Azərbaycan Respublikası adından QƏRARDAD Hacıqabul rayonu İş № 3(071)-44/2022 18.03.2022 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hacıqabul rayon Məhkəməsinin hakimi və sədri vəzifəsini müvəqqəti icra edən Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Zeynalov Ələkbər Şakir oğlunun katibliyi, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsi ilə Azərbaycan Respublikasının Dövlət X1 Regional Reklam İdarəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Dövlət X1 Regional Reklam idarəsinin rəisi E.Həsənov tərəfindən tərtib edilmiş 25.02.2022-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilir ki, Şəxs 01.01.2020-ci il tarixdən 25.02.2022-ci ilə kimi Bakı-Qazax-Gürcüstan yolunun Hacıqabul rayonu ərazisindən keçən hissəsində “Ucuz Market” mağazası üzərində müvafiq icazə sənədi olmadan açıq məkanda qanunsuz reklam yayımlamışdır. Bu səbəbdən Şəxs barəsində Azərbaycan Respublikasının Dövlət X1 Regional Reklam idarəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsi ilə 25.02.2022-ci il tarixli MN ******* nömrəli inzibati protokol tərtib edilmiş və baxılması üçün məhkəməyə göndərilmişdir. Azərbaycan Respublikasının Dövlət X1 Regional Reklam İdarəsinin rəisi E.Həsənov 18.03.2022-ci il tarixli Rİ-8/01-04/175 nömrəli məktubla məhkəməyə müraciət edərək, reklamın açıq məkanda qanunsuz yayımlanması halının aradan qaldırıldığını nəzərə alaraq Şəxs barəsində olan MN ******* nömrəli inzibati xəta haqqında protokol üzrə X2 İdarəsinin tələbinin olmadığını bildirmiş, bu səbəbdən iş üzrə sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə inzibati işi nəzərdən keçirərək, reklamın açıq məkanda qanunsuz yayımlanması halının aradan qaldırıldığını nəzərə alaraq hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsi ilə Azərbaycan Respublikasının Dövlət X1 Regional Reklam İdarəsindən daxil olmuş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Qeyd olunanları və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 101, 109, 118ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikasının Dövlət X1 Regional Reklam İdarəsi tərəfindən tərtib edilmiş 25.02.2022-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər X2 İdarəsinə qaytarılsın. Hakim: Vahid Hacıyev
Məhkəmə qərarları › İş №3(071)-44/2022
Hacıqabul Rayon Məhkəməsi Qərardad — İş №3(071)-44/2022
18.03.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver