Məhkəmə qərarları › İş №3(071)-39/2023

Hacıqabul Rayon Məhkəməsi Qərar — İş №3(071)-39/2023

31.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Hacıqabul rayonu İş № 3(071)-39/2023 31.01.2023 HACIQABUL RAYON MƏHKƏMƏSİ X7 Nazim oğlunun sədrliyi, Səlimova Günel Rauf qızının katibliyi ilə, İnzibati xəta haqqında protokolu tərtib etmiş X1, Barəsində inzibati icraat aparılan Şəxs iştirakları ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə Hacıqabul rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyənetdi: Hacıqabul rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materialdan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 00:40-da “Vaz 21013” minik markalı **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobili etibarnaməsiz və sürücülük hüququ olmadan idarə edərkən, işıq cihazlarından istifadə qaydalarını pozduğuna və İXM-nin 334.1-ci maddəsində nəzərdə tutulmuş xətanın bir il ərzində təkrar törədilməsi halına yol verdiyinə görə, Hacıqabul rayon Polis Şöbəsinin yol patrul xidməti inspektoru polis serjantı X3 tərəfindən onun barəsində Azərbaycan Respublikası İXM-nin 329.3, 332.1 və 334.2-ci maddələri ilə nəzərdə tutulan inzibati xətaların törədilməsinə dair xx.xx.2023-cü il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Həmin protokol İXM-in 334.2-ci maddəsinə aid hissədə baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş şəxs X3 izahatında bildirdi ki, xx.xx.2023-cü il tarixdə saat 00:40-da “Vaz 21013” minik markalı **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən sürücü işıq cıhazlarından istifadə qaydalarını pozduğuna görə nəqliyyat vasitəsi saxlanılmış, həmin vaxt sürücünün sərxoş olması müəyyən edilmişdir. Sürücü Şəxs il ərzində ikinci dəfə eyni xətanı törətdiyinə görə onun barəsində İXM-in 334.2-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Odur ki, Şəxs inzibati qaydada tənbeh edilməsinə dair qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs özünü İXMnin 334.2-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilərək izahatında bildirdi ki, sürücülük hüququ və etibarnaməsi olmadan xx.xx.2023-cü il tarixdə saat 00:40-da “Vaz 21013” minik markalı **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobili sərxoş vəziyyətdə idarə edən zaman yol-patrul xidmətinin əməkdaşı onu saxlamışdır. Həmin günü o, dostları ilə birlikdə araq içmişdir. Lakin, törətdiyi əməldən peşmandır. Odur ki, ailə vəziyyətinin nəzərə alınaraq, onun barəsində yüngül tənbeh tətbiq edilməsini xahiş etdi. Hacıqabul RPŞ-nin DYPB-nin tərəfindən verilmiş 31 yanvar 2023-cü il tarixli arayışdan görünür ki, AR DİN-nin BDYPİ-nin X4 vətəndaş xx.xx.1984-cü il təvəllüdlü Şəxs adına sürücülük vəsiqəsi müəyyən olunmamışdır. Hacıqabul Rayon Mərkəzi X5 Şəxsinin həkim-narkoloqu tərəfindən tərtib edilmiş 25 saylı, xx.xx.2023-cü il tarixli sərxoşluq vəziyyətini təyin edən tibbi müayinə aktından görünür ki, xx.xx.1984-cü il təvəllüdlü Şəxs sərxoş vəziyyətdə olmuşdur və qanında alkoqolun konsentrasiyası 0,5 promildir. Şirvan Şəhər Polis Şöbəsinin səlahiyyətli şəxsi tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Qəfərov X2 Xətalar Məcəlləsinin 339.1-1, 334.1, 342.5 və 332.1-ci maddələri ilə təqsirli bilinərək, 500 manat cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.1-ci maddəsində nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 334.2-ci maddəsində isə bu Məcəllənin 334.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 333-cü maddəsinin Qeyd hissəsinin 1-ci bəndində isə göstərilmişdir ki, xüsusi texniki vasitə qanda alkoqolun konsentrasiyasının 0,3 promilli və daha artıq olmasını və yaxud narkotik vasitələrin, psixotrop və digər güclü təsir edən maddələrin qəbulunu göstərdiyi halda şəxsin sərxoşluq vəziyyətində olduğu hesab edilir. Məhkəmə hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi, yəni onun bir il ərzində təkrarən nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan sərxoş vəziyyətdə nəqliyyat vasitəsini idarə etməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, proses iştirakçılarının izahatları və inzibati materialda olan digər sənədlərlə tam sübuta yetirilir. Onun inzibati məsuliyyətdən azad edilməsi üçün heç bir əsas yoxdur. Odur ki, Şəxs həmin maddə ilə təqsirli bilinib inzibati qaydada tənbeh edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.2-ci maddəsinin sanksiyasında on beş gündən bir ayadək müddətə inzibati həbs nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 32.1.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı məsuliyyəti yüngülləşdirən hal hesab edilir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 33-cü maddəsində müəyyən edilmiş məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmadı. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən hal kimi inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığını, məsuliyyəti ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.2-ci maddəsinin sanksiyasının hədləri daxilində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 20 (iyirmi) gün müddətinə inzibati həbs edilsin. Həbsetmənin əvvəli 31 yanvar 2023-cü il tarixdən hesablansın. Qərarın icrası Hacıqabul şəhəri Polis Şöbəsinə həvalə olunsun. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Hacıqabul Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. X8

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar