Azərbaycan Respublikası adından QƏRAR Hacıqabul rayonu İş № 3(071)-394/2022 15.09.2022 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hacıqabul rayon Məhkəməsinin hakimi və sədri vəzifəsini müvəqqəti icra edən Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Surxayev Eldost Elşad oğlunun katibliyi, İnzibati materialı tərtib etmiş Hacıqabul rayon prokurorluğunun nümayəndəsi X1 iştirakı ilə, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsi ilə Hacıqabul rayon prokurorluğundan daxil olmuş inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Hacıqabul rayon prokurorluğu tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli 6 inx-22 nömrəli inzibati xəta materialda göstərilmişdir ki, xx.xx.2022-ci il tarixdə "xxxx" MMC-də baş nəzarətçi işləyən Şəxs əməyin mühafizəsi qaydalarının pozaraq, "xxxx" MMC-nin ərazisində yüklərin traktor qoşqusuna yüklənməsi işinin aparılması zamanı həmin işin görülməsinə cəlb edilmiş işçi X2 işinə nəzarət etməmiş, nəticədə T.Abbasov traktor qoşqusunun ön hissəsindəki dəmir parçasının üzərinə yıxılaraq, sağ əli həmin dəmir hissəsinin altında qalmışdır. Bununla da "xxxx" MMC-də baş nəzarətçi işləyən Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 198.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair xx.xx.2022-ci il tarixli 6 inx-22 nömrəli inzibati xəta haqqında material tərtib edilmiş və xx.xx.2022-ci il tarixli məktubla material baxılması üçün məhkəməyə göndərilmişdir. Material xx.xx.2022-ci il tarixdə məhkəməyə daxil olmuşdur. İşə baxılması xx.xx.2022-ci il tarixə 12:30-a təyin edilmiş, sonra xx.xx.2022-ci il tarixə 09:30-a və xx.xx.2022-ci il tarixə saat 14:30-a təxirə salınmışdır. Barəsində inzibati xətalar haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişi göndərilsə də, o, məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə İnzibati Xətalar Məcəlləsinin 112.1.4-cü maddəsinin tələbinə uyğun olaraq barəsində inzibati xətalar haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. İnzibati xəta haqqında materialı tərtib etmiş Hacıqabul rayon prokurorluğunun nümayəndəsi X3 məhkəmə iclasında inzibati xəta haqqında materialı müdafiə etdi və Şəxs barəsində inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə İnzibati protokolu tərtib etmiş Hacıqabul rayon prokurorluğunun nümayəndəsi X1 izahatını dinləyib, iş materiallarına olan sənədləri araşdırıb, sübutlara obyektiv qiymət verərək hesab edir ki, inzibati məsuliyyətə cəlb etmək üçün qanunla müəyyən edilmiş üç aylıq müddət ötürüldüyünə görə, yəni inzibati xətanı törətdiyi vaxtdan, yəni xx.xx.2022-ci il tarixdən və cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2022-ci il tarixdə qərar qəbul edilməsindən üç aydan artıq müddət keçdiyindən Şəxs barəsində başlanmış inzibati xəta materialı üzrə icraata xitam verilməlidir. Çünki, İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. İnzibati Xətalar Məcəlləsinin 38.3-cü maddəsinə əsasən cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Hacıqabul rayon prokurorunun köməkçisi Tural Ağazadənin xx.xx.2022-ci il tarixli qərarı ilə Tərlan Abbasovun işlədiyi "xxxx" MMC-də xx.xx.2022-ci il tarixdə saat 14 radələrində əlindən xəsarət alması ilə bağlı əməldə cinayət hadisəsi olmadığına görə toplanmış material üzrə Azərbaycan Respublikası CPM-in 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. İnzibati Xətalar Məcəlləsinin 53.1.6-cı maddəsinə əsasən bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İnzibati Xətalar Məcəlləsinin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İnzibati Xətalar Məcəlləsinin 114.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. İnzibati Xətalar Məcəlləsinin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48- 51, 53, 105, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair olan inzibati xəta haqqında iş üzrə icraata, cəlb etmə müddəti başa çatdığına görə xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Hacıqabul rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Vahid Hacıyev
Məhkəmə qərarları › İş №3(071)-394/2022
Hacıqabul Rayon Məhkəməsi Qərar — İş №3(071)-394/2022
15.09.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver