Məhkəmə qərarları › İş №3(071)-386/2021

Hacıqabul Rayon Məhkəməsi Qərar — İş №3(071)-386/2021

19.11.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Hacıqabul rayonu İş № 3(071)-386/2021 19.11.2021 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hacıqabul rayon Məhkəməsinin hakimi və sədri vəzifəsini müvəqqəti icra edən Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, Barəsində inzibati icraat aparılan şəxs Şəxs, Azərbaycan Respublikası Hacıqabul rayon Polis şöbəsinin DYPB-nin baş dövlət avtomobil müfəttişi X1 iştirakı ilə, xx.xx.2002-ci ildə Hacıqabul şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, Hacıqabul şəhəri Bakı küçəsi ev 27-də qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə Hacıqabul rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİ: Barəsində inzibati icraat aparılan şəxs Şəxs 01 sentyabr 2021-ci il tarixdə saat 12:40-da qohumuna məxsus olan “VAZ 2106” markalı ** FO *** dövlət qeydiyyat nişanlı avtomaşını sürücülük vəsiqəsi və etibarnamə olmadan idarə etməklə, Hacıqabul şəhəri İ.Qayıbov küçəsində Hacıqabul rayon Mühafizə Polis şöbəsinin qarşısında Hacıqabul rayon X4 X5 təhkim edilmiş “BMW” markalı ** YP *** dövlət qeydiyyat nişanlı avtomaşını vuraraq yol-nəqliyyat hadisəsi törətmişdir. Bununla da, Şəxs Azərbaycan Respublikası İXM-in 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun barəsində Azərbaycan Respublikası Hacıqabul rayon Polis şöbəsinin DYPB-nin baş dövlət avtomobil müfəttişi X3 tərəfindən 01.09.2021-ci il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokol tərtib etmişdir. Barəsində inzibati icraat aparılan şəxs Şəxs məhkəmə iclasında İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsini etiraf etdi və izahatında göstərdi ki, o, Hacıqabul şəhəri Bakı küçəsi ev 27-də yaşayır. 01 sentyabr 2021-ci il tarixdə saat 12 radələrində sürücülük vəsiqəsi və etibarnamə olmadan əmisi oğlu X2 məxsus “VAZ 2106” markalı ** FO *** dövlət qeydiyyat nişanlı avtomobili 30-40 km/saat sürətlə idarə edərək, Hacıqabul şəhəri İ.Qayıbov küçəsindən A.Şaiq küçəsinə dönən zaman Hacıqabul rayon X4 Yol Polisi avtomobilini görmədən idarə etdiyi avtomobilin qabaq sol qanadı ilə həmin avtomobilin sağ hər iki qapısından vuraraq yol-nəqliyyat hadisəsi törətmişdir. Bundan sonra, o, izahatında hadisə vaxtı idarə etdiyi avtomobildə sərnişin və yük olmamışdır. Hadisədən əvvəl spirtli içki qəbul etməmişdir. Hadisə vaxtı hər hansı bir bədən xəsarəti almamışdır. Törətdiyi əməldən peşman olmuşdur. Protokolu tərtib etmiş Azərbaycan Respublikası Hacıqabul rayon Polis şöbəsinin DYPB-nin baş dövlət avtomobil müfəttişi X3 məhkəmə iclasında 01.09.2021-ci il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokolu müdafiə etdi və qanuni tədbir görülməsini xahiş etdi. Azərbaycan Respublikası İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İXM-in 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Azərbaycan Respublikası İXM-in 332.4-cü maddəsinə əsasən bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə 400 (dörd yüz) manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Şəxs İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi onun barəsində tərtib olunmuş 01.09.2021-ci il tarixli inzibati xəta haqqında protokol, özünün məhkəmədə verdiyi etirafedici izahatı və protokol tərtib etmiş şəxsin izahatı ilə tamamilə sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Belə ki, inzibati tənbehin məqsədlərindən bəhs edilən İXM-in 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə hesab edir ki, iş üzrə inzibati xəta törətmiş şəxsə törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə inzibati tənbeh verilməsilə inzibati tənbehin məqsədlərinə nail oluna bilər, ona görə də həmin növündə inzibati tənbeh verilməsini məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 400 (dörd yüz) manat inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Hacıqabul rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Vahid Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar