Azərbaycan Respublikası adından QƏRAR Hacıqabul rayonu İş № 3(071)-399/2021 16.12.2021 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hacıqabul rayon Məhkəməsinin hakimi və sədri vəzifəsini müvəqqəti icra edən Hacıyev Vahid Məcid oğlunun sədrliyi, katib Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi ilə, Barəsində inzibati icraat aparılan şəxs Şəxs, Hacıqabul rayon Polis şöbəsinin sahə rəisi, polis mayoru X4 iştirakı ilə, xx.xx.1969-cu ildə Qazı-Məmməd şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, əlilliyə görə pensiya alan, "xxxx" MTK-də bina gözətçisi işləyən, ünvan 1 ünvanda qeydiyyatda olan və Hacıqabul şəhəri H.Z.Tağıyev küçəsi ev 204-də faktiki yaşayan - Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə Hacıqabul rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs 22.08.2021-ci il tarixdə saat 22:00 radələrində Hacıqabul şəhəri H.Z.Tağıyev küçəsində 204 nömrəli fərdi yaşayış evinin yaxınlığında 10 manata tanışı X1 0,138 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə hesab edilən metamfetamini əldə edib üstündə saxlamışdır. 23.08.2021-ci il tarixdə narkotik vasitələrin istehlakında şübhəli bilindiyi üçün Hacıqabul rayon Polis şöbəsinin əməkdaşları tərəfindən saxlanılmış və üzərinə baxış keçirilən zaman Şəxs üzərində videoçəkilişdən istifadə edilməklə şəxsi və götürmə aparılan zaman onun üzərindən 1 ədəd sellofan kəsiyi bükümündə 0,138 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə hesab edilən metamfetamin ondan aşkar edilərək götürülmüşdür. 23.08.2021-ci il tarixli şəxsi axtarış və götürmə protokolundan görünür ki, Şəxs üzərində videoçəkilişdən istifadə edilməklə şəxsi və götürmə aparılan zaman onun üzərindən 1 ədəd sellofan kəsiyi bükümündə psixotrop maddə olan metamfetamin aşkar edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza X6 Bölməsi tərəfindən verilmiş 24.08.2021-ci il tarixli 18/912 nömrəli məhkəmə-kimyəvi ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində: “...Şəxs üzərindən...” sözləri yazılmış kağız paketdəki 1 ədəd polietilen kəsiyi bükümündə təmiz çəkisi - 0,138 qram olan maddə kustar üsulla hazırlanmış, Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş psixotrop maddə metamfetamindir. Tədqiqata təqdim edilmiş üzərində: “...X2 üzərindən...” sözləri yazılmış kağız paketdəki 1 ədəd qara rəngli kağız bükümdə təmiz çəkisi - 1,368 qram olan maddə kustar üsulla hazırlanmış, Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş psixotrop maddə metamfetamindir. Tədqiqata təqdim edilmiş Şəxs və X2 üzərindən aşkar olunub götürüldüyü qeyd edilən metamfetaminlər eyni tərkiblidir. Şəxs 23.08.2021-ci il tarixdə 20:20-də cinayət törətməkdə şübhəli şəxs qismində Hacıqabul rayon Polis şöbəsində tutulmuşdur. İlkin təhqiqat zamanı Şəxs üzərindən aşkar edilərək götürülmüş psixotrop maddə olan metamfetamin şəxsi istehlak miqdarında olduğundan 24.08.2021-ci il tarixdə şübhəli şəxs Şəxs MSY-dən azad olunması haqqında qərar qəbul edilmişdir. Hacıqabul rayon Polis şöbəsinin istintaq bölməsinin müstəntiqi, polis kapitanı Ayxan İsgəndərlinin icraatındakı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə olan ********* nömrəli cinayət işi üzrə 30.10.2021-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərarı ilə Şəxs əməlində cinayət tərkibi olmadığından onun barəsində cinayət təqibi rədd edilmiş və əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi olduğundan onun barəsində inzibati qaydada tədbir görülməsi üçün qərarın surəti Hacıqabul rayon Polis şöbəsinin İTB-yə göndərilmişdir. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun barəsində Hacıqabul rayon Polis şöbəsinin sahə rəisi, polis mayoru X5 tərəfindən 16.12.2021-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuş və Hacıqabul rayon Polis şöbəsinin rəisi müavini Rüfət Quliyev 16.12.2021-ci il tarixdə qərardad qəbul etməklə qanuni tədbir görülməsi üçün material məhkəməyə göndərmişdir. Hacıqabul rayon Polis şöbəsinin sahə rəisi, polis mayoru X5 məhkəmə iclasında protokolu müdafiə edərək, Şəxs barəsində qanuni tədbirlər tətbiq edilməsini xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsini etiraf etdi və izahatında göstərdi ki, o, Hacıqabul şəhəri H.Z.Tağıyev küçəsi ev 204-də ailə üzvləriylə birlikdə yaşayır. Gözdən əlilliyə görə pensiya alır. O, uzun müddətdir narkotik maddələr olan heroin və metamfetamindən istifadə edir. 22.08.2021-ci il tarixdə saat 22 radələrində yaşadığı küçədə tanışı X3 görmüşdür. Ağaqulu ilə evinin yanında söhbət edən zaman ağrılarının olduğunu bildirmişdir. Bu zaman Ağaqulu üzərində metamfetamin olduğunu bildirmiş və bir hissəsini ona sata biləcəyini bildirmişdir. O, Ağaquluya 10 manat verib, bir ədəd sellofan kəsiyi bükümündə narkotik maddə olan metamfetamini alıb köynəyinin döş cibinə qoymuşdur. Daha sonra yaşadığı evə getmiş, həmin metamfetamindən bir hissəsini istifadə etmişdir. Həmin günün səhərisi 23.08.2021-ci il tarixdə axşam saatlarında yaşadığı evin yaxınlığında olan zaman Hacıqabul RPŞ-nin əməkdaşları ona yaxınlaşıb özlərini təqdim etmişlər. Onun üzərində narkotik maddənin olmasından şübhələndiklərini bildirib, onu Hacıqabul RPŞ-yə dəvət etmişlər. Hacıqabul RPŞ-də müdafiəçi ilə təmin edildikdən sonra üzərində şəxsi axtarış aparılan zaman əynində olan göy rəngli qısaqol köynəyinin döş cibindən 01 ədəd sellofan bükülüdə narkotik maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. Sorğu zamanı həmin narkotik maddəni Hacıqabul şəhər sakini olan Ağaqulu Ağamaliyevdən 10 manata 22.08.2021-ci il tarixdə saat 22 radələrində yaşadığı evin yanında aldığını bildirmişdir. Törətdiyi əməldən peşman olmuşdur. Onun əlil olmasını nəzərə alaraq barəsində ədalətli qərar qəbul edilməsini xahiş edir. Azərbaycan Respublikası İXM-in 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə - üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Azərbaycan Respublikası İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Şəxs Azərbaycan Respublikası İXM-in 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi onun barəsində tərtib olunmuş yuxarıda qeyd edilən inzibati xəta haqqında protokol, ekspertiza rəyləri, cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında qərar, protokol tərtib etmiş şəxsin, onun özünün etirafedici izahatı ilə tamamilə sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Azərbaycan Respublikası İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İnzibati tənbehin məqsədlərindən bəhs edilən Azərbaycan Respublikası İXM-in 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-in 30.2-ci maddəsinə əsasən hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, birinci və ya ikinci dərəcə əlilliyi olan şəxslər, sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, habelə bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə hərbi qulluqçular barəsində inzibati həbs tətbiq edilə bilməz. Məhkəmə hesab edir ki, iş üzrə inzibati xəta törətmiş şəxsə törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə inzibati tənbeh verilməsilə inzibati tənbehin məqsədlərinə nail oluna bilər, ona görə də həmin növdə inzibati tənbeh verilməsini məqsədəmüvafiq hesab edir. Həmçinin məhkəmə inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, əlil olmasını və yaşını nəzərə alaraq, inzibati cərimənin məbləğini müəyyən edir. X2 Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə məhkum edilməsimnə dair Hacıqabul rayon Məhkəməsinin 02.12.2021-ci il tarixli 1(071)-157/2021 nömrəli hökmü ilə X1 və Şəxs götürülmüş və Hacıqabul rayon Polis Şöbəsində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış, ümumi çəkisi 1,406 qram metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməsi qərara alınmışdır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 300 (üç yüz) manat inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Hacıqabul rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hacıqabul rayon Məhkəməsinin hakimi və sədri vəzifəsini müvəqqəti icra edən: Vahid Hacıyev
Məhkəmə qərarları › İş №3(071)-399/2021
Hacıqabul Rayon Məhkəməsi Qərar — İş №3(071)-399/2021
16.12.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver