Azərbaycan Respublikası adından QƏRAR Hacıqabul rayonu İş № 3(071)-400/2021 20.12.2021 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hacıqabul rayon Məhkəməsinin hakimi və sədri vəzifəsini müvəqqəti icra edən Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, Barəsində inzibati icraat aparılan şəxs Şəxs, Azərbaycan Respublikası DİN BDYPİ-nin YPXA-nın 7-ci tağımının inspektoru polis baş serjantı X1 iştirakı ilə, xx.xx.1982-ci ildə Tovuz rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, Tovuz rayonu Böyük Qışlaq kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci, 332.1-ci və 332.4-cü maddələri ilə Azərbaycan Respublikası DİN BDYPİ-nin YPXA-nın 7-ci tağımından daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİ: Barəsində inzibati icraat aparılan şəxs Şəxs 08.09.2021-ci il tarixdə saat 03:40 radələrində Bakı-Qazax-Gürcüstan sərhəddi yolunun Hacıqabul rayonu Qarasu kəndi ərazisindən keçən 146-cı km-də «Kamaz 55111» markalı **-BD-*** dövlət qeydiyyat nişanlı yük avtomobilini Qazax istiqamətində idarə edib hərəkətdə olarkən avtomobilin qabaq hissəsi eyni istiqamətdə qarşıda hərəkətdə olan "xxxx" MMC-yə məxsus olan «X6 1840» markalı **-JZ-*** dövlət qeydiyat nişanlı yük avtomobilinin arxa hissəsi ilə toqquşaraq yol-nəqliyyat hadisəsi törətmişdir. Bununla da, Şəxs Azərbaycan Respublikası İXM-in 327.1-ci, 332.1-ci və 332.4-cü maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun barəsində Azərbaycan Respublikası DİN BDYPİ-nin YPXA-nın 7-ci tağımının inspektoru polis baş serjantı X3 tərəfindən 02.11.2021-ci il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokol tərtib etmişdir. Barəsində inzibati icraat aparılan şəxs Şəxs məhkəmə iclasında İnzibati Xətalar Məcəlləsinin 327.1-ci, 332.1-ci və 332.4-cü maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsini etiraf etdi və izahatında göstərdi ki, o, Tovuz rayonu Böyük Qışlaq kəndində yaşayır. 08.09.2021-ci il tarixdə saat 03.40 radələrində Bakı-Qazax-Gürcüstan sərhəddi yolunun Hacıqabul rayonu Qarasu kəndi ərazisindən keçən 146-cı km-də «QKB 8350» markalı **-ZA-*** dövlət qeydiyyat nişanlı qoşqusu olan «Kamaz 55111» markalı **-BD-*** dövlət qeydiyyat nişanlı yük avtomobilini Qazax istiqamətində idarə edib hərəkətdə olarkən avtomobilin qabaq hissəsi eyni istiqamətdə qarşıda hərəkətdə olan X2 idarə etdiyi «X6 1840» markalı **-JZ-*** dövlət qeydiyat nişanlı yük avtomobilinin «Koegel» markalı **-ZJ-*** dövlət qeydiyyat nişanlı yarımqoşqusunun arxa hissəsinə çırpılmış, yol-nəqliyyat hadisəsi nəticədə özü xəsarət alımışdır. Törətdiyi əməldən peşman olmuşdur. Protokolu tərtib etmiş Azərbaycan Respublikası DİN BDYPİ-nin YPXA-nın 7-ci tağımının inspektoru polis baş serjantı X3 məhkəmə iclasında 02.11.2021-ci il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokolu müdafiə etdi və qanuni tədbir görülməsini xahiş etdi. Azərbaycan Respublikası İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İXM-in 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Azərbaycan Respublikası İXM-in 332.4-cü maddəsinə əsasən nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olması halları istisna olmaqla, nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsi nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulması da inzibati xəta kimi müəyyən edilmişdir. Şəxs İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi onun barəsində tərtib olunmuş 02.11.2021-ci il tarixli inzibati xəta haqqında protokol, özünün məhkəməyə verdiyi etirafedici izahatı və protokol tərtib etmiş şəxsin izahatı ilə tamamilə sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43-cü maddəsinə əsasən İnzibati Xətalar Məcəlləsinin 327.1, 332.1-ci maddələrində nəzərdə tutulmuş inzibati işlərə baxılması məhkəməyə aid olmadığına görə, Şəxs yalnız İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək inzibati cərimə edilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 400 (dörd yüz) manat inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Hacıqabul rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Vahid Hacıyev
Məhkəmə qərarları › İş №3(071)-400/2021
Hacıqabul Rayon Məhkəməsi Qərar — İş №3(071)-400/2021
20.12.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver