Azərbaycan Respublikası adından QƏRAR Hacıqabul rayonu İş № 3(071)-437/2023 27.11.2023 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Orxan Telman oğlunun sədrliyi, Eynullayev Muxtar Mehman oğlunun katibliyi ilə, Hacıqabul RPŞ-nin İTB-nin sahə rəisi polis mayoru X2, zərər çəkmiş şəxs X3, barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.1978-cı il tarixdə Hacıqabul şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, Hacıqabul şəhəri, M.F.Axundov küçəsi 42-də qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Hacıqabul rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyənetdi: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Hacıqabul rayon Polis Şöbəsində tərtib olunmuş material baxılması üçün xx.xx.2023-cü il tarixdə Hacıqabul rayon Məhkəməsinə göndərilmişdir. Materiala əlavə edilmiş xx.xx.2023-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, Şəxs xx.xx.2023-cü il tarixdə qardaşı X1 təhqir etmişdir. Beləliklə də, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Hacıqabul RPŞ-nin İTB-nin sahə rəisi polis mayoru X5 izahatında göstərdi ki, Şəxs xx.xx.2023-cü il tarixdə qardaşı X4 nalayiq ifadələrlə təhqir etmişdir. Bu səbəbdən onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, xx.xx.2023-cü il tarixdə saat 11:00 radələrində yaşadığı evin həyətində kabab bişirərkən qardaşı X6 ona verdiyi 2000 manat borc pulun geri qaytarmasını tələb edərək onunla və həmin vaxt orada olan həyat yoldaşı X7 ilə mübahisə etmiş, onları küçə söyüşləri ilə söyərək təhqir etmişdir. Şəxs bundan əsəbləşərək S.Babayevlə mübahisə edərək onu təhqir etmişdir. İfadəsinin sonunda Şəxs barəsində qanuna müvafiq qaydada qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs X6 izahatında bildirdi ki, Şəxs onun qardaşıdır. Bir müddət əvvəl o, Şəxs 2000 manat borca pul vermişdir. Aradan uzun müddətin keçməsinə baxmayaraq, dəfələrlə borcun qaytarılmasını tələb etsə də, Şəxs həmin borc məbləğini qaytarmamışdır. xx.xx.2023-cü il tarixdə saat 11:00 radələrində qardaşı Şəxs həyat yoldaşı X7 ilə birlikdə evin həyətində kabab bişirdiyini görərək bundan acıqlanmış və 2000 manat borc pulun qaytarılmasını tələb etmişdir. Bununla əlaqədar onlar arasında mübahisə yaranmış və mübahisə zamanı o, Şəxs söymüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 izahatında bildirdi ki, Şəxs və Babayev Samir onun oğlanlarıdır. xx.xx.2023-cü il tarixdə saat 11:00 radələrində həyətdə olarkən S.Babayev Şəxs borc verdiyi pulu tələb etmiş və nəticədə onlar arasında mübahisə yaranmışdır. O, onları sakitləşdirməyə çalışmış, lakin Şəxs və S.Babayev onun sözlərinə qulaq asmamışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 izahatında bildirdi ki, Şəxs oğu onun həyat yoldaşıdır. xx.xx.2023-cü il tarixdə saat 11:00 radələrində həyətdə kabab bişirərkən qaynı Samir Babayev borc verdiyi pulu tələb etmiş və onları söyərək təhqir etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 izahatında bildirdi ki, X6 onun həyat yoldaşıdır. xx.xx.2023-cü il tarixdə saat 11:00 radələrində S.Babayev həmin vaxt həyətdə kabab bişirən qardaşı Şəxs verdiyi borc pulu tələb etmiş və onlar arasında mübahisə yaranmışdır. Mübahisə zamanı Şəxs əlində olan balta ilə onları hədələmiş, sonra isə polisə zəng etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi özünün etiradedici izahatı ilə yanaşı, zərər çəkmiş şəxsin və şahidlərin izahatı, inzibati xəta haqqında protokol və işin digər materialları ilə tam sübuta yetirilir. Onun inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Şəxs həmin maddə ilə təqsirli bilinib inzibati qaydada tənbeh edilməlidir. Azərbaycan Respublikası İXM-in 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, hadisənin baş verməsində təşəbbüskar zərərçəkmiş X6 olmuşdur. Belə ki, S.Babayev əvvəllər verdiyi 2000 manat borc pulun qaytarılmasını tələb edərək Şəxs və onun həyat yoldaşı Y.Babayevanı söyərək təhqir etmiş və nəticədə Şəxs bundan əsəbələşərək zərərçəkmişi söyərək təhqir etmişdir. Məhkəmə, Şəxs ilk dəfə inzibati xəta törətməsini, habelə inzibati xətanın zərər çəkmiş şəxsin əxlaqsız hərəkətlərinin təsiri altında törətməsini onun məsuliyyətini yüngülləşdirən hall kimi nəzərə alır (İXM-nin 31.1.6 və 32.2-ci maddələri). Onun məsuliyyətini ağırlaşdıran hallar müəyyən olunmadı. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən halları nəzərə alıb hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin sanksiyasının hədləri daxilində aşağı həddə inzibati cərimə növündə tənbeh tətbiq edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və 130.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 50 (əlli) manat cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Hacıqabul rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Orxan Bayramov
Məhkəmə qərarları › İş №3(071)-437/2023
Hacıqabul Rayon Məhkəməsi Qərar — İş №3(071)-437/2023
27.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver