Azərbaycan Respublikası adından QƏRAR Hacıqabul rayonu İş № 3(071)-400/2022 23.08.2022 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hacıqabul rayon Məhkəməsinin hakimi və sədri vəzifəsini müvəqqəti icra edən Bağırov Nurəddin Abuzər oğlunun sədrliyi, Zeynalov Ələkbər Şakir oğlunun katibliyi ilə Barəsində inzibati icraat aparılan şəxs Şəxs, Hacıqabul rayon Polis şöbəsinin İTB-nin sahə rəisi, polis mayoru Rasim Hüseynovun iştirakı ilə, xx.xx.1987-ci ildə Qazı-Məmməd şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, Hacıqabul şəhəri Tağıyev küçəsi ev 8-də qeydiyyatda olmaqla yaşayan - Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə Hacıqabul rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİ: İnzibati xəta törətmiş şəxs Şəxs xx.xx.2022-ci il tarixdə X3 məxsus evdən 90 manat dəyərində elektrik naqilləri, xx.xx.2022-ci il tarixdə Ağayev ismayıl Firudin oğluna məxsus Hacıqabul şəhəri Tusi küçəsi ev 30-dan 20 manat dəyərində elektrik naqillərini, xx.xx.2022-ci il tarixdə X1 məxsus Hacıqabul şəhəri Axundov küçəsi ev 19-dan 90 manat dəyərində su qızdırıcısını və xx.xx.2022-ci il tarixdə Hacıqabul şəhəri E.Hüseynov küçəsi ev 58-dən X2 məxsus evdən 80 manat dəyərində samovarı oğurlamışdır. Hacıqabul rayon Polis şöbəsinin təhqiqat bölməsində HK-1/393, HK-1/709, HK-1/713 və HK-1/688 nömrəli materiallar üzrə cinayət işinin başlamasının rədd edilməsi haqqında qərarlar qəbul etmişdir. Hacıqabul rayon Polis şöbəsinin İTB-nin sahə rəisi, polis mayoru Rasim Hüseynov tərəfindən xx.xx.2022-ci il tarixli inzibati qaydada tutma haqqında protokol tərtib olunmuş və Şəxs xx.xx.2022-ci il tarixdə saat 18:30-da inzibati qaydada tutulmuşdur. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun barəsində Hacıqabul rayon Polis şöbəsinin İTB-nin sahə rəisi, polis mayoru Rasim Hüseynov tərəfindən xx.xx.2022-ci il tarixli MN 1437078, 1437076, ******* və ******* nömrəli inzibati xəta haqqında protokollar tərtib olunmuş və Hacıqabul rayon Polis şöbəsinin rəis müavini polis polkovnik-leytenantı R.Quliyev xx.xx.2022-ci il tarixdə MN 0356757, 0356759, ******* və ******* nömrəli qərardadlar qəbul etməklə qanuni tədbir görülməsi üçün məhkəməyə göndərmişdir. Hacıqabul rayon Polis şöbəsinin sahə rəisi, polis mayoru Rasim Hüseynov məhkəmə iclasında protokolu müdafiə edərək, Şəxs barəsində qanuni tədbirlər tətbiq edilməsini xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsini etiraf etdi və izahatında göstərdi ki, uzun müddətdir ki, narkomaniyadan əziyyət çəkir, heç bir yerdə işləmir. Dəfələrlə məhkum olub. xx.xx.2022-ci il tarixdə X3 məxsus evdən 90 manat dəyərində elektrik naqilləri, xx.xx.2022-ci il tarixdə Ağayev ismayıl Firudin oğluna məxsus Hacıqabul şəhəri Tusi küçəsi ev 30-dan 20 manat dəyərində elektrik naqillərini, xx.xx.2022-ci il tarixdə X1 məxsus Hacıqabul şəhəri Axundov küçəsi ev 19-dan 90 manat dəyərində su qızdırıcısını və xx.xx.2022-ci il tarixdə Hacıqabul şəhəri E.Hüseynov küçəsi ev 58dən X2 məxsus evdən 80 manat dəyərində samovarı oğurlamışdır. Ziyanı ödəməyə maddi imkanı yoxdur. Hazırda əməlindən peşman olmuşdur. Barəsində ədalətli qərar qəbul edilməsini xahiş etdi. Azərbaycan Respublikası İXM-in 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə - yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Azərbaycan Respublikası İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Şəxs Azərbaycan Respublikası İXM-in 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi onun barəsində tərtib olunmuş yuxarıda qeyd edilən inzibati xəta haqqında protokol, cinayət işin başlanmasının rədd edilməsi haqqında qərarla, protokol tərtib etmiş şəxsin, onun özünün etirafedici izahatı ilə tamamilə sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Azərbaycan Respublikası İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası İXM-in 31.2-ci maddəsinin tələblərini nəzərə alıb, həmçinin vurulmuş zərərin əvəzini ödəmədiyini, zərər çəkmiş şəxsin zərərin ödənilməsini tələb etməsini nəzərə alaraq hesab edir ki, şəxsin törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş ictimai işlər növündə tənbeh edilməklə inzibati tənbehin məqsədinə nail oluna bilməz. Belə ki, inzibati tənbehin məqsədlərindən bəhs edilən Azərbaycan Respublikası İXM-in 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə hesab edir ki, iş üzrə inzibati xəta törətmiş şəxsə törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə inzibati tənbeh verilməsilə inzibati tənbehin məqsədlərinə nail oluna bilər, ona görə də həmin növdə inzibati tənbeh verilməsini məqsədə müvafiq hesab edir. Həmçinin məhkəmə inzibati xəta törətmiş şəxsin şəxsiyyətini nəzərə alaraq, inzibati həbsin müddətini müəyyən edir. İnzibati həbsin əvvəli inzibati qaydada tutulduğu xx.xx.2022-ci il saat 18:30-dan hesablanmalıdır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30.3, 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 01 (bir) ay müddətinə inzibati həbs edilsin. Həbs etmənin əvvəli xx.xx.2022-ci il tarixdən saat 18:30-dan hesablansın. Qərar dərhal icra edilsin. Şəxs inzibati həbsin icrası yerinə çatdırılması Hacıqabul rayon Polis şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Hacıqabul rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Nurəddin Bağırov
Məhkəmə qərarları › İş №3(071)-400/2022
Hacıqabul Rayon Məhkəməsi Qərar — İş №3(071)-400/2022
23.08.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver