Məhkəmə qərarları › İş №3(071)-4/2024

Hacıqabul Rayon Məhkəməsi Qərar — İş №3(071)-4/2024

07.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Hacıqabul rayonu İş № 3(071)-4/2024 07.01.2024 HACIQABUL RAYON MƏHKƏMƏSİ X5 Nazim oğlunun sədrliyi, Səlimova Günel Rauf qızının katibliyi ilə, Azərbaycan Yerüstü Nəqliyyat X3 İdarəsinin nümayəndəsi X1, barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.1986-cı il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, Bakı şəhəri, Maştağa qəsəbəsi, ünvan 1 ünvanda qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 552-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat X3 İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Hacıqabul rayon Məhkəməsinə Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat X3 İdarəsindən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra – İXM) 552-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər daxil olmuşdur. Məhkəmə iclasında protokolu tərtib etmiş səlahiyyətli orqanın nümayəndəsi X2 izahat verərək bildirdi ki, xx.xx.2023-cü il tarixdə Hacıqabul şəhəri ərazisində keçirilən reyd zamanı Şəxs idarə etdiyi Ford Tranzit markalı, **-KB-*** dövlət qeydiyyat nişanlı yük avtomobili saxlanılmış və onun yük daşıma fəaliyyəti ilə məşğul olduğu müəyyən olunmuşdur. Sürücüdən bununla bağlı fərqlənmə nişanı tələb edilmiş, lakin sürücü yük daşıma fəaliyyəti ilə məşğul olmaq üçün fərqlənmə nişanının olmadığını bildirmişdir. Bununla bağlı müvafiq protokol və akt tərtib edilmiş, avtomobilin fotoşəkili şəkilləri çəkilmişdir. Odur ki, Şəxs barəsində qanuna müvafiq qaydada qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs özünü təqsirli bilərək izahatında bildirdi ki, o, Bakı şəhəri ərazisində fəaliyyət göstərən çörəkbişirmə zavodundan çörəkləri alaraq Şirvan şəhəri və Hacıqabul rayonuna daşımaq fəaliyyəti ilə məşğuldur. O, yük daşıma fəaliyyətini etibarnamə əsasında idarə etdiyi Ford Tranzit markalı, **-KB-*** dövlət qeydiyyat nişanlı yük avtomobili ilə həyata keçirir. Yük daşıma fəaliyyəti ilə məşğul olmaq üçün fərqlənmə nişanının alınmasının lazım olduğunu bilməmişdir. Bundan sonra yalnız fərqlənmə nişanını əldə etməklə daşıma fəaliyyəti ilə məşğul olacaqdır. Törətdiyi əməldən peşmandır. İlk dəfə məsuliyyətə cəlb edilməsini nəzərə alaraq, onun barəsində qanuna uyğun qərar qəbul edilməsini xahiş etdi. Azərbaycan Respublikası İXM-in 552-ci maddəsinə əsasən avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarını yerinə yetirən şəxslər tərəfindən müvafiq icra hakimiyyəti orqanının əməkdaşının xidməti vəzifəsinin yerinə yetirilməsinə mane olmağa, o cümlədən qanunvericiliklə müəyyən olunmuş tələb olunan sənədlərin təqdim edilməməsinə görə əlli manat məbləğində cərimə edilir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş xx.xx.2023-cü il tarixli aktdan görünür ki, həmin tarixdə saat 10:40 radələrində Hacıqabul şəhəri, H.Əliyev prospektində aparılan yoxlama zamanı **-KB-*** dövlət qeydiyyat nömrəli “Ford” markalı avtomobilin sürücüsü Şəxs idarə etdiyi minik avtomobilinə dair qanunvericiliklə müəyyən olunmuş tələb olunan sənədləri (fərqlənmə nişanı) təqdim etməmişdir. Bununla da, Şəxs Azərbaycan Respublikası İXM-in 552-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. İş materiallarına əlavə edilmiş **-KB-*** dövlət qeydiyyat nişanlı avtomobilin foto şəklindən görünür ki, həmin avtomobilin sürücüsü yük daşıma fəaliyyəti ilə məşğul olur. Məhkəmə, iş üzrə toplanmış sübutların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 552-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli olması özünün etirafedici izahatı ilə yanaşı, səlahiyyətli orqanın nümayəndəsinin izahatı, inzibati xəta haqqında protokol və digər sənədlərlə tam sübuta yetirilmiş və onun əməli düzgün olaraq İXM-in 552-ci maddəsi ilə tövsif edilmişdir. Şəxs hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsiri tam sübuta yetirildiyinə görə o, inzibati məsuliyyətinə cəlb edilməli və tənbeh edilməlidir. Azərbaycan Respublikası İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi,əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları müəyyən etmir. İXM-in 552-ci maddəsinin sanksiyasında inzibati tənbeh kimi konkret məbləğ müəyyən edilərək inzibati cərimə nəzərdə tutulmuşdur. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 552-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 50 (əlli) manat cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Hacıqabul rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. X6

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar