Azərbaycan Respublikası adından QƏRAR Hacıqabul rayonu İş № 3(071)-388/2021 23.11.2021 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hacıqabul rayon Məhkəməsinin hakimi və sədri vəzifəsini müvəqqəti icra edən Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi ilə, Hacıqabul rayon İcra və Probasiya şöbəsinin icra məmuru X2 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.2-ci maddəsi ilə Hacıqabul rayon İcra və Probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİM: Hacıqabul rayon Məhkəməsinin 02.03.2021-ci il tarixli 3(071)-79/2021 nömrəli qərarına əsasən Şəxs Azərbaycan Respublikası İXM-in 157-ci maddəsi ilə təqsirli bilinib 300 manat inzibati cərimə edilmişdir. Həmin qərarı icra etmədiyi üçün Şəxs barəsində Hacıqabul rayon İcra və Probasiya şöbəsinin icra məmuru R.Məmmədov tərəfindən İXM-in 529.2-ci maddəsi ilə 23.11.2021-ci il tarixli MN ******* nömrəli protokol tərtib edilmişdir ki, Şəxs qərar qanuni qüvvəyə mindiyi gündən 25 gün müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan qərarı icra etməmişdir. Bununla da o, İXM-in 529.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında özünü İXM-in 529.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bildi və izahatında göstərdi ki, inzibati cəriməni ödəməyə maddi imkanı yoxdur. Bu səbəbdən cərimənin başqa təhbehlə əvəz edilməsini xahiş edir. Hacıqabul rayon İcra və Probasiya şöbəsinin icra məmuru X3 məhkəmə iclasında protokolu müdafiə etdi və Şəxs barəsində qanuni tətbir görülməsini xahiş etdi. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, inzibati işi nəzərdən keçirərək hesab edir ki, Şəxs Hacıqabul rayon Məhkəməsinin 02.03.2021-ci il tarixli 3(071)-79/2021 nömrəli qərarında göstərilən 300 manat inzibati cəriməni qərarın qanuni qüvvəyə mindiyi gündən 25 gün müddətində icra etmədiyinə görə, ona barəsində tərtib edilmiş 23.11.2021-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında Azərbaycan Respublikası İXM-nin 529.2-ci maddəsində nəzərdə tutulan yüz altmış saat ictimai işlər növündə inzibati tənbeh tətbiq edilməlidir. Çünki, Azərbaycan Respublikası İXM-nin 529.2-ci maddəsinə əsasən yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların və bu Məcəllənin 353.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə görə inzibati cərimə istisna olmaqla, inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi gündən 25 gün müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq olunur. İnzibati xəta haqqında ******* nömrəli protokola əlavədən müəyyən edilir ki, borclu Şəxs hər hansı bir gəliri və əmlakı aşkar edilməmişdir, yaşadığı Hacıqabul rayonu Atbulaq kəndindəki evə icra məmuru tərəfindən baxış keçirilmiş və tələbin yönəldilə biləcəyi hər hansı əmlak aşkar edilməmişdir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130 və 529.2-ci maddərini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.2-ci maddəsi ilə təqsirli bilinsin və ona 160 (yüz altmış) saat ictimai işlər növündə inzibati tənbeh tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Hacıqabul Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Hacıqabul rayon məhkəməsinin hakimi və sədrivəzifəsini müvəqqəti icra edən: Vahid Hacıyev
Məhkəmə qərarları › İş №3(071)-388/2021
Hacıqabul Rayon Məhkəməsi Qərar — İş №3(071)-388/2021
23.11.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver