Azərbaycan Respublikası adından QƏRAR Hacıqabul rayonu İş № 3(071)-382/2023 15.11.2023 HACIQABUL RAYON MƏHKƏMƏSİ X12 Nazim oğlunun sədrliyi, Səlimova Günel Rauf qızının katibliyi, Hacıqabul RPŞ-nin İTB-nin sahə rəisi, polis mayoru X6, zərərçəkmiş şəxs X2, barəsində inzibati xəta haqqında icraat aparılan X1 iştirakları ilə, xx.xx.1995-cı il tarixdə Hacıqabul rayonu, Rəncbər kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləyən, Hacıqabul rayonu, Rəncbər kəndində qeydiyyatda olan və yaşayan X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Hacıqabul rayon Polis Şöbəsindən daxil olmuş materiala açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Hacıqabul RPŞ-nin İTB-nin sahə rəisi polis mayoru X9 tərəfindən X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə xx.xx.2023-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Hacıqabul rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib edən Hacıqabul RPŞ-nin İTB-nin nümayəndəsi X9 izahatında bildirdi ki, xx.xx.2023-cü il tarixdə Fəridə polis şöbəsinə yoldaşı tərəfindən xəsarət aldığı barədə şikayət etmişdir. Onun şikayəti əsasında təhqiqatçı tərəfindən araşdırma aparılmış və cinayət işinin başlanması rədd edilmişdir. Bəxtiyar Rüstəmovun əməlində İXM-in 157-ci maddəsinin əlamətləri olduğu üçün protokol tərtib edilərək məhkəməyə təqdim edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan X3 izahatında bildirdi ki, o, arvadı Fəridə Rüstəmova ilə barışmışdır. Odur ki, barəsində başlanmış inzibati xəta haqqında icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X7 izahatında bildirdi ki, xx.xx.2023-cü il tarixdə axşam saatlarında qaynanası onunla mübahisə etməyə başlayıb və uşağı ilə ona deyib ki, çıx get evdən. Daha sonra o yoldaşına xəbər verib. Atası və yoldaşı gəlib dava etməyə başlayıblar. Onun əllərinə xəsarət verərək, onu boğmaq istəmiş, lakin atası icazə verməmişdir. Lakin, hazırda Bəxtiyardan şikayətçi deyil və törətdiyi əmələ görə onu bağışlayır. Odur ki, X1 barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edir. İş materiallarında olan MN ******* nömrəli 14 noyabr 2023-cü il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, X3 xx.xx.2023-cü il tarixdə Hacıqabul rayonu Rəncbər kəndində həyat yoldaşı X4 döymüşdür. İş materiallarında olan “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, X1 əməlində cinayət tərkibi olmadığından, onun əməlində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinin tərkibi olduğundan, qanuna müvafiq tədbir görülməsi üçün qərarın surəti Hacıqabul RPŞ-nin İTB-nə göndərilmiş, vətəndaşın şikayət ərizəsi əsasında toplanmış materal üzrə cinayət işinin başlanılması rədd edilmişdir. İş materiallarında olan məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli, 311 saylı rəyindən görünür ki, X2 müayinəsi zamanı aşkar edilmiş xəsarət – sol əlinin 2-ci barmağının arxa səthinin sıyrıqı, sağ əlinin üst səthinin sıyrıqı və sol kürək tinin nahiyyənin qançırı– küt əşyanın təsirindən əmələ gəlməklə müayinə olunan göstərdiyi şəraitdə, yəni kənar şəxs tərəfindən vurulması zamanı əmələ gələ bilər. Müddəti müayinədən 1-2 gün əvvələ uyğundur. Xəsarət sağlamlığa zərər vurmayan olduğu üçün dərəcəsi təyin edilmir. İş materiallarında olan X2 ərizəsindən görünür ki, o, X3 ilə barışmışdır, ona qarşı şikayət və tələbi yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 39.1-ci maddəsinə əsasən bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat yalnız zərər çəkmiş şəxsin ərizəsinə əsasən başlanır, zərər çəkmiş şəxslə barəsində inzibati icraat aparılan şəxs barışdıqda isə həmin iş üzrə icraata xitam verilir. 53.1.9-cu maddəsinə əsasən bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Məhkəmə, barəsində inzibati xəta haqqında icraat aparılan X1 törətmiş olduğu əməlin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, onun törətdiyi əməl Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Belə ki, X3 tərəfindən X5 zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirilməsi, onun tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi inzibati xəta haqqında protokol, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin etirafedici izahatı, zərərçəkmiş şəxsin izahatı və məhkəmə iclasında tədqiq edilmiş digər sübutlarla öz təsdiqini tapmışdır. Bununla yanaşı məhkəmə, X1 məsuliyyətə cəlb edilməsi məsələsini müzakirə edərək hesab edir ki, tərəflərin barışması nəzərə alınmaqla, X3 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39 və 53.1.9-cu maddələri tətbiq edilərək o, inzibati məsuliyyətdən azad edilməli və barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39, 53, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: MN ******* nömrəli, 14 noyabr 2023-cü il tarixli inzibati xəta haqqında protokol əsasında X3 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Hacıqabul Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. X13
Məhkəmə qərarları › İş №3(071)-382/2023
Hacıqabul Rayon Məhkəməsi Qərar — İş №3(071)-382/2023
15.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver