Məhkəmə qərarları › İş №3(071)-39/2022

Hacıqabul Rayon Məhkəməsi Qərar — İş №3(071)-39/2022

05.03.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Hacıqabul rayonu İş № 3(071)-39/2022 05.03.2022 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hacıqabul rayon Məhkəməsinin hakimi və sədri vəzifəsini müvəqqəti icra edən Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Surxayev Eldost Elşad oğlunun katibliyi ilə, Barəsində inzibati icraat aparılan şəxs Şəxs, zərərçəkmiş şəxs X4, protokolu tərtib etmiş Hacıqabul rayon Polis Şöbəsi İTB-nin polis sahə rəisi Babək İbrahimbəylinin iştirakı ilə, xx.xx.1951-ci ildə Şamaxı rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, Hacıqabul rayonu Tava kəndində qeydiyyatda olan və yaşayan - Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə Hacıqabul rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİ: Hacıqabul rayonu Tava kəndində yaşayan Şəxs 07.02.2022-ci il tarixdə saat 15:40-da X5 məxsus VAZ 21093 markalı H 954 XK 62 dövlət qeydiyyat nişanlı avtomobilin qabaq alın şüşəsini, qabaq sağ yan güzgüsünü, arxa baqaj qapısının şüşəsini, arxa sol stop fanarını və arxa qapının spollerini daşla sındıraraq X5 ümumilikdə 262 manat həcmində maddi ziyan vurmuşdur. Bununla da, Şəxs Azərbaycan Respublikası İXM-in 232-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun barəsində Hacıqabul rayon Polis şöbəsinin İTB-nin sahə rəisi Babək İbrahimbəyli tərəfindən 05.03.2022-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuş və inzibati xəta haqqında işin aidiyyəti üzrə məhkəməyə göndərilməsi barədə 05.03.2022-ci il tarixli qərardad qəbul edilmişdir. Barəsində inzibati icraat aparılan şəxs Şəxs məhkəmə iclasında İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsini etiraf etdi və izahatında göstərdi ki, 07.02.2022-ci il tarixdə saat 15:40-da X4 onun gəlini X1 ilə birlikdə onun evinə gəlmiş və gəlini X1 uşaqlarını özü ilə aparmaq istəmişdir. Bu zaman onların arasında mübahisə yaranmış və X6 onun sinəsindən itələmiş və ayağından təpiklə vurmuşdur. Bu səbəbdən o, əsəbləşərək X5 məxsus VAZ 21093 markalı H 954 XK 62 dövlət qeydiyyat nişanlı avtomobilin qabaq alın şüşəsini, qabaq sağ yan güzgüsünü, arxa baqaj qapısının şüşəsini, arxa sol stop fanarını və arxa qapının spollerini daşla sındırmışdır. X2 ilə barışmışdır. Odur ki, barəsində olan işin icraatına xitam verilməsini xahiş edir. Bu barədə məhkəməyə ərizə təqdim edir. Zərərçəkmiş şəxs X6 məhkəmə iclasında izahatında bildirdi ki, hazırda Şəxs ilə barışmışdır, ona qarşı şikayəti və maddi tələbi yoxdur. İşin icraatına xitam verilməsini xahiş edir. Bu barədə məhkəməyə ərizə təqdim edir. Azərbaycan Respublikası İXM-in 39.2-ci maddəsinə əsasən bu Məcəllənin 227, 232-1-ci və 351-1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərər çəkmiş şəxslə barışdıqda inzibati iş üzrə icraata xitam verilir. Azərbaycan Respublikası İXM-in 232-1-ci maddəsinə əsasən özgənin əmlakını qəsdən məhv etməyə və ya zədələməyə görə, bu az miqdarda ziyan vurduqda-inzibati xəta nəticəsində vurulmuş ziyanın bir mislindən iki mislinədək məbləğdə cərimə edilir. Qeyd olunanları nəzərə alaraq, məhkəmə hesab edir ki, zərər çəkmiş şəxslə barəsində inzibati icraat aparılan şəxs barışdığına görə inzibati xəta törətmiş şəxs Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39, 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Hacıqabul rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Vahid Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar