Azərbaycan Respublikası adından QƏRAR Hacıqabul rayonu İş № 3(071)-438/2022 03.10.2022 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hacıqabul rayon Məhkəməsinin hakimi və sədri vəzifəsini müvəqqəti icra edən Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Səlimova Günel Rauf qızının katibliyi ilə Barəsində inzibati icraat aparılan şəxs Şəxs, Azərbaycan Respublikası DİN BDYPİ-nin YPX Alayının 7-ci tağımın yol patrul xidməti inspektoru, polis serjantı X1 iştirakı ilə, xx.xx.1989-cu ildə Ağdam rayonunun Xıdırlı kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, fərdi sürücü işləyən, Ağdam rayonunun Xıdırlı kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə Azərbaycan Respublikası DİN BDYPİ-nin YPX Alayının 7-ci tağımından daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs xx.xx.2022-ci il tarixdə saat 16:00-da “Mercedes Benz E220” markalı ** BH *** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmək üçün hüququ olmadan (sürücülük vəsiqəsinin müddəti bitmişdir) Bakı-Qazax-Gürcüstan sərhəddi yolunun 71-ci km-də Bakı istiqamətində hərəkətdə olarkən bu zaman qarşısında hərəkətdə olan “X5” markalı ** UA *** dövlət qeydiyyat nişanlı avtomaşınla düzgün ara məsafəsi saxlamayaraq, həmin avtomaşının arxa hissəsi ilə toqquşmuş, “X5” markalı ** UA *** dövlət qeydiyyat nişanlı avtomaşın isə ondan qarşıda hərəkətdə olan “Ford” markalı ** DO *** nömrəli avtomaşınla toqquşmuşdur. Nəticədə avtomaşınlara maddi ziyan dəymişdir. Bununla da, Şəxs Azərbaycan Respublikası İXM-in 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun barəsində Azərbaycan Respublikası DİN BDYPİ YPXA 7-ci tağımın yol patrul xidməti inspektoru polis serjantı X3 tərəfindən xx.xx.2022-ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. İnzibati xəta haqqında material məhkəməyə xx.xx.2022-ci il tarixdə daxil olmuşdur. Şəxs məhkəmə iclasında İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsini etiraf etdi və izahatında göstərdi ki, onun “BC” kateqoriyalı sürücülük vəsiqəsi vardır. Sürücülük vəsiqəsinin vaxtı xx.xx.2021-ci il tarixdə bitmişdir. xx.xx.2022ci il tarixdə saat 16:00-da Bakı istiqamətində hərəkətdə olarkən bu zaman qarşısında hərəkətdə olan “Toyota” markalı ** UA *** dövlət qeydiyyat nişanlı avtomaşınla düzgün ara məsafəsi saxlamayaraq həmin avtomaşının arxa hissəsi ilə toqquşmuşdur. Bu zaman “Toyota” markalı ** UA *** dövlət qeydiyyat nişanlı avtomaşın isə onda qarşıda hərəkətdə olan “Ford” markalı ** DO *** nömrəli avtomaşınla toqquşmuşdur. Nəticədə avtomaşınlara maddi ziyan dəymişdir. Əməlindən peşmandır və ona yüngül cəza verilməsini məhkəmədən xahiş edir. Protokol tərtib etmiş Azərbaycan Respublikası DİN-nin BDYPİ YPXA Vİİ tağım yol patrul xidməti inspektoru polis serjantı X3 məhkəmə iclasında izahat verərək, Şəxs barəsində tərtib etdiyi xx.xx.2022-ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokolu müdafiə etdi. Azərbaycan Respublikası İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İXM-in 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Azərbaycan Respublikası İXM-in 332.4-cü maddəsinə əsasən nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olması halları istisna olmaqla, nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsi nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulması da inzibati xəta kimi müəyyən edilmişdir. Şəxs İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi onun barəsində tərtib olunmuş xx.xx.2022-ci il tarixli inzibati xəta haqqında protokol, özünün məhkəməyə verdiyi etirafedici izahatı və protokol tərtib etmiş şəxsin izahatı ilə tamamilə sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Məhkəmə qeyd edir ki, Şəxs İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək inzibati cərimə edilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 400 (dörd yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Hacıqabul rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hacıqabul rayon Məhkəməsinin hakimi və sədri vəzifəsini müvəqqəti icra edən: Vahid Hacıyev
Məhkəmə qərarları › İş №3(071)-438/2022
Hacıqabul Rayon Məhkəməsi Qərar — İş №3(071)-438/2022
03.10.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver