Azərbaycan Respublikası adından QƏRAR Hacıqabul rayonu İş № 3(071)-392/2021 24.11.2021 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hacıqabul rayon Məhkəməsinin hakimi və sədri vəzifəsini müvəqqəti icra edən Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi ilə, Barəsində inzibati icraat aparılan şəxs Şəxs, X1nın, protokolu tərtib etmiş Hacıqabul rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru X2 iştirakı ilə, xx.xx.1975-ci ildə Salyan rayonu Kürçülü kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, Hacıqabul rayonu Kürçülü kəndində qeydiyyatda olan və yaşayan - Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Hacıqabul rayon İcra və Probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİ: Hacıqabul rayon Məhkəməsinin 11.09.2019-cu il tarixli 2(071)-438/2019 nömrəli icra vərəqəsinə əsasən borclu Şəxs 16.10.2019-cu il tarixdən başlayaraq 09.01.2006-cı il təvəllüdlü X5, 04.03.2008-ci il təvəllüdlü X6 və 24.12.2013-cü il təvəllüdlü X8 yetkinlik yaşlarına çatana kimi saxlanmaları üçün hər ay hər uşağa 100 manat olmaqla, cəmi 300 manat alimenti X1na ödəməlidir. Hazırda borclu Şəxs icra sənədi üzrə 4370 manat aliment borcu yaranmışdır. Bu səbəbdən icra məmuru 24.11.2021-ci il tarixdə Şəxs Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair MN0397239 nömrəli inzibati xəta haqqında protokol tərtib etmiş və baxılması üçün məhkəməyə təqdim etmişdir. Hacıqabul rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru X7 məhkəmə iclasında protokolu müdafiə etdi və borclunun barəsində qanuni tədbir görülməsini xahiş etdi. Barəsində inzibati icraat aparılan şəxs Şəxs məhkəmə iclasında İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsini etiraf etmədi və izahatında göstərdi ki, o, X1 ilə rəsmi boşansa da, sonradan barışaraq onlar ər-arvad kimi bir evdə uşaqları ilə birlikdə yaşamışlar. O, Hacıqabul rayon Məhkəməsinin 11.09.2019-cu il tarixli 2(071)- 438/2019 nömrəli icra vərəqəsi üzrə alimentin müəyyən hissəsini 3130 manatını nağd pul şəklində tələbkara ödəmişdir. Sonuncu dəfə bir ay əvvəl 113 manat ödəmişdir. Həmişə ev bazarlıq etmiş, uşaqların maddi ehtiyaclarını ödəmişdir. Bu səbəbdən tələbkar alimentin qalan hissəsini pul şəklində tələb etməmişdir. Həmçinin tələbkar 2021-ci ilin aprel ayına kimi 230 manat sosial müavinət almışdır. Bir ay əvvələ kimi onlar birlikdə yaşamışlar. Ödənilən 230 manat sosial yardım kəsildiyinə görə tələbkar ondan şikayət etmiş və yığılan alimentin bir dəfəyə ödənilməsini tələb etmişdir. O, hər ay 300 manat alimenti ödəyir, yığılmış 4.370 manat alimenti isə hər ay hissə-hissə olmaqla tələbkara ödəyəcəkdir. Hazırda onun ayağı sınmışdır, bu səbəbdən işləyə bilmir. Lakin yük avtomobili var, həmin avtomobillə mişar daşı daşıyır və aldığı puldan aliment borcunu ödəyəcəkdir. Ailəsini də həmin avtomaşında əldə etdiyi qazan hesabına hazırkı vaxta kimi təmin etmişdir. O, icra sənədinin icrasında heç vaxt qərəzli olaraq boyun qaçırmamışdır. Odur ki, barəsində olan işin icraatına xitam verilməsini xahiş edir. X1 məhkəmə iclasında izahatında bildirdi ki, o, borclu Şəxs ilə rəsmi boşansa da, sonradan barışaraq bir evdə uşaqları ilə birlikdə yaşamışlar. Hacıqabul rayon Məhkəməsinin 11.09.2019-cu il tarixli 2(071)-438/2019 nömrəli icra vərəqəsi üzrə alimentin müəyyən hissəsi 3130 manatı ona nağd pul şəklində ödənilmişdir. Sonuncu dəfə borclu bir ay əvvəl 113 manat ödəmişdir. Ev bazarlıq etmişdir, uşaqların maddi ehtiyaclarını ödəmişdir. Bu səbəbdən o, alimentin qalan hissəsini pul şəklində borcludan tələb etməmişdir. O, 2021-ci ilin aprel ayına kimi 230 manat sosial müavinət almışdır. Hazırda borclu ilə münasibətləri korlanmışdır, ödənilən 230 manat sosial yardım da kəsilmişdir. Bu səbəbdən borcun ödənilməsini borcludan tələb etmişdir. Borclunun yığılmış 4.370 manat alimenti bir dəfəyə ödəməyə maddi imkanı olmadığını bilir, borclunun ayağı sınmışdır, hazırda işləyə bilmir. Borclunun yük avtomobili var, həmin avtomobillə daş daşıyaraq ailənin maddi təminatını ödəyirdi. Hazırda borclunun hər ay 300 manat alimenti və yığılmış borcun bir hissəsini ödəməsinə etiraz etmir. Məhkəmə icra məmurunun, barəsində inzibati icraat aparılan şəxsin və tələbkarın izahatlarını dinləyib, iş materiallarına olan sənədləri araşdırıb, sübutlara obyektiv qiymət verərək hesab edir ki, Şəxs aliment borcunu ödəməkdən qəsdən yayınmadığına, hazırda aliment ödəməkdən imtina etmədiyinə, onun əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkib əlamətləri olmadığına və inzibati xəta hadisəsi olmadığına görə onun barəsində başlanmış inzibati xəta materialı üzrə icraata xitam verilməlidir. Çünki, İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İnzibati Xətalar Məcəlləsinin 53.1.1 və 53.1.2-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda; inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 76.2. Qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. İnzibati Xətalar Məcəlləsinin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İnzibati Xətalar Məcəlləsinin 114.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. İnzibati Xətalar Məcəlləsinin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Məhkəmə qeyd edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkib əlamətləri yoxdur, həmçinin inzibati xəta hadisəsi yoxdur. Bu səbəbdən onun barəsində başlanmış inzibati xəta materialı üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 53, 105, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Hacıqabul rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Vahid Hacıyev
Məhkəmə qərarları › İş №3(071)-392/2021
Hacıqabul Rayon Məhkəməsi Qərar — İş №3(071)-392/2021
24.11.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver