional Reklam İdarəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Dövlət X3 Regional Reklam idarəsinin rəisi E.Hüseynov tərəfindən 27.10.2021-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilir ki, Şəxs 05.09.2020-ci il tarixdən 27.10.2021-ci il tarixə kimi Hacıqabul rayonu Bakı-Ələt-Qazax yolu üzərində yerləşən 1 ədəd reklam lövhəsi üzərində “Nəvahi restoranı” mövzusunda müvafiq icazə sənədi olmadan açıq məkanda qanunsuz reklam yayımlamışdır. Azərbaycan Respublikasının Dövlət X3 Regional Reklam İdarəsinin nümayəndəsi X2 məhkəmə iclasında protokolu müdafiə etdit və izahatında bildirdi ki, Şəxs reklam yerləşdirməyə icazə sənədi olsa da, icazənin müddəti bitmişdir. 05.09.2020-ci il tarixdən sonra müraciət olunsa da, Şəxs yeni icazə alınması üçün X4 İdarəsinə gəlməmişdir. Bu səbəbdən Şəxs barəsində Azərbaycan Respublikasının Dövlət X3 Regional Reklam idarəsinin rəisi E.Hüseynov tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsi ilə 27.10.2021-ci il tarixli MN ******* nömrəli inzibati protokol tərtib edilmiş və baxılması üçün məhkəməyə göndərilmişdir. Şəxs məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişi göndərilsə də, o, məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə İnzibati Xətalar Məcəlləsinin 112.1.4-cü maddəsinin tələbinə uyğun olaraq Şəxs iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə protokol tərtib etmiş şəxsin nümayəndəsinin izahatını dinləyib, inzibati işi nəzərdən keçirərək belə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikasının Dövlət X3 Regional Reklam idarəsinin rəisi E.Hüseynov tərəfindən tərtib edilmiş 27.10.2021-ci il tarixli MN ******* nömrəli inzibati xata haqqında protokol düzgün tərtib edilməmişdir. Belə ki, protokol reklamın yerləşdiyi yerdə (yəni inzibati xətanın aşkara çıxarıldığı yerdə) tərtib olunmalı olduğu halda X4 İdarəsində tərtib edilmişdir. Protokolda Şəxs protokola imza etməkdən imtina etdiyi yazılsa da, Şəxs protokolun tərtib edilməsi zamanı iştirak etməmiş və ona bu barədə hər hansı bir məlumat verilməmiş, protokolun surəti rəsmi qaydada təqdim edilməmişdir. X4 İdarəsində 27.10.2021-ci il tarixdə tərtib edilmiş 054 nömrəli aktda da göstərilir ki, Şəxs 27.10.2021-ci il tarixdə X4 İdarəsinə gəlməmişdir. Belə olan halda Şəxs 27.10.2021-ci il tarixli inzibati xəta haqqında protokola imza etməkdən imtinası etməsinə dair protokolda aparılmış qeyd absurddur və heç bir mötəbər sübutla təsdiq edilmir. İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İnzibati Xətalar Məcəlləsinin 53.1.1 və 53.1.2-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda; inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 76.2. Qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. İnzibati Xətalar Məcəlləsinin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İnzibati Xətalar Məcəlləsinin 114.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. İnzibati Xətalar Məcəlləsinin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Ona görə də, Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsi ilə Azərbaycan Respublikasının Dövlət X3 Regional Reklam İdarəsindən daxil olmuş inzibati xəta materialı üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48- 51, 53, 105, 114, 128-130-cu maddərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikasının Dövlət X3 Regional Reklam idarəsinin rəisi E.Hüseynov tərəfindən tərtib edilmiş 27.10.2021-ci il tarixli MN ******* nömrəli inzibati xata haqqında protokol üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Hacıqabul rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hacıqabul rayon Məhkəməsinin hakimi və sədri vəzifəsini müvəqqəti icra edən: Vahid Hacıyev
Məhkəmə qərarları › İş №3(071)-382/2021
Hacıqabul Rayon Məhkəməsi Qərar — İş №3(071)-382/2021
24.11.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver