Azərbaycan Respublikası adından QƏRARDAD Hacıqabul rayonu İş № 3(071)-420/2022 15.09.2022 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hacıqabul rayon Məhkəməsinin hakimi və sədri vəzifəsini müvəqqəti icra edən X1, Surxayev Eldost Elşad oğlunun katibliyi ilə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.2-ci maddəsi ilə Hacıqabul rayon İcra və Probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİM: İnzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlərdən görünür ki, Hacıqabul rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 3(071)-95/2020 nömrəli qərarı ilə Şəxs İXM-nin 211-ci maddəsinə əsasən 100 manat inzibati cərimə edilmişdir. Hacıqabul rayon İcra və Probasiya şöbəsinin xx.xx.2022-ci il tarixli məktubu ilə borclu Şəxs Azərbaycan Respublikası İXM-nin 529.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Hacıqabul rayon İcra və Probasiya Şöbəsinin icra məmuru M.Muradov tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli MN * * * * * * * nömrəli inzibati xəta haqqında protokol və protokola əlavə edilmiş sənədlər baxılması üçün Hacıqabul rayon Məhkəməsinə göndərilmişdir. Hacıqabul rayon İcra və Probasiya şöbəsinin rəisi ədliyyə müşaviri Yasin Ədilov xx.xx.2022ci il tarixli 90079/2022 nömrəli məktubla məhkəməyə müraciət edərək, Şəxs məhkəmə baxışı zamanı 100 manat inzibati cəriməni ödədiyini nəzərə alaraq Şəxs barəsində olan MN ******* nömrəli inzibati xəta haqqında protokol üzrə Hacıqabul rayon İcra və Probasiya şöbəsinin tələbinin olmadığını bildirmiş, bu səbəbdən iş üzrə sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə inzibati işi nəzərdən keçirərək, Şəxs tərəfindən 100 manat inzibati cəriməni ödədiyini nəzərə alaraq hesab edir ki, onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.2-ci maddəsi ilə Hacıqabul rayon İcra və Probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Qeyd olunanları və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 101, 109, 118-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Hacıqabul rayon İcra və Probasiya şöbəsi tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Hacıqabul rayon İcra və Probasiya şöbəsinə qaytarılsın. Sədrlik edən: Vahid Hacıyev
Məhkəmə qərarları › İş №3(071)-420/2022
Hacıqabul Rayon Məhkəməsi Qərardad — İş №3(071)-420/2022
15.09.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver