Məhkəmə qərarları › İş №3(071)-40/2025

Hacıqabul Rayon Məhkəməsi Qərar — İş №3(071)-40/2025

15.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Hacıqabul rayonu İş № 3(071)-40/2025 15.01.2025 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Orxan Telman oğlunun sədrliyi, Fərəcov İsmayıl Vəzir oğlunun katibliyi, Hacıqabul RPŞ-nin İTB-nin polis sahə rəisi, polis kapitanı X8, zərərçəkmiş şəxs X1 və onun qanuni nümayənədəsi X6, barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.2000-ci il tarixdə Hacıqabul rayonu, Kolanı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, Hacıqabul rayonu Meyniman kəndində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Hacıqabul rayon Polis Şöbəsindən daxil olmuş materiala açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Hacıqabul Rayon Polis Şöbəsində tərtib olunmuş material baxılması üçün xx.xx.2025-ci il tarixdə Hacıqabul rayon Məhkəməsinə göndərilmişdir. Materiala əlavə edilmiş xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, Şəxs xx.xx.2024cü il tarixdə saat 21:00 radələrində Hacıqabul rayonu, Meyniman kəndində yerləşən evdə qohumu X2 oğlunun kürəyinin sağ hissəsinə qəsdən arxadan təpiklə vuraraq sonuncuya gövdənin arxa səthinin qançırı xəsarətini yetirib döymüşdür. Beləliklə, Şəxs İnzibati Xətalar Məcəlləsinin 157-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Hacıqabul RPŞ-nin İTB-nin polis sahə rəisi, polis kapitanı X11 izahatında bildirdi ki, barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs keçmiş həyat yoldaşının oğluna arxadan zərbə vuraraq döymüşdür. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, İbrahimi tanıyır. Keçmiş həyat yoldaşının digər nikahından olan övladıdır. İbrahim onun yaşadığı evə gəlmişdir. Şəxs övladı İbrahimi dişləmiş daha sonra kənara çəkilmişdir. Onun qızı İbrahimi dişlədikdən sonra İbrahim nənəsinin yanında qaçmışdır ki, bacısı onu dişləyib. Şəxs bildirmişdir ki, o İbrahimi döyməmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs xx.xx.2016-cı il təvəllüdlü X7 izahatında bildirdi ki, Şəxs ona təpiklə vurmuşdur. Atası da evdə olmuşdur. Aytəkin ondan yorğanını aparmasını istəmiş, o isə gücü çatmadığını bildirmişdir. Ona görə də, Şəxs ona təpiklə vurmuşdur. Məhkəmə iclasında zərərçəkmiş şəxsin qanuni nümayəndəsi X9 izahatında bildirdi ki, oğlunun atası ilə 1 ildir ki, münasibəti yoxdur. Hadisə zamanı o işdə olmuşdur. Oğlu İbrahimə telefon vermişdir ki, o işdə olan zaman ünsiyyət qura bilsin. Uşağın atası ilə atasının evinə getməsini istədiyi üçün İbrahimin getməsinə icazə vermişdir. Daha sonra İbrahim ona “Whatsapp” vasitəsilə mesaj göndərərək Aytəkinin onu döydünü bildirmişdir. Bundan sonra ona məlum olmuşdur ki, Şəxs İbrahimə təpik vurmuşdur. İş materiallarında olan xx.xx.2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərardan görünür ki, X6 müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Araşdırma zamanı keçirilmiş məhkəmə-tibbi ekspertizasının xx.xx.2024-cü il tarixli, 464 saylı rəyinə əsasən X1 məhkəmə-tibbi müayinəsinə əsasən, X1 gövdənin arxa səthində qançırı aşkar edilmişdir. Qeyd olunan xəsarətin küt əşyanın təsirindən əmələ gəlməklə müxtəlif şəraitlərdə eyni zamanda müayinə olunmanın göstərdiyi şəraitdə, yəni kənar şəxs tərəfindən yetirilməsi zamanı əmələ gələ biləcəyi qeyd olunmuşdur. Xəsarətin sağlamlığa zərər vurmayan növdən olduğu üçün xəsarətin dərəcəsi təyin olunmamışdır. Məhkəmə hesab edir ki, Şəxs tərəfindən xx.xx.2024-cü il tarixdə zərərçəkmiş xx.xx.2016-cı il təvəllüdlü X3 qarşı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi özünün izahatı ilə yanaşı, zərərçəkmiş şəxsin və onun qanuni nümayəndəsinin izahatı, ekspertiza rəyi, eləcə də inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. Onun inzibati məsuliyyətdən azad edilməsi üçün heç bir əsas mövcud deyildir. Odur ki, Şəxs İXM-nin 157-ci maddəsi ilə təqsirli bilinməli, həmin maddənin sanksiyası çərçivəsində barəsində inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İXM-in 157-ci maddəsinin sanksiyasında iki növ inzibati tənbeh – cərimə və həbs inzibati tənbehləri nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Qeyd edilən hallarlı nəzərə alaraq, məhkəmə Şəxs inzibati tənbeh tətbiq edərkən onun şəxsiyyəti, törətmiş olduğu xətanın xarakteri, təqsirinin dərəcəsi, əmlak vəziyyəti, məsuliyyətini yüngülləşdirən halın olmasını nəzərə alaraq, onun barəsində İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə növündə tənbehin aşağı həddə tətbiq olunmasını məqsədəuyğun hesab edir. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 300 (üç yüz) manat məbləğində cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Hacıqabul Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Orxan Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar