Məhkəmə qərarları › İş №3(071)-393/2022

Hacıqabul Rayon Məhkəməsi Qərar — İş №3(071)-393/2022

18.08.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Hacıqabul rayonu İş № 3(071)-393/2022 18.08.2022 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hacıqabul rayon Məhkəməsinin hakimi və sədri vəzifəsini müvəqqəti icra edən Bağırov Nurəddin Abuzər oğlunun sədrliyi, Zeynalov Ələkbər Şakir oğlunun katibliyi ilə, Barəsində inzibati icraat aparılan şəxs Şəxs, Hacıqabul rayon Polis şöbəsinin sahə rəisi, polis mayoru X1 iştirakı ilə, xx.xx.1991-ci ildə Qazı-Məmməd şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, işləməyən, Hacıqabul şəhəri H.Z.Tağıyev küçəsi ev 156-da daimi qeydiyyatda olmaqla yaşayan - Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə Hacıqabul rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs Hacıqabul şəhərində siqaret qutusunda 01 ədəd sellofan bükümdə ümumi çəkisi 0,03 qram kustar üsulla hazırlanmış narkoik vasitə olan heroini və 01 ədəd kağız bükümdə ümumi çəkisi 0,04 qram kustar üsulla hazırlanmış narkoik vasitə olan metamfetamini üstündə saxlamış, xx.xx.2022-ci il tarixdə narkotik vasitələrin istehlakında şübhəli bilindiyi üçün Hacıqabul rayon Polis şöbəsinin əməkdaşları tərəfindən saxlanılmış və üzərinə baxış keçirilən zaman Şəxs üzərində videoçəkilişdən istifadə edilməklə şəxsi və götürmə aparılan zaman onun üzərindən 01 ədəd sellofan bükümdə ümumi çəkisi 0,03 qram kustar üsulla hazırlanmış narkoik vasitə olan heroin və 01 ədəd kağız bükümdə ümumi çəkisi 0,04 qram kustar üsulla hazırlanmış narkoik vasitə olan metamfetamin ondan aşkar edilərək götürülmüşdür. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza X5 Bölməsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 18/757 nömrəli məhkəmə-kimyəvi ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində: “...Şəxs üzərindən...” sözləri və imzalar olan kağız paketdə 01 ədə bükümdə təmiz çəkisi -0,03 qram olan qəhvəyimtil rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. 01 ədəd bükümdə təmiz çəkisi 0,04 qram olan ağəmtıl rəngli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Heroin və metamfetamin - 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “ Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr siyahısı”na daxildir (Siyahı İ) . Şəxs xx.xx.2022-ci il tarixdə 00:45-də cinayət törətməkdə şübhəli şəxs qismində Hacıqabul rayon Polis şöbəsində tutulmuşdur. İlkin təhqiqat zamanı Şəxs üzərindən aşkar edilərək götürülmüş narkotik vasitələr şəxsi istehlak miqdarında olduğundan xx.xx.2022-ci il tarixdə şübhəli şəxs Şəxs MSY-dən azad olunması haqqında qərar qəbul edilmişdir. Məhkəmə-narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli 4018 nömrəli rəyindən görünür ki, Şəxs opioidlərin və psixostimulyatorların birgə qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Hacıqabul rayon Polis şöbəsinin təhqiqat bölməsinin təhqiqatçısı, polis kapitanı X3 xx.xx.2022-ci il tarixli qərarı ilə Şəxs əməlində cinayət tərkibi olmadığından onun barəsində cinayət təqibi rədd edilmiş və əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi olduğundan onun barəsində inzibati qaydada tədbir görülməsi üçün qərarın surəti Hacıqabul rayon Polis şöbəsinin İTB-yə göndərilmişdir. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun barəsində Hacıqabul rayon Polis şöbəsinin sahə rəisi, polis mayoru X4 tərəfindən xx.xx.2022-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuş və Hacıqabul rayon Polis şöbəsinin rəisi müavini Firuz Nuriyev tərəfindən xx.xx.2022-ci il tarixdə qərardad qəbul etməklə qanuni tədbir görülməsi üçün material məhkəməyə göndərmişdir. Hacıqabul rayon Polis şöbəsinin sahə rəisi, polis mayoru X4 məhkəmə iclasında protokolu müdafiə edərək, Şəxs barəsində qanuni tədbirlər tətbiq edilməsini xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsini etiraf etdi və izahatında göstərdi ki, o, təqribən 4 gün əvvəl Bakı şəhərində olarkən tələbə yoldaşı Mirkamal ona narkotik vasitə olan heroin və metamfetamin pay vermişdir. Həmin narkotik vasitələri üzərində saxlayaraq daşımış, xx.xx.2022-ci il tarixdə Hacıqabul şəhərində olarkən Hacıqabul RPŞ-nin əməkdaşları ona yaxınlaşıb özlərini təqdim etmişlər. Onun üzərində narkotik maddənin olmasından şübhələndiklərini bildirib, onu Hacıqabul RPŞ-yə dəvət etmişlər. Hacıqabul RPŞ-də müdafiəçi ilə təmin edildikdən sonra üzərində şəxsi axtarış aparılan zaman onun üzərindən siqaret qutusunda 01 ədəd sellofan bükümdə ümumi çəkisi 0,03 qram kustar üsulla hazırlanmış narkoik vasitə olan heroin və 01 ədəd kağız bükümdə ümumi çəkisi 0,04 qram kustar üsulla hazırlanmış narkoik vasitə olan metamfetamin aşkar edilərək götürülmüşdür. Törətdiyi əməldən peşman olmuşdur. Onun barəsində ədalətli qərar qəbul edilməsini xahiş edir. Azərbaycan Respublikası İXM-in 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə - üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Azərbaycan Respublikası İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Şəxs Azərbaycan Respublikası İXM-in 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi onun barəsində tərtib olunmuş yuxarıda qeyd edilən inzibati xəta haqqında protokol, ekspertiza rəyləri, cinayət təqibi rədd edilməsi barədə qərar, protokol tərtib etmiş şəxsin, onun özünün etirafedici izahatı ilə tamamilə sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Azərbaycan Respublikası İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İnzibati tənbehin məqsədlərindən bəhs edilən Azərbaycan Respublikası İXM-in 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə hesab edir ki, iş üzrə inzibati xəta törətmiş şəxsə törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə inzibati tənbeh verilməsilə inzibati tənbehin məqsədlərinə nail oluna bilər, ona görə də həmin növdə inzibati tənbeh verilməsini məqsədəmüvafiq hesab edir. Həmçinin məhkəmə inzibati xəta törətmiş şəxsin şəxsiyyətini nəzərə alaraq inzibati cərimənin məbləğini müəyyən edir. 37.2. Məcburi müalicənin tətbiq edilməsinin məqsədi bu Məcəllənin 37.1-ci maddəsində göstərilən şəxslərin müalicə olunmasından, səhhətinin və psixoloji vəziyyətinin yaxşılaşdırılmasından, ixtisaslaşdırılmış tibbi yardım və sosial qayğı göstərməklə onların normal həyat tərzinə qaytarılmasından, gələcəkdə həmin şəxslərin insan psixikasına təsir göstərən maddələrdən sui-istifadəsinin və yeni inzibati xətalar törətməsinin qarşısının alınmasından ibarətdir. 37.3. Barəsində inzibati həbs tənbeh növü tətbiq edilməklə yanaşı, tibbi yoxlama nəticəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilmiş şəxslər inzibati həbs tənbeh növünü çəkib qurtardıqdan sonra müvafiq icra hakimiyyəti orqanının tabeliyində olan ixtisaslaşdırılmış tibb müəssisəsində müalicə olunurlar. 37.4. Şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edildikdə, məhkəmə bu barədə qanuni qüvvəyə minmiş qərarının surətini icra olunması üçün ixtisaslaşdırılmış tibb müəssisəsinə, habelə məcburi müalicənin icrasına nəzarət edilməsi üçün icra məmuruna göndərir. 37.5. Barəsində narkomaniyadan məcburi müalicə təyin edilmiş şəxs inzibati həbs müddətinin başa çatdığı gün inzibati həbs yerinin nümayəndəsinin müşayiəti ilə məcburi müalicənin həyata keçirildiyi ixtisaslaşdırılmış tibb müəssisəsinə təhvil verilir. Şəxs narkomaniyadan məcburi müalicyə ehtiyacının olması da məhkəmə araşdırması ilə müəyyən edildiyindən onun barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli, Şəxs müalicənin həyata keçirilməsi üçün ixtisaslaşmış müalicə müəssisəsinə təhvil verilməli və Şəxs narkoloji dispanserdə qeydiyyata götürülməlidir. Şəxs götürülmüş və Hacıqabul rayon Polis Şöbəsində saxlanılan iş üzrə maddi sübut ekspertiza tədqiqatından sonra qalmış 0,02 qram kustar üsulla hazırlanmış narkoik vasitə olan heroin və 01 ədəd kağız bükümdə ümumi çəkisi 0,02 qram kustar üsulla hazırlanmış narkoik vasitə olan metamfetamin qərar qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48- 51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 300 (üç yüz) manat inzibati cərimə edilsin. Şəxs götürülmüş və Hacıqabul rayon Polis Şöbəsində saxlanılan iş üzrə maddi sübut ekspertiza tədqiqatından sonra qalmış 0,02 qram kustar üsulla hazırlanmış narkoik vasitə olan heroin və 01 ədəd kağız bükümdə ümumi çəkisi 0,02 qram kustar üsulla hazırlanmış narkoik vasitə olan metamfetamin qərar qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, narkoloji dispanserdə qeydiyyata götürülsün. Şəxs məcburi müalicənin həyata keçirildiyi ixtisaslaşdırılmış tibb müəssisəsinə təhvil verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Hacıqabul rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hacıqabul rayon Məhkəməsinin hakimi və sədri vəzifəsini müvəqqəti icra edən: Nurəddin Bağırov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar