Məhkəmə qərarları › İş №3(071)-40/2024

Hacıqabul Rayon Məhkəməsi Qərar — İş №3(071)-40/2024

22.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Hacıqabul rayonu İş № 3(071)-40/2024 22.02.2024 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Orxan Telman oğlunun sədrliyi, Fərəcov İsmail Vəzir oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakı ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə Hacıqabul rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyənetdi: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi ilə bağlı Hacıqabul rayon Polis Şöbəsində tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün Hacıqabul Rayon Məhkəməsinə göndərilmişdir. Materiala əlavə edilmiş xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, xx.xx.2024-cü ildə Hacıqabul rayonu Meyniman kəndində yaşayan Şəxs yaşadığı evdə sənədləri olmayan 1 ədəd Toz markalı, 16 kalibirli, 1964-cü il istehsalı olan, üzərində 148231 nömrəsi yazılmış qoşa lüləli yivsiz tüfəng aşkar olunaraq yəni Azərbaycan Respublikası İXM-nin 590.2-ci maddəsinin tələbini pozmuşdur. Məhkəmə iclasında Şəxs izahatında bildirdi ki, silah keçmişdən qalma silah olub. Silahı yaşadığı evin zirzəmisində saxlamışdır. Əməlindən peşmandır və xəstə olması ilə əlaqədar barəsində ədalətli qərar qəbul edilməsini xahiş etdi. Səlahiyyətli orqanın nümayəndəsinə məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişi göndərilsə də, o məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Məhkəmə, İnzibati Xətalar Məcəlləsinin 112.1.4-cü maddəsinin tələbinə uyğun olaraq tərəfin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. İş materiallarında olan Hacıqabul RPŞ TB-nin təhqiqatçısı polis mayoru X1 tərəfindən HK-1/54 nömrəli material üzrə qəbul edilmiş xx.xx.2024-cü il tarixli cinayət işinin başlamasının rədd edilməsi haqqında qərardan görünür ki, xx.xx.2024-cü ildə Hacıqabul rayonu Meyniman kəndində yaşayan Şəxs yaşadığı evdə sənədləri olmayan 1 ədəd Toz markalı, 16 kalibirli, 1964-cü il istehsalı olan, üzərində 148231 nömrəsi yazılmış qoşa lüləli yivsiz tüfəng aşkar olunmuşdur. Toplanmış material üzrə Şəxs əməlində cinayət tərkibi olmadığından, cinayət işinin başlanması rədd edilmiş, onun barəsində İXM-in 590.2-ci maddəsi ilə tədbir görülməsi üçün qərarın surəti Hacıqabul RPŞ-nin İTB-yə göndərilmişdir. Məhkəmə araşdırması zamanı tədqiq edilmiş sübutlarla müəyyən olundu ki, Şəxs müvafiq icazə almadan xx.xx.2024-cü ildə Hacıqabul rayonu Meyniman kəndində yaşayan Şəxs yaşadığı evdə sənədləri olmayan 1 ədəd Toz markalı, 16 kalibirli, 1964-cü il istehsalı olan, üzərində 148231 nömrəsi yazılmış qoşa lüləli yivsiz tüfəng aşkar olunmuşdur. 1 ədəd Toz markalı, 16 kalibirli, 1964-cü il istehsalı olan, üzərində 148231 nömrəsi olan ov silahı maddi sübut kimi Hacıqabul Rayon Polis Şöbəsində saxlanılır. Azərbaycan Respublikası İXM-in 590.2-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanından xüsusi icazə almamış şəxslər tərəfindən mülki silahın və ya onun üçün döyüş sursatının əldə edilməsi, saxlanılması, daşınması, başqa şəxslərə verilməsi və ya satılmasına görə - silah və döyüş sursatı müsadirə edilməklə səksən manatdan yüz manatadək məbləğdə cərimə edilir. Beləliklə məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi məhkəmə iclasında tədqiq edilmiş sübutlarla tam sübuta yetirilir. Onun inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar mövcud deyildir. Azərbaycan Respublikası İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları müəyyən etmir. İnzibati tənbehin məqsədlərindən bəhs edilən Azərbaycan Respublikası İXM-in 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə hesab edir ki, Şəxs götürülmüş 1 ədəd Toz markalı, 16 kalibirli, 1964-cü il istehsalı olan, üzərində 148231 nömrəsi olan ov silahı müsadirə edilməklə Şəxs inzibati qaydada cərimə edilməlidir. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115, 128-130-cu maddərini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, Hacıqabul rayon Polis Şöbəsində saxlanılan - 1 ədəd Toz markalı, 16 kalibirli, 1964-cü il istehsalı olan, üzərində 148231 nömrəsi olan ov silahı müsadirə edilməklə, ona 80 (səksən) manat məbləğində cərimə tənbehi tətbiq edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Hacıqabul Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Orxan Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar