Azərbaycan Respublikası adından QƏRAR Hacıqabul rayonu İş № 3(071)-438/2023 27.11.2023 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Orxan Telman oğlunun sədrliyi, Eynullayev Muxtar Mehman oğlunun katibliyi ilə, Hacıqabul rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi, polis mayoru X1, zərər çəkmiş şəxslər X2, Zərərçəkmiş şəxs barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1980-cı il tarixdə Hacıqabul şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işsiz, Hacıqabul şəhəri M.F.Axundov küçəsi ev 33-də qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1 və 510-cu maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Hacıqabul rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyənetdi: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1 və 510-cu maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə Hacıqabul rayon Polis Şöbəsində tərtib olunmuş material baxılması üçün xx.xx.2023-cü il tarixdə Hacıqabul rayon Məhkəməsinə göndərilmişdir. Materiala əlavə edilmiş Hacıqabul rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi, polis mayoru X3 tərəfindən tərtib olunmuş 26 noyabr 2023-cü il tarixli MN1801987 və MN ******* nömrəli inzibati xəta haqqında protokollarda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, Şəxs xx.xx.2023-cü il tarixdə Zərərçəkmiş şəxs yaşadığı ünvan 1 ünvanda yerləşən evinin pəncərəsini və qapısının sındıraraq ona 370 manat dəyərində ziyan vurmuş, xx.xx.2023-cü il tarixdə ünvan 1-də qardaşı Şəxslə mübahisə edərək onu söyüb təhqir etmişdir. Beləliklə də, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1 və 510-cu maddələrində nəzərdə tutulan inzibati xətarı törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş X3 izahatında protokolların məzmununa uyğun ifadə verərək əlavə olaraq bildirdi ki, Şəxs əməlində cinayət tərkibi olmadığından material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Buna görə də, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1 və 510-cu maddələri ilə inzibati xəta haqqında protokollar tərtib edilərək, baxılması üçün məhkəməyə göndərilmişdir. Odur ki, Xəyal Hüseynovun barəsində qanunamüvafiq qaydada tədbir görülməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs özünü təqsirli bilməyərək izahatında göstərdi ki, qardaşı Ramil ona 5 ildir ki, borcunu qaytarmır. xx.xx.2023-cü il tarixdə zəng Ramilə vuraraq ondan borcunu istəmişdir. Həmin günü vermədiyi üçün əsəbləşərək qardaşı evinin pəncərəsini və qapısını sındırmışdır. Lakin sonradan ona dəymiş zərəri ödəmiş, pəncərəni dəyişmiş, qapının isə pulunu qaytarmışdır. xx.xx.2023-cü il tarixdə qardaşı onun borcunu vermədiyi üçün əsəblərinə hakim ola bilməmiş və səs-küy salaraq, onları nalayiq ifadələrlə söymüşdür. Odur ki, onun barəsində qanuna müvafiq qaydada qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs izahatında bildirdi ki, xx.xx.2023-cü il tarixdə Şəxs ona zəng vuraraq yoldaşı Ramili soruşmuş, o da Ramilin Bakı şəhərinə getdiyini bidirmişdir. Sonra Samir onlara gələrək evin pəncərələrini və qapısını lomla sındıraraq ona 370 manat dəyərində maddi zərər vurmuşdur. Pəncərənin birini qaynatası Əlimədət düzəltmişdir. Hal-hazırda dəymiş zərərin əvəzi ödənməmişdir. Odur ki, Şəxs barəsində qanun çərçivəsində tədbir görülməsini xahiş etdi. Məhkəmə iclasında zərər çəkmiş şəxs X4 izahatında bildirdi ki, qardaşı Şəxs ona zəng vuraraq ondan borcunu istədikdə pulu olmadığı üçün borcunu verə bilmədiyini qardaşına bildirmiş, Ramil ona hədə qorxu gələrək onu söyüb təhqir etmiş və onlara gələrək evin pəncərələrini və qapısını lomla sındıraraq ona 370 manat dəyərində maddi zərər vurmuşdur. Pəncərənin birini atası Əlimədət düzəltmişdir. Hal-hazırda dəymiş zərərin əvəzi ödənməmişdir. Odur ki, Şəxs barəsində qanun çərçivəsində tədbir görülməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 göstərdi ki, Samir və Ramil onun oğlu, Yeganə isə gəlinidir. Hadisə baş verən gün evdə olmamış, sonradan məlumatı olmuşdur. Samir qardaşı Ramilin evinin pəncərələrini və qapısını sındırmişdır. Pəncərənin birini öz hesabına düzəltmiş, qapının təmiri üçün isə öz cibindən gəlini Yeganəyə 200 manat pul vermişdir. İş materiallarında olan "xxxx" MMC tərəfindən verilmiş məktubların surətindən görünür ki, təqdim olunmuş fotoşəkillərdəki qapının təmir- pərpası 170 manat, plastik pəncərələrin təmir- pərpası 200 manat təşkil edir. İş materiallarında olan “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs ərizəsi əsasında toplanmış materialda cinayət tərkibi olmadığından material üzrə cinayət işinin başlanması rədd edilmiş, Şəxs əməlində İXM-nin 232-1 maddəsinin tərkib əlamətləri olduğundan qərarın surəti Hacıqabul RPŞ-nin İTB-yə göndərilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsinə əsasən özgənin əmlakını qəsdən məhv etməyə və ya zədələməyə görə, bu az miqdarda ziyan vurduqda inzibati xəta nəticəsində vurulmuş ziyanın bir mislindən iki mislinədək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1 və 510-cu maddələrində nəzərdə tutulan inzibati xətaları törətməsi özünün etirafedici izahatı ilə yanaşı, zərər çəkmiş şəxsin izahatı, inzibati xəta haqqında protokol və işin digər materialları ilə tam sübuta yetirilir. Onun inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Şəxs həmin maddələrlə təqsirli bilinib inzibati qaydada tənbeh edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.1-ci maddəsinə əsasən bir şəxs iki və ya daha çox inzibati xəta törətdikdə, onun barəsində hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir. Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Həmin Məcəllənin 34.4-cü maddəsinə əsasən şəxsin müxtəlif vaxtlarda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, barəsində inzibati icraat aparılan şəxsə tətbiq olunan tənbeh bu Məcəllənin 25.4, 27.1, 28.3, 29.3 və 30.1-ci maddələrində müəyyən edilmiş hədlərdən artıq ola bilməz. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Beləliklə, məhkəmə törədilmiş inzibati xətaların xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə vurulmuş ziyanın bir misli miqdarından cərimə, həmin Məcəllənin 510-cu maddəsinin sanksiyasının hədləri daxilində isə inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və 130.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1 və 510-cu maddələrində nəzərdə tutulan inzibati xətaları törətməkdə təqsirli bilinərək, ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə vurulmuş ziyanın bir misli miqdarında, yəni 370 (üç yüz yetmiş) manat məbləğində cərimə tənbehi və həmin Məcəllənin 510-cu maddəsi ilə 50 (əlli ) manat məbləğində cərimə tənbehi tənbehi tətbiq edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Hacıqabul rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Orxan Bayramov
Məhkəmə qərarları › İş №3(071)-438/2023
Hacıqabul Rayon Məhkəməsi Qərar — İş №3(071)-438/2023
27.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver