Məhkəmə qərarları › İş №3(071)-391/2021

Hacıqabul Rayon Məhkəməsi Qərar — İş №3(071)-391/2021

24.11.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Hacıqabul rayonu İş № 3(071)-391/2021 24.11.2021 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hacıqabul rayon Məhkəməsinin hakimi və sədri vəzifəsini müvəqqəti icra edən Hacıyev Vahid Məcid oğlunun sədrliyi, katib Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, Barəsində inzibati icraat aparılan şəxs Şəxs, protokolu tərtib etmiş Hacıqabul rayon Polis Şöbəsi İTB-nin polis sahə rəisi polis kapitanı X1 iştirakı ilə, xx.xx.1988-ci ildə Hacıqabul rayon Muğan qəsəbəsində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, işsiz, 3-cü qrup əlil, Hacıqabul rayon Muğan qəsəbəsində qeydiyyatda olan və yaşayan – Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə Hacıqabul rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs 01.11.2021-ci il tarixdə saat 08 radələrində yaşadıqları Hacıqabul rayonu Muğan qəsəbəsindəki evdə həyat yoldaşı Zərərçəkmiş şəxs şəxsi münasibətlərin pozulması zəminində sağlamlığına zərər vurmayan bədən xəsarəti yetirərək, döymüşdür. Bununla da, Şəxs Azərbaycan Respublikası İXM-in 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun barəsində Hacıqabul rayon Polis Şöbəsi tərəfindən 24.11.2021-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuş və inzibati xəta haqqında işin aidiyyəti üzrə məhkəməyə göndərilməsi barədə 24.11.2021-ci il tarixli qərardad qəbul edilmişdir. Barəsində inzibati xətalar haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında Azərbaycan Respublikası İXM-in 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsini etiraf etdi və izahatında bildirdi ki, o, 01.11.2021-ci il tarixdə səhər saat 08 radələrində arvadı Könüldən ona çay verməsini istəmiş, Könül çay olmadığını bildirmiş, aralarında buna görə mübahisə yaranmış və əsəbləşərək stolda olan nəlbəkini Könülə tullamışdır. Nəlbəki Könülün başına dəymiş, sonra şillə ilə Könülü vurmuş və sakitləşmək üçün evdən çıxmışdır. Törətdiyi əməldən peşman olmuşdur. Zərərçəkmiş Zərərçəkmiş şəxs məhkəmə iclasına gəlməmişdir. Məhkəmə zərərçəkmiş şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Protokol tərtib etmiş Hacıqabul rayon Polis Şöbəsi İTB-nin polis sahə rəisi polis kapitanı X2 məhkəmə iclasında protokolu müdafiə etdi və Şəxs barəsində qanuni tədbir görülməsini xahiş etdi. Hacıqabul rayon Polis Şöbəsinin TB-nin baş təhqiqatçısı Mübaşir Heybətovun 06.11.2021ci il tarixli qərarı ilə toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Həmin qərara əsasən Şəxs 01.11.2021-ci il tarixdə saat 08 radələrində yaşadıqları Hacıqabul rayonu Muğan qəsəbəsindəki evdə həyat yoldaşı Zərərçəkmiş şəxs şəxsi münasibətlərin pozulması zəmnində döyərək, sağlamlığına zərər vurmayan bədən xəsarəti yetirmişdir. İXM-in 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirmə inzibati xəta kimi müəyyən edilmişdir. Həmin xətaya görə inzibati cərimə və ya inzibati həbs nəzərdə tutulmuşdur. Şəxs həmin inzibati xətanı törətməsi barəsində tərtib olunmuş yuxarıda qeyd edilən protokol, özünün izahatı, zərərçəkmişin polis şöbəsində verdiyi yazılı izahatı, ekspert rəyi, cinayət işinin başlanması rədd edilməsi haqqında qərarla tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Belə ki, inzibati tənbehin məqsədlərindən bəhs edilən İXM-in 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə hesab edir ki, iş üzrə inzibati xəta törətmiş şəxsə törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə inzibati tənbeh verilməsilə inzibati tənbehin məqsədlərinə nail oluna bilər, ona görə də həmin növündə inzibati tənbeh verilməsini məqsədəmüvafiq hesab edir. Həmçinin məhkəmə inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, yaşını, üçüncü qrup əlil olmasını nəzərə alaraq inzibati cərimənin məbləğini müəyyən edir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 300 (üç yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Hacıqabul rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hacıqabul rayon Məhkəməsinin hakimi və sədri vəzifəsini müvəqqəti icra edən: Vahid Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar