Azərbaycan Respublikası adından QƏRAR Hacıqabul rayonu İş № 3(071)-41/2025 15.01.2025 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Orxan Telman oğlunun sədrliyi, Fərəcov İsmayıl Vəzir oğlunun katibliyi, Hacıqabul RPŞ-nin İTB-nin polis sahə rəisi, polis kapitanı X6, barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.1993-cü il tarixdə Hacıqabul rayonu, Axtaçı-Şirvan kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, Hacıqabul rayonu Axtaçı- Şirvan kəndində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Hacıqabul rayon Polis Şöbəsindən daxil olmuş materiala açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Hacıqabul Rayon Polis Şöbəsində tərtib olunmuş material baxılması üçün xx.xx.2025-ci il tarixdə Hacıqabul rayon Məhkəməsinə göndərilmişdir. Materiala əlavə edilmiş xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, Şəxs xx.xx.2024cü il tarixdə saat 23:00 radələrində Hacıqabul rayonu, Axtaçı-Şirvan kəndində yerləşən evdə qohumu Hacıqabul rayonu Axtaçı-Şirvan kənd sakini X3 qəsdən vuraraq boyun nahiyyəsinin ön səthinin sıyrıqları və sol sifət nahiyyəsin qançırı xəsarətlərini yetirib döymüşdür. Beləliklə, Qənbərov X5 Xətalar Məcəlləsinin 157-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Hacıqabul RPŞ-nin İTB-nin polis sahə rəisi, polis kapitanı X8 izahatında bildirdi ki, barəsində inzibati xəta haqqında icraat aparılan Qənbərov X2 rayonu Axtaçı-Şirvan kəndində yaşayır. xx.xx.2024-cü il tarixində Şəxs tanışı X4 döymüşdür. Şəxs barəsində protokol tərtib olunmuşdur. Zərərçəkmiş şəxs Xocalı şəhərində işləyir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, o, Hacıqabul rayonu Axtaçı-Şirvan kəndində yaşayır. X7 ilə sözləri düz gəlməmiş və dalaşmışdırlar. O, Cabiri itələmişdir. Hadisə zamanı sərxoş olmuşdurlar. Cabir onun üzərinə gəlmiş, o isə, Cabiri boğazından tutaraq itələmişdir. Cabir onun əmisi oğludur. Törətdiyi əməldən peşmandır. Hadisədən sonra əmisi oğlu - X7 ilə əlaqəsi tamamilə kəsilmişdir. Hacıqabul RPŞ-nin İTB-nin polis sahə rəisi, polis kapitanı X8 tərəfindən iş materiallarına əlavə edilmiş Hacıqabul rayonu Axtaçı-Şirvan kənd sakini X7 ilə aparılmış telefon danışığının olduğu 01 ədəd video disk məhkəmə iclası zamanı tədqiq edilərək müəyyən edilmişdir ki, X7 barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs barəsində şikayətçidir. Onun barəsində tədbir görülməsini xahiş edir. Əlavə olaraq bildirmişdir ki, hazırda Xocalı şəhərində işlədiyi üçün məhkəmə iclasında iştirak edə bilməyəcəkdir. Məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və Şəxs barəsində inzibati tənbeh tətbiq edilməsini xahiş etmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərardan görünür ki, X1 müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Araşdırma zamanı keçirilmiş məhkəmə-tibbi ekspertizasının xx.xx.2024-cü il tarixli, 466 saylı rəyinə əsasən X1 məhkəmə-tibbi müayinəsinə əsasən, X1 boyun nahiyyəsinin ön səthinin sıyrıqları və sol sifət nahiyyəsin qançırı aşkar edilmişdir. Qeyd olunan xəsarətin küt əşyanın təsirindən əmələ gəlməklə müxtəlif şəraitlərdə eyni zamanda müayinə olunmanın göstərdiyi şəraitdə, yəni kənar şəxs tərəfindən yetirilməsi zamanı əmələ gələ biləcəyi qeyd olunmuşdur. Xəsarətin sağlamlığa zərər vurmayan növdən olduğu üçün xəsarətin dərəcəsi təyin olunmamışdır. Məhkəmə hesab edir ki, Şəxs tərəfindən xx.xx.2024-cü il tarixdə zərərçəkmiş X3 qarşı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi özünün izahatı ilə yanaşı, ekspertiza rəyi, eləcə də inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. Onun inzibati məsuliyyətdən azad edilməsi üçün heç bir əsas mövcud deyildir. Odur ki, Şəxs İXM-nin 157-ci maddəsi ilə təqsirli bilinməli, həmin maddənin sanksiyası çərçivəsində barəsində inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İXM-in 157-ci maddəsinin sanksiyasında iki növ inzibati tənbeh – cərimə və həbs inzibati tənbehləri nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Qeyd edilən hallarlı nəzərə alaraq, məhkəmə Şəxs inzibati tənbeh tətbiq edərkən onun şəxsiyyəti, törətmiş olduğu xətanın xarakteri, təqsirinin dərəcəsi, əmlak vəziyyətini nəzərə alaraq, onun barəsində İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə növündə tənbehin aşağı həddə tətbiq olunmasını məqsədəuyğun hesab edir. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 300 (üç yüz) manat məbləğində cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Hacıqabul Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Orxan Bayramov
Məhkəmə qərarları › İş №3(071)-41/2025
Hacıqabul Rayon Məhkəməsi Qərar — İş №3(071)-41/2025
15.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver